Uşaqlar saf mələklərdir

 
Uşaqlar saf mələklərdir

Bir ümid (təsirli və ibrətamiz hekayə)

Sakit və hüzünlü bir gecə. Səssizlikdir. Bütün uşaqlar öz yataqlarında uzanıb yatır. Bir balaca oğlandan başqa. Gecənin hüzünlü olmasının səbəbkarı. İçini çəkə- çəkə ağlayır. Əlini ağzına tutub ki, səsini eşidib oyanmasınlar. Göz yaşları kipriklərindən damla- damla axırdı. O qədər ağlamışdı ki, gözləri və yanaqları qızarmışdı.Yastığını qucağına alıb bərk- bərk qucaqlamışdı. Başını sığallayacaq bir əl, onu bağrına basacaq bir qucaq belə yox idi. Gözlərini çöldəki qapıdan çəkmirdi. Elə bil kimisə gözləyirdi. Kimsə hər an qapını aça bilərdi.
Ayın işığı otağa dolmuşdu. Balaca nə qədər səssiz olmağa çalışsa da yenədə hıçqırıq səsi otaqda aydın eşidilirdi. Uşaqlardan biri başını qaldırıb onu pəncərənin yanında ağlayan gördü. Eyni yaşda olardılar. Adyalını götürüb onun yanına getdi. Yarısını onun çiyninə yarısını da öz çiyninə atdı. Balaca əlləri ilə onun gözlərini sildi və yanağından öpdü. «Ağlama İlkin. Səni də bir gün aparacaqlar. Heç mənim onlardan xoşum gəlmədi. Onlar sənə yaxşı baxmayacaqdılar. Həm sən getsəydin mən tək qalacam axı.» İlkin dostuna baxdı. Onu bərk bərk qucaqladı. Hüzünlü gecədə iki balaca dost bir-birilərini qucaqlayıb ağlayırdılar. İlkinə ən çox təsir edən 7 yaşında olmağına baxmayaraq ona «Böyüyüb. Bizə beləsi lazım deyil, balaca uşaq istəyirik. » sözü oldu. Axı o hələ balaca idi, ana quzusu idi. Ürəyindəki ümidi qırdılar. Düşünürdü ki, əgər böyüyübsə onu heç kim heç vaxt övladlığa götürməyəcək.
— İlkin ağlama. Gəl gedək yataq.
— Yyoxx iss-təmirr-əm
— Yaxşı onda ağlama.
— Ya-xşı.
— Kefini pozma. Sənə bir sirr deyim amma heç kimə demə. O gələn əslində ana deyildi.
— Necə? Axı dedi- lər ki, biri-mizin an- ası olacaq.
— Yox. Mən bilirəm ana necə olur.
— Nee-cə olur?
— Bax ana çoooox gözəl olur. Uzun saçları olur. Üzündə də xalı olur.
— Xa-lı?
— Hə xal. Bax burda.
Hər ikisi gülüşdülər.
— Bəs sə nə bilirsən ki, o ana deyil? Axı o da gözəl idi.
— Nolsun amma saçı uzun deyil idi. Yanağında da xalı yox idi. Həm də gülmürdü.
— Gül-mürdü.
— Hə. Ana uşağa baxanda həmişə gülür. Bax belə gülür.
Yenə hər ikisi güldü. Vasif İlkinin kefini azacıq da olsa düzəltmişdi. Hər ikisi də bu gün gələnlərin mənfi xüsusiyyətlərini deyib, özlərinə təsəlli verirdilər. Vasif yenədə ananın necə olduğunu təsvir edirdi. Əslində öz anasını təsvir edirdi. Buraya tərk ediləndə 3 yaşı var idi. Yaddaşında anasının siması uzun saçlı, gülümsəyən və yanağında xal olan qadın idi.
— O gəlsə sən onu tanıyacaqsan?
— Əlbətdəki, özü də o bizim ikimizidə aparacaq burdan.
— Bəs nə vaxt gələcək?
— Bilmirəm. Amma gələcək. Bax o qapıdan girəcək.
Hər ikisi çöldəki, qapıya baxırdılar. İlkin artıq ağlamırdı. Əksinə həyəcanlı idi. Nə də olsa qəlbində ümid doğmuşdu. Uzun saçlı, yanağında xalı, gülən ana bir gün bu qapıdan girəcəkdi...

