Təklifim var

 
Təklifim var

Bir yolçuyam yol gəlirəm. Mənzilbaşına varmağa çalışıram.
Yola cənnətdən başladım. Yer üzünü səyahətə çıxdım. Cənnətdən gəlib Cənnətə gedirəm. Yüküm əməldir.

Yasaqlar olan cənnətdən yasaqlar olmayan cənnətə gedirəm. Bir ağac qadağasını pozduğum üçün min qadağaları aşmaqla cəzalandırıldım. İndi bütün "ağaclardan" uzaq qaçıram. Bütün yasaqlara o qadağan olunmuş ağaca baxdığım kimi baxır, ona toxunmaqla Cənnətdən çıxarıldığımı xatırlayır, həmən uzaqlaşıram. Yasağa toxunmamağı “kimdən öyrəndin?” sualının cavabını atalarımız verib: “Gözü çıxmış qardaşımdan!”

Adəmin isə gözü çıxmadı, özü çıxdı... Cənnətdən yola çıxıb geri qayıtmağın yolunu tapmaq üçün təvafa başladı. Onun addımının izi ilə mən də gedirəm... Çata biləcəyəmmi, ya qismət...

Təklifim var

İtmiş cənnətimi axtarıram. Gedən, tapan, varan... dönüb mən tapdım, bura gəl demir. Sadəcə yolu göstərir. İz qoyur. Dalınca gəlməyimi istəyir. Əlimdən tutub aparmır. Yolu göstərərək bələdçilik edir və missiyasını bitirir...

Uzun bir səyahətə çıxmışam.
Tufanlardan keçdim. Həzrəti Nuhun gəmisinə mindim, xilas oldum. Tüğyan edənlərin aqibətinə şahid oldum, dərs aldım.
Yol yürümək üçündür deyib, yoluma davam etdim. Ad qövmünə rast gəldim, hündür-hündür sütunlardan tikdikləri binalarına baxdım. Nə etmək istədiklərini anlamadım. Yol təvafdır, üzü yuxarı yüksəliş yox. Anlamamışdılar... Özlərindən əvvəlkilərdən dərs almamışdırlar. Nuhun gəmisinə minsələr də Nuhun yol yoldaşları deyildilər.
Onlardan uzaqlaşdım Səmuda tərəf yola çıxdım. Onlar da yolda qalmışdılar. Getmək istəmirdilər. Yerlərini daha da möhkəmləndirməyi düşünürdülər...

Təklifim var

Bir yerdə dura bilməzdim. Cənnət mənim üçün darıxmayıb, o mənə tərəf gəlmir. Mən ona tərəf getməliyəm...
Az getdim, düz getdim, dərə təpə yol getdim, nəhayət Həzrəti İbrahimə rast gəldim. Atəşdə yanmasına (daha doğrusu yanmamasına!) şahid oldum. Su tökdüm onu yandırmaq istəyən atəşə. Tərəfimi bəlli etdim. İbrahimin izindən gedirəm. Bu iz burda yansa azaram, çaşaram, yolda qalaram...
Əlimə balta aldım, qırdım azəri mən olan bütlərimi... Məni yoldan saxlayan hər şeyi dağıtdım, tökdüm... Yoluma davam etdim.

Həzrəti İsmayılla qurban olmağı öyrəndim. Başımı bıçağın altına könüllü uzatdım. Bu yolda yürüməyin, bu cür qurban olmaqla mümkünlüyünü anladım...

Həzrəti Harunla susmağın hikmətini, Həzrəti Musa ilə qolumun qüvvətini öyrəndim. Həzrəti İsa mənə kəlamı öyrətdi. Kəlamdakı gücü ondan öyrəndim. Həzrəti Zəkəriyyadan dua etməyi, Həzrəti Yəhyadan fəda olmağı öyrəndim. Davudla Süleymandan sərvətə sahib olub, sərvətə qul olmamağı öyrəndim. Sultanlığın ibadət olduğunu, əsl mülkün isə ədalət olduğunu dərk etdim. Süleymana qalmayan dünyanın heç kimə qlamayacağı gerçəyini anladım.

Təklifim var

Aləmlərə rəhmət olan Muhamməddən (s.a.s) isə əxlaqı öyrəndim. Gözəl əxlaq nə deməkdir onu anladım...
Səhabəsi söhbətində yetişdi onun. Söhbətlərini yol xəritəm olaraq əzbərlədim. Sünnətini yolum bildim.

Bu öyrəndiklərimi yol dağarcığımın içinə qoydum, üzü Cənnətə getməyə başladım. Önəmli olan yolda yatmamaq, yoldan azmamaqdır. Bunu bilirdim. Yol azuqəmi ona görə tədarük edirdim. Saleh əməl və savablar nə qədər çox olarsa o qədər çox Cənnətə yaxınlaşmaq şansım var.
Yol azuqəmi topladım.

Təklifim var

Azuqəm: Əməl
Bələdçim: Quran
Rəhbərim: Rəsullar
Xəritəm: Rəsulun sünnəti
Hədəfim: Allah Rizası
Varacağım məkan: Cənnət


P.S. Yol yoldaşına ehtiyacım var: büdrəyərkən qolumdan tutan, yıxılarkən qaldıran, taqətim kəsilib yolda qalarkən çiyninə alan.
İddia edən varsa...

