Səhər "Namaz"ının əhəmiyyətləri...

 
  • 22.09.2010, 00:34
  • Bölmə: İslam
  • Müəllif: Ulya
Səhər "Namaz"ının əhəmiyyətləri...

Hz. Fatimə hələ süd əmməkdə olan Həzrəti Hüseyn xəstələndiyi üçün səhərə qədər yatmamışdı. Övladının inləyişi qarşısında gözlərinə səhərə qədər yuxu girmədi. Hz. Hüseyn səhərə doğru bir ara yatar kimi olduğunda Hz. Fatimə tapdığı ilk fürsətdə kainatın sahibinə yönələrək səhər namazını yerinə yetirmişdi. Özünü çarəsiz buraxan yuxuya ancaq bundan sonra vaxt ayıra bilmişdi.
Sonra məscidi şərifdə səhər namazını etdirən Peyğəmbər Əfəndimiz adəti üzrə onun evinə təşrif edib.Həzrəti Fatimə Anamızı yatar vəziyyətdə görüncə onun səhər namazını etmədiyini sandı.
- Ey qızım Fatimə Peyğəmbər qızıyam deyə əsla namazı tərk etmə! Məni haqq peyğəmbər olaraq göndərən Allaha and içərəm ki, namazını vaxtında etmədikcə cənnətə girəcəyini zənn etmə deyərək namazın heç bir şəkildə laqeydlik edilə bilməyəcəyini ifadə etdi. Buna qarşılıq Hz Fatimə:
- Canım atacığım səhərə qədər yatmadım Səhər namazını edib yatdım. O zaman Əfəndimiz sevimli qızını belə müjdələdi:
- Müjdələr olsun sənə qızım! Axirətdə belə çətinliklər görməyəcəksən.


Aminnn rəbbim əfəndimizin duasına layiq etsin bizləridə Hz. Fatimə kimi şərəfləndirsin

Aləmlərə Rəhmət Həzrəti Məhəmməd (sav) bir hədisi şəriflərində belə buyurmaqdadır.

"Səhər namazını edən kimsə Allahın himayəsindədir. Diqqət yetir ey Adəmoğlu! Allah şəxsən himayəsində olan bir mövzuda səni sorğuya çəkməsin." (Müslim Mesacid 261-262)

Allahın himayəsi altında olmaq dünyada və axirətdə Onun qoruma və təminatı altında olmaq deməkdir. Himayə olunanında, himayə edənə qarşı məsuliyyətləri vardır. Allaha verdiyi sözləri yerinə yetirməsi qulluq vəzifəsinin gərəyi olan davranışlarda olması əks halda bu mövzuda hesaba çəkiləcəyi Peyğəmbərimiz tərəfindən xatırladılmışdır.

Səhər namazını zamanında etmək Müsəlmanlar üçün çox əhəmiyyətlidir. Səhər namazı vaxtı; ruzilərin bölünmə edildiyi, duaların qəbul edildiyi, rəhmət və bərəkətin ən sıx olduğu, gərək ruh və gərək bədən sağlamlığı baxımından ən mühüm bir zaman dilimidir. Yuxunun da ən dərin bir zamanı olduğundan qalxıb etmək savab baxımından da bərəkətlidir.

Rəsulullah buyurur ki: "Münafiqlərə səhər ilə şam namazlarından daha ağır gələn heç bir namaz yoxdur. İnsanlar bu iki namazda nə qədər çox əcr və savab olduğunu bilsədilər iməkləyərək də olsa camaata gəlirlər idi" (Buxari Mevakit 20- Müslim Mesacid 252)

Həzrəti Xədicədən rəvayət olunan hədisi şərifdə Rəsulullah (sav) belə buyurmuşdur.

"Səhərin fərzindən əvvəl qılınan iki rükət sünnə dünya və dünyadakı hər şeydən daha xeyirlidir. "(Müslim)

Səhər namazının iki rükətlik sünnəsində Peyğəmbərimiz(sav) Fatihədən sonra Kafirun və İxlas surələrini oxuyardı.

Səhər namazını camaatla etmənin də digər namazlara görə əhəmiyyəti çoxdur. Bu mövzuda da Bu hədisi şərif çox mənalıdır.

"Şam namazını camaatla edən kimsə gecə yarısına qədər namaz qılmış kimidir. Səhər namazını camaatla edən kimsə isə bütün gecə namaz qılmış kimidir. "(MüslimMesacit 260)
Rəbbim namazlarımızı layiqiylə yerinə yetirənlərdən edənlərdən və namazlarımızı qəbul edilənlərdən etsin AMİN..


Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:14
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun

Allah razi olsun

--------------------

aysel481

  • 26 fevral 2011 19:49
  • Məqalə: 0
  • Şərh: 30
  • Bal:
{awards}
twk.ah birce mende vaxtinda durub qila bilsem hemiwe NAMAZIMI.AMIN.....

Azeri_Gozeli

  • 13 oktyabr 2010 14:18
  • Məqalə: 91
  • Şərh: 2383
  • Bal:
{awards}
bilirdim cox sag ol Ellerine saliq Allah razi olsun

--------------------

Ulya

  • 23 sentyabr 2010 16:55
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
ZoLuShKa,
dangerous_angel,
love

Ulya

  • 22 sentyabr 2010 10:54
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
miss she,
Dj_Tural,
love

miss she

  • 22 sentyabr 2010 10:12
  • Məqalə: 0
  • Şərh: 17
  • Bal:
{awards}
tewekkurler

Dj_Tural

  • 22 sentyabr 2010 05:10
  • Məqalə: 852
  • Şərh: 1584
  • Bal:
{awards}
tewekkurler Allah razi olsun

--------------------
Usaq Musaq Dostluq Gondermesin.Bezmisem Redd Elemekden..
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 43
Cəmi: 73

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 47
Cəmi: 152
 
The Shield
Xəbərləri: 44
Cəmi: 305
 
Darling
Xəbərləri: 42
Cəmi: 927
 
aytc.sza
Xəbərləri: 32
Cəmi: 82
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 19
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 16
Cəmi: 74
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 303
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}