14 yolla müdirin sevimlisinə çevrilə bilərsən

 
14 yolla müdirin sevimlisinə çevrilə bilərsən

Bəzən işdə istedadlı və savadlı insanlar yox, daha savadsız, həmin vəzifəyə layiq olmayan şəxslər karyera qurur və yüksək maaşa sahib olur. Bu nədən irəli gəlir? Məsələ burasındadır ki, bəzən sadəcə peşəkar olmaq azdır, insana ən çox lazım olan cəhətlərdən biri də fərasətdir. Əgər əla vəzifədə çalışmaq istəyirsinizsə, özünüzün prodüseri olmağa çalışın, bilik və bacarıqlarınızı reklam edin.

1. Rəhbərinizə yalnız yaxşı xəbərlər çatdırın
Çalışın rəhbərinizə həmişə yaxşı xəbərlər çatdırasınız. Əgər bir neçə dəfə ona pis xəbər versəniz, hər sizi gördükdə onda mənfi refleks yaranacaq:”Yenə bu gəlibsə, demək nə isə problem var!”. Hər bir rəhbərin katibəsi var, qoyun pis xəbərləri ona o çatdırsın. Müsbət bir şey baş verdikdə isə öncə məlumatın doğruluğunu yoxlayın, sonra isə xoş sifətlə ona xəbər verməyə qaçın.

2. Həmişə göz qabağında olun
Yadda saxlayın ki, aktiv insanları hamı çox sevir və dəyərləndirir. Həmişə rəhbərinizin gözünün qabağında olun. Bütün peşəkar diskussiyalarda, iclaslarda iştirak edin. Onun qarşısında əyləşin və hər bir hadisəyə fikirinizi bildirin, çalışın lokanik və düşünülmüş cümlələr işlədəsiniz. Özünüzü kollektivinayrılmaz və əvəzedilməz üzvü kimi aparın. İnanın ki, hərəkətləriniz cavabsız qalmayacaq.

3. Rəhbəri tərifləyin
Əgər rəhbəriniz uğurlu bir işə imza atıbsa, onu tərifləməyi unutmayın. Çünki o da insandır və sizin sözləriniz onun üçün çox böyük əhəmiyyət kəsb edəcək. Lakin çalışın tərif yaltaqlığa keçməsin.

4. Onun katibəsi ilə dost olun
Katibə rəhbərin sağ əli sayılır və o sizə həm kömək edə, həm də ziyan vura bilər. Onunla isti münasibət qursanız, sizin köməyinizə gələcək. Lazım olduqda xəbərdarlıq edəcək ki, rəhbərin bu gün kefi yoxdur və onun gözünə görünmək məsləhət deyil və ya sizin nə qədər çalışqan olduğunuzu xəbər verəcək. Unutmayın ki, rəhbər kollektivə katibə gözü ilə baxır. Odur ki, bunu yaddan çıxarmayın.

5. Situasiyanı düzgün dəyərləndirin
Heç vaxt öz problemləriniz haqqında danışmayın. Şirkətdə pis vəziyyət yarandıqda ondan maaşınızın artmasını tələb etməyin, çünki bu əsk təsir verə bilər. Ona kömək olmağa çalışın.

6. Bülletenə çıxmamağa çalışın
Əslində, heç xəstələnməmək daha yaxşıdır. Amma siz yenə də hansısa bir infeksiya tutmusunuzsa, evdə qalmaq və tez sağalmaq daha yaxşıdır, nəinki işə xəstə gedib heç nə edə bilməmək. Yaxşısı budur səhhətinizə diqqət yetirin və hər zaman formada olun.

7. Ona yalnız parlaq fikirlər təklif edin
Adətən ideyalar iki yerə bölünür: dəyərli və perspektivli. Əgər hansısa bir fikiriniz varsa, onu mütləq irəli sürmək lazımdır. Lakin bunu etmədən öncə min ölçüb bir biçin. Sadəcə ideya təklif etmək olmaz, baxır bunu necə edirsən. Hər şeyi qabaqcadan düşünün, müsbət və mənfi tərəfləri, sonra isə qərar verin.

8. Onun gözlədiyi kimi olun
Bəzi rəhbərlər əməkdaşından nə istədiyini bilmir, çünki hesab edir ki, o özü bunu başa düşəcək.Onun arzularını boşa çıxartmayın: əgər o nahar vaxtı narahat olunmasını xoşlamırsa, nahardan sonra gəlin. Sözünü kəsməyin, diqqətlə dinləyin. Heç vaxt “Mən sizin nə istədiyinizi anlamıram” cümləsini işlətməyin, çünki o sizin qeyri-peşəkar olduğunuzu düşünə bilər.