Yolumuz Cənnətədir! RÜZGAR


Geri dön

Ayannn

  • 10 sentyabr 2011 23:17
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
axiracan oxudum ve gozlerim dolsu Allah senden razi olsun bele xeber atdigin ucun gunahlarini bagislasin.

Zehra MeLeK

  • 10 sentyabr 2011 01:54
  • Məqalə: 7
  • Şərh: 634
  • Bal:
{awards}
twkllerrrrrrrrrrrrr

Green_Black

  • 10 sentyabr 2011 00:10
  • Məqalə: 0
  • Şərh: 31
  • Bal:
{awards}
Aləmlərə rəhmət olan Muhamməddən (s.a.s) isə əxlaqı öyrəndim. Gözəl əxlaq nə deməkdir onu anladım...
Səhabəsi söhbətində yetişdi onun. Söhbətlərini yol xəritəm olaraq əzbərlədim. Sünnətini yolum bildim.

_awik_kiz_

  • 9 sentyabr 2011 21:18
  • Məqalə: 0
  • Şərh: 429
  • Bal:
{awards}
maraqli ve ela idi twk

devyjones

  • 9 sentyabr 2011 20:57
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
{awards}
Azuqəm: Əməl
Bələdçim: Quran
Rəhbərim: Rəsullar
Xəritəm: Rəsulun sünnəti
Hədəfim: Allah Rizası
Varacağım məkan: Cənnət
Sözlər gözəl,insana hüzur verir,ürəyini sakitləsdirir.Baxsaq əməllərimizə və getdiyimiz yola əçəl nədi,yol haradı.əməl Haram yol batağlığ.Bu yollamı cənnətə gedirəm bu yollamə Təvaf edirəm yox bu yolla cəhənnəmə gedirəm şeytanın başında təvaf edirəm.Allah hamımızın yolunu cənnət eləsin əməlini saleh əməllərdən qərar versin.

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

kiss love

  • 9 sentyabr 2011 20:21
  • Məqalə: 4
  • Şərh: 1284
  • Bal:
{awards}
Azuqem:Emel.
Beletcim:Quran.
Rehberim:Resullar.
Xerutem:Resullrin sunneti.
Hedefim:Allahin Rizasi.
Varacagim mekan:Cennet

Insallah herkes allahin yoluynan geder Allaha secde eder Amin Insallah!!!

--------------------

ELIYEVA GUNAY

  • 9 sentyabr 2011 19:59
  • Məqalə: 0
  • Şərh: 105
  • Bal:
{awards}
Ay Üzlü,
GOZEL BACIMLA RAZIYAM
love

--------------------
ALLAHIM MENE YARDIM ET .
MENI PIS EMELLERDEN QORU
MENI GETDIYIM YOLDAN CAYDIRMA
MENI GOZEL BILDIYIN EMELLERE VADAR ET
AMIN INSALLAH

Cilent_M.Q

  • 9 sentyabr 2011 19:49
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
twkllerrrrrrrrrrrrrrrr

--------------------

Ay Üzlü

  • 9 sentyabr 2011 19:40
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Yer üzünü səyahətə çıxdım. Cənnətdən gəlib Cənnətə gedirəm. Yüküm əməldir.
cox gozeldi tewekkur edirem

RADUQA

  • 9 sentyabr 2011 19:08
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
Minnetdaram...cox deyerli xeberdi ve her birimizin bilmeyi vacibdi mence,,,,,

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

RAY OF MOON

  • 9 sentyabr 2011 19:05
  • Məqalə: 0
  • Şərh: 229
  • Bal:
{awards}
Gozel ve deyerli xeber uchun minnetdaram, ALLAH sizden razi olsun

--------------------
Unutduqlarini xatirla, itirdinse axtar, darixdinsa get tap, incitdinse uzr iste, incidinse bagishla... CUNKI HEYAT CHOX QISA!!!

GUL YAGMURU

  • 9 sentyabr 2011 18:48
  • Məqalə: 20
  • Şərh: 369
  • Bal:
{awards}
Azuqəm: Əməl
Bələdçim: Quran
Rəhbərim: Rəsullar
Xəritəm: Rəsulun sünnəti
Hədəfim: Allah Rizası
Varacağım məkan: Cənnət
Heqiqeten deyerli xeberdi ellerinize sagliq,allah razi olsun...

--------------------
Esl qehremanliq heyatda mubarize aparib
qalib gelmekdir..

Delya_91

  • 9 sentyabr 2011 18:46
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
gozel xebere gore sagolun.Allah razi olsun

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

Jasmi

  • 9 sentyabr 2011 18:22
  • Məqalə: 0
  • Şərh: 700
  • Bal:
{awards}
Azuqəm: Əməl
Bələdçim: Quran
Rəhbərim: Rəsullar
Xəritəm: Rəsulun sünnəti
Hədəfim: Allah Rizası
Varacağım məkan: Cənnət
superr smile

--------------------

Мой Мир

  • 9 sentyabr 2011 17:47
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
bu deyerli xebere gore coooooox saqolun minnetdaram

allah razi olsun

--------------------
∞♥

HaYaliM

  • 9 sentyabr 2011 17:32
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun..tesekkür edirem cox gözel xeberdi

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Miss Lady

  • 9 sentyabr 2011 17:24
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
dostum birinci werh menden.gozel xebrdi.twkler.islami xeberlere gore bal artiq olsaydi.sen lider olmuwdun.kaw/

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 12
Cəmi: 30

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}