Həddlər

 
Həddlər

Həddlər

470. Hər şeyin həddi var
1439. İmam Baqir (ə): «Allah-taala hər şeyə bir hədd və sərhədd, sərhəddi göstərmək üçün isə bir nişanə qoymuşdur. Bu həddi (sərhəddi) keçən şəxs üçün cəza (hədd) təyin etmişdir.» (əl-Kafi, c.1, səh.59, hədis2)

471. Hüdud və cəzaların uzaqlaşdırılması
1440. Allahın peyğəmbəri (s): «Bacardığınız qədər hədd və cəza tətbiqini müsəlmanlardan uzaqlaşdırın. Əgər müsəlman üçün bir çıxış və sığınacaq yeri tapsanız, onu azad buraxın. Çünki, imamın bağışlamaqda səhvə yol verməsi, səhvən cəzalandırmağından daha yaxşıdır» (Kənzul-Ummal, hədis 12971)

1441. Allahın Peyğəmbəri (s): «Cəzaları şübhələrlə uzaqlaşdırın.» (yəni, şəxsin cinayətkar olmasında tərəddüd, şübhə yarandıqda cəzanı (həddi) icra etməkdən çəkinin.)» (Mən lə yəhzuruhul-fəqih, c.4, səh.74, hədis5146)


472. Cəzaların icra olunması
1442. Allahın Peyğəmbəri (s): «İlahi cəzalardan birini (bir həddi) icra etmək, ilahi məmləkətlərə 40 gecə yağış yağmasından daha yaxşıdır.» (Kənzul-Ummal, hədis 14599)

1443. Allahın Peyğəmbəri (s): «Yer üzündə bir (ilahi) cəzanın həyata keçirilməsi 60 il ibadətdən daha pakdır.» (Mustədrəkul-Vəsail, c.18, səh.9, hədis21843)

1444. İmam Sadiq (s): «Öz tayfa və qəbiləsinin adlı-sanlı nəslindən olan bir qadını oğurluq etdiyinə görə Peyğəmbərin yanına gətirdilər. Allahın Peyğəmbəri (s) əmr verdi ki, onun əlini kəssinlən.
Qureyşdən bir dəstə adam Peyğəmbərin yanına gəlib ərz etdi: «Ey Allahın Rəsulu! Kiçik bir xətaya görə, onun kimi böyük nəsildən olan bir qadının əlini kəsirsən?»
Buyurdu: «Bəli. Sizin ata-babalarınız belə işlərə görə məhv oldular. Onlar cəzanı və hüdudu yalnız çarəsizlərə qarşı tətbiq edirdilər.
Öz güclüləri və kübarlarıyla heç bir işləri yox idi. Buna görə də, məhv oldular.» (Mustədrəkul-Vəsail, səh.7, hədis21834)

Həddlər

473. Cəzada nə vasitəçilik, nə zəmanət (Zəmanət – yəni, cəzalandırılmış şəxs üçün zamin durmaq), nə də and qəbul olunar
1445. Allahın Peyğəmbəri (s): «Öz vasitəçiliyi ilə ilahi cəzanın icra olunmasına mane olan kəs, vasitəçiliyini geri götürənə qədər həmişə Allahın qəzəbi altında olacaq.» (Kənzul-Ummal, hədis 43837)

1446. Allahın Peyğəmbəri (s): «Cəzalandırmada (həddə) nə vasitəçilik, nə zəmanət və nə də, and qəbul olunur.» (Mən la yəhzuruhul-fəqih, c.4, səh.74, hədis5146)

1447. İmam Əli (ə): «Cəzanın heç bir növündə zəmanət yoxdur.» (Mustədrihul-Vəsail, c.13, səh.439, hədis15846)

1448. «Müstədrəkül-vəsail»: «İmam Sadiq (ə) atasından, ata-babasından, Peyğəmbərdən (s) nəql edir ki, o Həzrət cəzalandırmada (hüdudda) şəfaləti qadağan etmişdir.
İmam (ə) buyurur: «Hər kəs ilahi cəzalardan birinin icra olunmaması üçün vasitəçilik etsə və cəzaların ləğv olunmasına çalışsa, Allah-taala Qiyamət günü ona əzab verər.» (Mustədrəkul-Vəsail, c.8, səh.24, hədis21901)


474. Cəzanın təxirə salmağın qadağan olması
1449. İmam Baqir (ə): «Bir kişinin zina etdiyi barədə üç nəfər şəhadət verdi.
Əmirəl-möminin (ə) buyurdu:«Dördüncü şahid haradadır?»
Dedilər: «İndi gəlir» Həzrət (ə) buyurdu: «Bu üç nəfərə hədd vurun (cəzalandırın). Çünki, cəza bir an da olsun, təxirə salınmamalıdır.» (əl-Kafi, c.7, səh.210, hədis4)


475. Həddi aşmağın qadağan olması
Qur’an:
«Bunlar Allahın hüdudlarıdır. Onları aşmayın. Allahın hüdudlarından kənara çıxanlar, Əlbəttə, zalımlardır.» (Bəqərə, ayə 229)

Hədis:
1450. Allahın Peyğəmbəri (s): «(Qiyamət günü) Hökmündə bir şallaq az cəza (hədd) təyin edən hakimi gətirərlər. O deyər: «Ey Allahım! Sənin bəndələrinə ürəyim yandığı üçün belə etmişəm».
Allah-taala ona buyurar: «Məgər sən onlara Məndən daha ürəyi yanansan?»
Bu vaxt əmr verilər ki, onu oda atsınlar. Sonra bir şallaq çox vuranı gətirərlər.
O da deyər: «Onları günahlardan çəkindirmək üçün bir şallaq çox vurmuşam. Onun da oda atılmasına əmr verilər.» (Mustədrəkul-Vəsail, c.8, səh.37, hədis21948)