9. Çətin işləri boynunuza götürün
Şirkəti çətin vəziyyətdən qurtaran əməkdaş qızıldan da qiymətlidir. Əgər qarşına mürəkkəb, amma bacara biləcəyin bir iş çıxarsa, onu mütləq öz öhdənə götür. Heç vaxt edə biləcəyindən artıq sözlər və ümidlər vəd etmə. İş sənlik deyilsə, yerində imtina et.

10. Bütün tapşırıqları yerinə yetirin
ən çıxılmaz vəziyyətlərdən belə çıxış yolu var. Rəhbəriniz sizə çətin iş təklif edirsə, boyun qaçırmağa tələsməyin. Bacarmasanız, konkret səbəblərin açıqlayın, ən yaxşısı isə çıxış yolu təklif edin.

11. Onun vaxtını dəyərləndirin
Onun otağı qarşısında boşuna fırlanmayın. Əgər bir sözünüz varsa, dərhal mətləbə keçin, əks halda o sizin boşboğaz olduğunuzu düşünə bilər.Bütün problemləri eyni zamanda həll etməyə çalışmayın. Hər şeyin öz vaxtı var.

12. Tənqidi qəbul etməyi öyrənin
Əgər səhv etmisinizsə, onu qəbul edin və bir daha təkrarlanmayacağı barədə söz verin. Rəhbərlə mübahisə etmək və onun qarşısında ağlamaq lazım deyil.

13. İşinizi qiymətləndirməyə məcbur etməyin
Rəhbər bəzən xoşa gəlməyən cümlə işlədə bilər. Heç vaxt özünüzə tərif qazanmağa çalışmayın, sadəcə işinizi görün. Zamanı gəldikdə o özü bunu edəcək.

14. Yaltaqlanmayın
Bir çox əməkdaşlar yaltaqlanmağı xoşlayır. Çalışın buna yol verməyin. Rəhbəri tərifləmək lazımdır, əgər buna həqiqətən layiqdirsə. Boş yerə danışmaq və həddini aşmaq məsləhət deyil. Çünki o sizin qeyri-səmimi olduğunuzu başa düşəcək.


Geri dön

Musique Sage

  • 22 oktyabr 2011 16:47
  • Məqalə: 442
  • Şərh: 2893
  • Bal:
indi bunlar hec yerde kecmir cunki yaltaqliq onde gedir

Мой Мир

  • 9 sentyabr 2011 14:10
  • Məqalə: 722
  • Şərh: 5845
  • Bal:
{awards}
kimese lazimdisa buyursun twk edirem

--------------------
∞♥

music_angel

  • 9 sentyabr 2011 13:50
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
maraqli melumatlardi insallah boyuyende istifade edecem)))

--------------------

Enerelen

  • 9 sentyabr 2011 12:50
  • Məqalə: 108
  • Şərh: 967
  • Bal:
{awards}
niye hec kim mudur olmaqi yox mudure yaxsi gorsenmeyi secir)))

--------------------
Artıq şeirlərimi, hekayələrimi və b. yaradıcılıq işlərimi paylaşmayacam.Məndən bu kimi işlərimin davamını gözləyən çox az saylı userlərdən üzr istəyirəm.

Ay Üzlü

  • 9 sentyabr 2011 12:37
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
kime lazimdisa buyursaun
tewekkurler

Sirli Melek

  • 9 sentyabr 2011 12:34
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
{awards}
ehhh HAMISI BOŞ ŞEYDİ. İNDİKİ ZAMANDA GƏRƏK RƏİSİN ADAMI OLASAN, YA DA YALTAQ OLMALISAN.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

lema

  • 9 sentyabr 2011 12:32
  • Məqalə: 0
  • Şərh: 2659
  • Bal:
{awards}
maraqli meslehetlerdi.hal hazirda mene lazim deyil amma oxudum hacansa lazim olar fellow

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

nicer_girl

  • 9 sentyabr 2011 12:17
  • Məqalə: 0
  • Şərh: 365
  • Bal:
{awards}
lazim olmaz yeqin bu yaxinlarda

Deniz

  • 9 sentyabr 2011 12:02
  • Məqalə: 338
  • Şərh: 3784
  • Bal:
{awards}
Maraqli idi.....isleyenler ucun yaxsi meslehetler idi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 58
Cəmi: 79

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 46
Cəmi: 223
 
NIGAR
Xəbərləri: 41
Cəmi: 862
 
Limon qoxusu
Xəbərləri: 39
Cəmi: 63
 
Nergiz__Sirinova
Xəbərləri: 21
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 19
Cəmi: 275
 
Lmzade
Xəbərləri: 13
Cəmi: 13
 
aytc.sza
Xəbərləri: 12
Cəmi: 15
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}