“O nə dedi, bu nə dedi?”

 
“O nə dedi, bu nə dedi?”

Biz Quran tələbələriyik. Qurana qurban olmagi cahana sultan olmaqdan üstün tutmuşuq. Biz Quranın tələbəsi olmaqla fəxr edirik. Quranın ətrafında toplanırıq. Ona görə də işlərimizin mərkəzində Quran durur.
“O nə dedi, bu nə dedi?” yerinə “Allah nə dedi?” sualını veririk. Çünki bütün kitabların üzərinə Quranı qoymuşuq. Quranın üzərinə bir kitab qoymağa utanırıq. Biz İslam binasına Quran qapısından girənlərdənik. Çünki bu qapını Allah açdı. Peyğəmbərimiz də, onun səhabələri də məhz bu qapıdan girdilər. Bu binaya sonra bir neçə qapılar açdılar. Fiqh, tasavvuf, kəlam qapısı və s. Bu qapılar açılandan sonra Quran qapısı yaddan çıxdı. Quran qapısından girəndən sonra hansı otaqda istəsən otura bilərsən. Ancaq bu bəzilərinə sərf etmədi. Biz bu binaya Allahın açdığı Quran qapısından girənlərdənik.

“O nə dedi, bu nə dedi?”

Biz məxluq, Allah xaliqdir. Biz dəyişən, Allah dəyişməyəndir. Əgər kimsə dəyişmək istəmirsə, demək ki, Allah roluna girib. Çünki yalnız Allah dəyişməz. Yenilənmək, dəyişmək məxluq olmağın şüarıdır. Onun üçün bir peyğəmbər deyil, bir neçə peygəmbər gəlmişdir. Məxluq yenilənməlidir, yoxsa köhnələr. Quranın dili Qiyamətə qədər yenilənməyə davam edəcək. Dünənki din dili dünəndə qal. Peyğəmbər əfəndimiz “Bu ümmətə hər yüz ildə bir mücəddid gələr, o, din dilini yeniləyər” buyurmuşdur. Yenilənmək istəməyən zamanda ilişib qalar. O üzdən əqidəmizin təməlini dəyişmədən, din dilimiz dəyişməlidir.

Təhqiq əhliyik, təqlid əhli deyilik.Təqlid buxovdur insana buxov yaraşmaz. Allah insana ağıl vermişdir.
Biz İslamda yeni dil deyilik. Nə üçün sualını necə sualından öncə verdik. Necə suali üsulla ancaq “nə üçün” bilinclə əlaqəlidir.

“O nə dedi, bu nə dedi?”

Biz Quranı mushafın önünə qoyanlarıq. Allah Quranı endirdi. Qurana Quran kimi yaxınlaşanlar Quran tələbəsi oldular. Fəqət Quran öznədən çıxıb nəsnə olanda mushaf Quranın önünə keçdi. Artıq yerdə bitən qamışlardan hazırlanan kağızlara hörmət göydən enən mənanın önünə keçdi.
Məna kəlmələrin qəlbidir. Məna kəlmələrin qəlbinə ərşdən inzal buyurar. Əsl kəlmələr, cümlələr, ayələr dəyərlərini daşıdıqları mənalardan alarlar.
Biz tərtili təcvidin imamı bilənlərdənik. Allah tərtili əmr etdi. (Müzəmmil, 6) Ancaq bəziləri tərtili arxaya atıb təcvidi önə aldılar. Təcvid Quranın sözünü gözəl oxumaq, tərtil isə Quranı gözəl yaşamaq üçün anlamaqdır.

Biz muhafizliyi hafızliyin önünə keçirdik. Öncə muhafız sonra hafiz olsun deyənlərdənik. Çünki neçə hafizlər gördük ki, Quranın muhafızı deyil, heç özünün belə muhafizi ola bilmədi. Bir insanın Quranı başının içinə almağı həyatının içinə almaqdan önəmli bilənlərə “bu yalnışdır!” deyənlərdənik.

“O nə dedi, bu nə dedi?”

Biz Vəhdət əhliyik. Ayrılıqdan ayrılmışıq. Ayrılığı boşamışıq biz. Təfriqəni üç talaq ilə bir daha dönməmək şərtilə boşamışıq. “ Vəhdət sosial tövhid, təfriqə sosial şirkdir” demişik. Onun üçün bizi ayrılığa çağıranları susdurmuş, vəhdətə çağıranları isə başımıza tac etmişik.
Biz məşrəbi, məzhəbi, məktəbi, camaatı təqvanın yerinə keçirib üstünlük qəbul edənləri rədd etmişik.
Biz ümüd karvanıyıq. Ümüd karvanı olduğumuz üçün bir-birimizə “Duha” və “İnşirah” surələri olmaq istəyən insanlarıq. Biz sadəcə bir-birimizə deyil, bütün insanlığa ümüd olmaq istəyənlərik. Biz Rəbbimin ümüdünü qırmaqdansa yer üzündəki varlığımızın yox olmasını seçmişik. Biz bir-birimizin ümüdü olmuşuq. Ümüdümüz imandır - demişik.