1451. İmam Baqir (ə): «Əmirəl-möminin (ə) Qəmbərə əmr etdi ki, bir kişiyə şallaq (həddə) vursun.
Qəmbər əsəbindən üç şallaq çox vurur. Əli (ə) Qəmbərə üç şallaq vurmaqla onu qisas edir.» (əl-Kafi, c.7, səh.260, hədis1)

Həddlər

476. Günahın paklanmasında cəzanın icrasının rolu
1452. Allahın Peyğəmbəri (s): «Günah edən şəxsə, həmin günahın cəzası tətbiq olunarsa, bu onun kəffarəsidir.» (Kənzul-Ummal, hədis 12964)

1453. İmam Əli (ə): «Allah-taala bu dünyada mömin bəndəyə cəza verərsə, Qiyamət günü onu yenidən cəzalandırmaqdan daha rəhimli və daha böyükdür.» (Tuhəful-Uqul, səh.214)


477. Cəzalandırılmış şəxsi təhqir etməyin qadağan olması
1454. «Tənbihul-xəvatir»: «Allahın Peyğəmbəri (s) bir zinakar kişini daşqalaq etdi.»
Bir nəfər öz dostuna dedi: «O, it kimi öldü.» Allahın Peyğəmbəri (s) həmin bu iki nəfərlə murdar bir leşin yanından keçəndə onlara buyurdu: «Dişlərinizlə bu leşdən bir tikə qoparın.» Ərz etdilər: «Ey Allahın Rəsulu! Allahın salamı olsun sənə, leşi dişimizə götürək?»
Buyurdu: «Qardaşınızdan qopardığınız tikə bu leşdən daha üfunətlidir» (Tənbihul-Xəvatir, c.1, səh.116)

1455. Əbdürrəhman ibn Əbi Leyla:
«Əli (ə) bir kişiyə cəza (hədd) tətbiq etdi. Xalq həmin şəxsə təhqiramiz sözlər deyib Lənətləməyə başladı.
Əli (ə) buyurdu: «O, öz günahına görə daha sorğu-sual olunmayacaq.» (Kənzul-Ummal, hədis 14002)



478. Cəzalandırılmış (şallaq vurulmuş) şəxs üçüncü dəfə qətlə yetirilməlidir
1456. İmam Kazim (ə): «Böyük günah etdiklərinə görə iki dəfə cəzalandırılmış (şallaq vurulmuş) şəxslər üçüncü dəfə öldürülməlidir» (əl-Kafi, c.7, səh.191, hədis2)

479. Təzir (Təzir – cəzanın bir növüdür. Təzirdə tərbiyələndirmək məqsədi ilə şallaq vurular.)

1457. Həmmad ibn Osman: «İmam Sadiqdən (ə) təzir barədə soruşdum.
Buyurdu: «Həddən bir qədər azdır.» Ərz etdim: «Səksən şallaqdan azdır?» Buyurdu: «Qulun cəzası (hədd) olan qırx şallaqdan azdır.» Ərz etdim:«Nə qədərdir?»
Buyurdu: «O hakimin nəzərindən asılıdır, şəxsin təqsirini (cinayəti) və bədəninin qüdrətini nəzərə almalıdır.» (İləluş-Şəraye, səh.538, hədis4)

1458. İmam Sadiq (ə) -»Təzirin həddi nə qədərdir?» sualının cavabında- «On şallaqdan, iyirmi şallağa qədər.» (əl-Kafi, c.7, səh.240, hədis1)

Həddlər


Geri dön

Cilent_M.Q

  • 10 sentyabr 2011 01:19
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
Allah razi olsun

--------------------

music_angel

  • 9 sentyabr 2011 14:36
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun senden bacis

--------------------

Cilent_M.Q

  • 8 sentyabr 2011 18:20
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

✰GlaMurKa✰

  • 8 sentyabr 2011 18:15
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ALLAH razi olsun maraqli idi tsk

R.M_FaNaTka

  • 8 sentyabr 2011 18:03
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
Maraqli xebere gore cox tesekkurler dostum

--------------------

breaking dawn

  • 8 sentyabr 2011 16:24
  • Məqalə: 12
  • Şərh: 1041
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!!!

SeL_cAn

  • 8 sentyabr 2011 16:12
  • Məqalə: 19
  • Şərh: 987
  • Bal:
{awards}
ALLAH sevgisi ürəyimizdən əskik olmasin
Oxuyan gözlərin, yazan əllərin yorulmasın

--------------------
SÖZLƏRİM ÖPSÜN BAXIŞLARINI
XƏYALIM RUHUNU ÖPDÜYÜ KİMİ

Ay Üzlü

  • 8 sentyabr 2011 16:02
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
smile Allah razi olsun

emo angel

  • 8 sentyabr 2011 15:58
  • Məqalə: 20
  • Şərh: 132
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TEWEKKURLER

--------------------
♥ Seninle sonra eren askimiza hicte üzülüp aglamiyorum. Askimiz zaten bastan yokmuski. Gec anladimsada, yillardir yalan olan sevdandan, tam tersi, kurtulduguma seviniyorum. Sana neye üzüldügümü söyleyeyimmi? YILLARDIR SENIN UGRUNA BOSA HARCADIGIM ZAMANA...♥

devyjones

  • 8 sentyabr 2011 15:52
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
{awards}
insan hər şeydə hədd qoymalıdır.İnşallah bacımız yuxarda qeyd etmişdir Bizə yalnız Təşəkkür etmək və Əhsən demək düşür.

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

Delya_91

  • 8 sentyabr 2011 15:50
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 19
Cəmi: 33

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}