Revmatizm

 
Revmatizm

Revmatizm streptokokk infeksiyasının ağırlaşması olub, qızdırma, oynaq patologiyası və ürəyin revmatik zədələnməsi kimi proseslərlə xarakterizə olunur. Əsasən əhalinin cavan yaşlı hissəsində rast gəlinir.
Revmatizm adətən ilin soyuq vaxtlarında başlayır. Revmatizm epidemik xəstəlik olmasa da onun yaranmasına səbəb olan kokk ailəsindən olan streptokokk infeksiyası epidemiya xarakteri daşıya bilər.

Buna görə də xəstəlik məktəblərdə, uşaq evlərində, xəstəxanalarda, həmçinin yoxsulluq, şəraitsizlik içində yaşayan böyük ailələrdə baş verən streptokokk epidemiyalarından sonra birdən meydana çıxır.

Bakterioloji və seroloji müayinələr göstərir ki, revmatizm - A qrupundan olan β-hemolitik streptokokk infeksiyasına qarşı orqanizmin özünəməxsus allergik reaksiyasıdır.
Streptokokk infeksiyası keçirmiş xəstələrin 2,5%-də bir ay ərzində kəskin revmatizm inkişaf edir.
Xəstələr revmatizmidən qabaq angina, skarlatina, orta qulağın kəskin iltihabı, qızıl yel kimi xəstəliklər keçirdiyini qeyd edir. İnfeksiyaya qarşı immunitet yaranmadığından təkrar infeksiyalaşma zamanı revmatizmin növbəti atakası baş verir.

Revmatik proseslə zədələnmiş toxumaları mikroskopik müayinə etdikdə bütün bədən boyunca yayılmış xarakterik xırda düyünlər – qranulomalar aşkar olunur. Ürək klapanları üzərində yaranan belə qranulomalar Aşoff-Talalayev düyünləri adlanır.

Revmatizmin ilk mərhələsində oynaqlar ətraf toxumaların ödemləşməsi hesabına şişkinləşir. Növbəti mərhələlərdə isə oynaq boşluğuna süzülən mayenin miqdarı artır. Analoji proses perikard və plevra boşluğunda da baş verə bilər. Ürəyin xarici qişasının(Perikard) revmatik iltihabı perikardit, əzələ qişasının(Miokard) ilrihabı miokardit, daxili qişasının (Endokard)iltihabı isə endokardit adlanır. Bir sıra hallarda bütün qişalar eyni zamanda prosesə qoşulur ki, buna pankardit deyilir. Revmokarditin ən qorxulu forması endokarditdir, çünki bu zaman klapanları zədələyən çapıq və deformasiyalar yaranır, klapanlar qısalır və ürək çatmamazlığı əlamətləri inkişaf edir.


Əlamətlər

Xəstəlik kəskin şəkildə, keçirilmiş streptokok infeksiyasından təxminən üç həftə sonra başlanır. Çox vaxt temperatur 400C-dək artır, nəbz sürətlənir, titrətmə, möhkəm tərləmə, halsızlıq yaranır, oynaqlar şişkinləşir və ağrılı olur. Prosesə ilk növbədə ən iri və işlək oynaqlar qoşulur. Prosesə cəlb olunan oynaq şişir, qızarır, əllə yoxlamada isti olur, hərəkət zamanı güclü ağrılar baş verir. Ağrılar uçucu xarakterli olur və bir oynaqdan digərinə keçir.

Əgər xəstədə sürətli və ya aritmik nəbz, döş qəfəsində ağrılar, ürəyin dilatasiyası və perikardın sürtünmə küyü müəyyən olunursa, bu artıq ürəyin zədələnməsini göstərir. Kəskin revmatizmli xəstələrin 95%-də EKQ-də qulaqcıq-mədəcik keçirici sistemində ləngimə (blokada) qeyd olunur.

Bəzi hallarda, xüsusən də uşaqlarda revmatizm daha yumşaq, hətta xronik formada keçə bilər. Belə uşaqlarda yalnız ümumi halsızlıq, taxikardiya və oynaqlarda yüngül qeyri-spesifik ağrılar olur

Müalicə:
Revmatizm zamanı uzunmüddətli yataq rejimi mütləq göstərişdir. Ürəkdə aktiv revmatik proses olduqda fiziki yüklənmə daha çox zədələnməyə səbəb olur. Prosesin ilkin mərhələlərində antibiotiklər faydalı olur. Sonrakı mərhələlərdə iltihab əleyhinə müalicə daha effektlidir


Geri dön

In_The_Dark

  • 31 avqust 2011 11:09
  • Məqalə: 0
  • Şərh: 474
  • Bal:
TWK MARAQLI MELUMATA GORE...

music_angel

  • 25 avqust 2011 18:15
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
vxebere gore tesekkur edirem

--------------------

_RONALDO_

  • 9 mart 2011 20:47
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
TESEKKUR EDIREM

--------------------

Ulya

  • 22 sentyabr 2010 10:58
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkurler maraqli melumata gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 48
Cəmi: 71

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}