İslamın mənası və dayaqları

 
  • 21.09.2010, 23:04
  • Bölmə: İslam
  • Müəllif: Ulya
İslamın mənası və dayaqları

BİSMİLLAHİRRAHMANİRRAHİM
İslamın dayaqları
Allahın Peyğəmbəri (s): "İslam çılpaqdır. Onun libası həya, zinəti vəfa, mərdliyi xeyir və ləyaqətli əməl, sütunu "vərə"dir. (günahlardan çəkinmək). Hər şeyin dayağı var, İslamında dayağı biz - Əhli-Beytə (ə) məhəbbətdir."
Allahın Peyğəmbəri (s): "İslamın dayağı mənə və mənim Əhli-Beytimə (ə) məhəbbətdir.
İmam Əli (ə): "İslamın yeddi dayağı var: Onlardan birincisi əqldir və səbr onun üzərində qurulubdur. İkinci dayaq abrı saxlamaq və doğru danışmaqdır. Üçüncü dayaq quran oxumaqdır (Lazımi qaydada və Peyğəmbərə nazil olunduğu kimi). Dördüncü dayaq Allaha xatir dostluq və düşmənçilik etmək, beşincisi Ali Məhəmmədin haqqı və onların vilayətini tanımaqdır. Altıncı dayaq (din) qardaşlarının haqqı, onların himayəsi və müdafiəsidir."
Yeddinci dayaq insanlarla gözəl qonşuluq etməkdir."
İmam Baqir (ə): "İslam beş sütunun üzərində qurulubdur: namaz qılmaq, zəkat vermək, Ramazan ayının orucunu tutmaq, Allahın evi olan kəbənin həcc ziyarəti və biz Əhli-Beytinin (s) vilayəti."
İmam Rza (ə): "İmamət İslamın artan kökü və uca şaxəsidir."



İslamın mənası
Allahın Peyğəmbəri (s): "İslam qəlbini təslim etməyin və müsəlmanların sənin əlindən, dilindən rahatlıqda və amanda olmasıdır."
Allahın Peyğəmbəri (s): "Gününü başlayan və müsəlmanların işlərindən ötrü çalışmayan şəxs müsəlman deyil."
İmam Əli (ə): "İslam elə təslim olmaq, təslim elə əminlik, əminlik elə təsdiq, təsdiqin özü etiraf, etiraf elə icra və icra elə əməldir."
İmam Əli (ə): "Xəyanətdən uzaqlaşın. Çünki xəyanət İslamdan uzaqdır."
İmam Əli (ə): "Müsəlmanın əleyhinə kömək edən şəxs İslamdan uzaqdır."
İmam Sadiq (ə) (O Həzrətdən suallar soruşan və cavab aldıqdan sonra "Allaha and olsun İslama gəldim" deyən Şam əhlindən bir nəfərə xitabından): "Xeyr. Əksinə, indi Allaha iman gətirdin. İslam imandan qabaqdır. İslamın vaistəsilə bir-birindən irs aparar, bir-birilə evlənərlər. Amma imanın vaistəsilə savab və mükafat qazanarlar."
İmam Sadiq (ə): "İslamın vaistəsilə insanların qanı qorunur, əmanət sahibinə çatdırılır, evlənmək halal olur, ancaq savab imanın müqabilində verilir."


Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:14
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

Azeri_Gozeli

  • 13 oktyabr 2010 14:19
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah her kesin dualarini qqebul elsin Amin!

--------------------

sevgi yalandir

  • 7 oktyabr 2010 18:52
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
allah razi olsun coooooooooooooooooox sag olllllllllllllllllll

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Ulya

  • 23 sentyabr 2010 16:56
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
ZoLuShKa,
dangerous_angel,
love

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 47
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 411
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}