Uşaqlar saf mələklərdir


Geri dön

NAZLI YAGMURLAR

  • 9 sentyabr 2011 21:30
  • Məqalə: 1
  • Şərh: 409
  • Bal:
DOGRUDAN DA USAQLAR DUNYADA EN GUNAHSIZ MELEK KIMI INSANLARDIR TWKLER

--------------------
DOGDUNDA KULAGINA EZAN OKUNUR OLDUGUNDE EZANSIZ NAMAZIN KILINIR.
HEYATIN ISE:
EZAN VE NAMAZ ARASINDA OLAN O VAKIT KADARDIR NE KISA
DEGILMI...!!!

LANA

  • 9 sentyabr 2011 15:45
  • Məqalə: 0
  • Şərh: 113
  • Bal:
{awards}
TANRI HEÇ KİMİ ANASIZ ETMƏSİN(

--------------------
NƏ BACARIRSIZ BACARIN, SİZƏ KÖMƏK EDƏN MÜTLƏQ MÖVCUDDUR !

Sirli Melek

  • 9 sentyabr 2011 15:24
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
{awards}
QƏMGİN HEKAYƏDİ((

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

only-girl

  • 9 sentyabr 2011 14:00
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
cox tesirli idi bacim menim allah saxlasin korpeler

--------------------

sevgi meleyim

  • 9 sentyabr 2011 13:50
  • Məqalə: 25
  • Şərh: 1595
  • Bal:
{awards}
Çox maraqlı,təsirli bir hekayə idi,muellife tewekkur

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

Мой Мир

  • 9 sentyabr 2011 13:45
  • Məqalə: 722
  • Şərh: 5845
  • Bal:
{awards}
[b]cox tesirli idi bacim menim duyqulandimee twk[/b]

--------------------
∞♥

sevgimden_utaniram

  • 9 sentyabr 2011 13:43
  • Məqalə: 44
  • Şərh: 603
  • Bal:
{awards}
cox gozel hekayedi cox xosum geldi elleriniz derd gormesin wink

--------------------
Sen yoxsan bu heyat menasiz mene,
Açilan seherler qaraliq zülmet.
Dostlarda tesseli olmayir mene,
Qalmişam sevgilim men sene hesret .

music_angel

  • 9 sentyabr 2011 13:41
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
cox sagol canim cox maraqli ve tesirli hekayeydi

--------------------

lema

  • 9 sentyabr 2011 13:40
  • Məqalə: 0
  • Şərh: 2659
  • Bal:
{awards}
cox tesirli hekaye idi.Allah hec bir korpeni ana ve atasindan mehrum etmesin recourse qoy dunyadaki butun uwaqlar xowbext olsunlar. smile Amin

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Delya_91

  • 9 sentyabr 2011 13:25
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
Oxumuwdum,tesirdildir duzdu

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

Ay Üzlü

  • 9 sentyabr 2011 13:14
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
cox gozel hekayedi cox xosum geldi elleriniz derd gormesin

Ada...07

  • 9 sentyabr 2011 13:06
  • Məqalə: 46
  • Şərh: 2750
  • Bal:
{awards}
Cox qozel ve tesirli hekaye idi, cox beyendim, Allah butun korpeleri qorusun onlari isti ana qucaqindan mehrum buraxmasin, onlara ana ve ata sevgisi bexw etsin, Allah onlari ata ve analarina layiqli bir ovlad olaraq yetiwdirsin Amin...

--------------------


Jasmin45

  • 9 sentyabr 2011 12:46
  • Məqalə: 43
  • Şərh: 1083
  • Bal:
{awards}
Çox maraqlı,təsirli bir hekayə idi,sonacan oxudum..Həqiqətən uşaqlar saf,təmiz olan bir mələkdirlər..Düşüncələri,davranışlarıyl
a çox sevimlidirlər..ALLAH onları qoruyub,ata-analı böyütsün..Amin!!

Təşəkkürlər çoxx..

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

Enerelen

  • 9 sentyabr 2011 12:42
  • Məqalə: 108
  • Şərh: 967
  • Bal:
{awards}
cox uzundu yariyacan oxudum ureyim sixildi. maraqli hekayeye oxsuyur siz oxuyarsiz))muellife tewekkur

--------------------
Artıq şeirlərimi, hekayələrimi və b. yaradıcılıq işlərimi paylaşmayacam.Məndən bu kimi işlərimin davamını gözləyən çox az saylı userlərdən üzr istəyirəm.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 33
Cəmi: 49

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 65
Cəmi: 242
 
NIGAR
Xəbərləri: 65
Cəmi: 881
 
Limon qoxusu
Xəbərləri: 60
Cəmi: 83
 
Nergiz__Sirinova
Xəbərləri: 31
Cəmi: 552
 
aytc.sza
Xəbərləri: 29
Cəmi: 30
 
Lmzade
Xəbərləri: 28
Cəmi: 31
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 18
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}