Biz Ürək dövlətinin namizədləriyik.
Biz Könül imperyasının vətəndaşıyıq.

“O nə dedi, bu nə dedi?”

Biz “kəramət istiqamətdir” deyənlərdənik. Kəramətiniz nədir soruşduqda “balıq kimi suda üzərik, quş kimi havada uçarıq” demək yerinə “kəramətimiz istiqamətimizdir” deyərik.
Biz tək başımıza almaz olmaqdansa birlikdə gümüş olmağı seçənlərdənik. Biz Ürək dövləti deyib mərkəzdən başladıq amma bizim üfqümüz sadəcə yer üzüylə sərhədli deyil. Biz Allahın iki layihəsi olduğuna iman edənlərdənik. Biri İnsan, digəri Aləm. Biz “Ya Rəbbi bu layihələrdə bizdən də istifadə et” deyə dua edənlərdənik.
Biz həqiqət, mərhəmət, ədalət, məşvərət və məsləhət ortaq dəyərlər üzərində maruf (yaxşı) və münkər (pisin) qəbul edildiyi bir insanlıq ailəsinin gerçəkləşəcəyini uman insanlarıq və bu gerçəkləşərsə istiqamətimiz bitməyəcək deyənlərdənik. İnanırıq ki, o zaman Allah Günəş sistemindən çıxan qapını bizə göstərəcəkdir.
Rəbbim bizi insanlığın ümüdü etsin!
Amin
!


Geri dön

devyjones

  • 9 sentyabr 2011 21:32
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
Rəsulu Əkrəm (s) bizə 2 əmanət qoyub getdi.Biri Quran o biri əhli-Beyt.Quranı necə saxlamalıyıq öpməliyikmi evin hündü yerindəmi saxlamalıyıq?Qurana əmanət budur ki,onun buyurduqlarıyla getmək soylədiyi şeylərə əməl etmək budur əmanətə riayət.İnşallah Allah bizi Qurandan ayrı salmaz!!

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

RAY OF MOON

  • 9 sentyabr 2011 19:14
  • Məqalə: 0
  • Şərh: 229
  • Bal:
{awards}
Choox maraqlidi ve maraqlada axira kimi oxudum. Bu cur gozel xeberlerinizi hech vaxt bizden esirgemiyin. Yazan elleriniz var olsun. Teshekkurler

--------------------
Unutduqlarini xatirla, itirdinse axtar, darixdinsa get tap, incitdinse uzr iste, incidinse bagishla... CUNKI HEYAT CHOX QISA!!!

Peaceful

  • 9 sentyabr 2011 17:49
  • Məqalə: 0
  • Şərh: 173
  • Bal:
{awards}
Təşəkkürlər, Əllərinizə sağlq...Çox dəyərli və maraqlı xəbər idi...Bilmirəm niyə amma bunu xüsusi maraqla oxudum...Oxuduqca da insanın qəlbinə bir nur çökür, sanki Allaha bir az daha yaxınlaşırsan...Allah razı olsun, belə gözəl yazıya görə...

--------------------
Basit kişilerle polemiğe girmem..
Bazi yanlışları asla affetmem..
Tutkularım vardır vazgeçmem..
Bazen cok severim ama söylemem..

rusalka

  • 9 sentyabr 2011 17:14
  • Məqalə: 0
  • Şərh: 169
  • Bal:
{awards}
Allah razi olsun. Allah qelblerimizi quran nuru ile doldursun.

--------------------
HƏR İNSANIN AYNALARA GÖSTƏRMƏDİYİ BİR ÜZÜ VE HEC KİMƏ SOYLEMEDİYİ BİR HÜZNÜ VARDIR.

Leyla_Memmedova

  • 9 sentyabr 2011 17:06
  • Məqalə: 17
  • Şərh: 480
  • Bal:
{awards}
cox gozel idi tewekkurler

--------------------
MənƏ SöZ AtanA MəN GüL AtıraM...AmmA MƏZARINA...

Iriska

  • 9 sentyabr 2011 17:04
  • Məqalə: 253
  • Şərh: 1261
  • Bal:
{awards}
Vefasızlığımız nispetinde değil, ihtiyacımız nispetinde lütfuna talibiz Ya Rabbi.

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

KaRola_16

  • 9 sentyabr 2011 16:25
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
TEWEKKURLER...

TEWEKKURLER...

--------------------

GlamouR_

  • 9 sentyabr 2011 16:23
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
{awards}
cooooooox gozel yazilib tesekkurlerr

--------------------

ZAC EFRON

  • 9 sentyabr 2011 16:13
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
bu xebr ucun ALLAH senden razi olsun!!!!:::::::Deyerli xeberlerini gozduyuruk!:::::

music_angel

  • 9 sentyabr 2011 16:00
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah komeyin olsun cox sagol gozel xeberi bizmle paylasdigin icin

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 44
Cəmi: 60

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}