Zahidlik

 
Zahidlik

Bəzi insanlar dünyaya həddindən artıq bağlanır və arzu-istəkləri bitmir. Şan şöhrət və rahatlıq əldə etmək üçün dünyanın şəhvətlərinə, bər-bəzəyinə, var-dövlətinə və ya vəzifəsinə uyurlar ki, bunlar da insanı Allaha itaətdən uzaqlaşdırır, yaradılış qayələri olan vacibatları yerinə yetirməyə mane olur. Belə insanlar qəfldən gələn Qiyamət və onun əlamətləri haqda fikirləşmirlər. Ölüm gəldiyi və həqiqəti öz gözləri ilə gördüyü zaman isə tövbə etmək və itirdiklərini əldə etmək üçün ona yenidən fürsət tanınılmasını istəyər. lakin bu əbəs yerədir.

Zahidlik

Allah taala bu qəbil insanları xəbərdar etmiş və onlara dünyanın gerçəkdə nə olduğunu bəyan etmişdir: “Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. Axirətdə şiddətli əzab, Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan başqa bir şey deyildir”. (əl-Hədid, 20)

Zahidlik

Allah taala dünyanı vəsf edir və onun sonu haqda buyurur: “Həqiqətən, dünya həyatı göydən endirdiyimiz yağmura bənzər ki, onunla yer üzündə insanların və heyvanların yeyəcəyi bitkilər yetişib bir-birinə qatışar. Nəhayət, yer üzü bəzəklənib süsləndiyi və sakinləri də yığmağa qadır olduqlarını zənn etdikləri vaxt gecə, yaxud gündüz əmrimiz gələr və Biz onu, dünən üzərində bol məhsul olmamış kimi, biçilmiş bir hala gətirərik. Biz ayələrimizi düşünən bir ümmət üçün belə ətraflı izah edirik!” (Yunis, 24)

Zahidlik

Axirətə nisbətdə dəyəri olmayan dünya nemətləri haqda Mustəvrad bin Şəddaddan rəvayət olunan hədisdə Allah rəsulu (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurur: “Dünya axirətlə müqayisədə, sizin barmağınızı böyük bir dəryaya batırıb oradan çıxartdığınız su qədərdir”. Digər bir hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Az olub bəs edən çox olub həddini aşmaqdan xeyirlidir”

Zahidlik

Dünyaya sevginə və onun həzlərinə meyl etmək Adəm övladının təbiətindədir. Allah taala buyurur ki, “Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır. Söylə: "Sizə bunlardan daha yaxşısını xəbər verimmi? Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün Rəbbi yanında altından çaylar axan cənnətlər vardır ki, orada əbədi qalacaqlar. Onlardan ötrü orada pak olan zövcələr və Allah rizası vardır. Allah, həqiqətən, bəndələrini görəndir! (Əli İmran, 14-15)

Zahidlik

Əgər qul bu nemətləri xoş niyyətlər və sağlam məqsədlər üçün istifadə etsə, tərifəlayiq və şəriətin razı qaldığı işlərə yardımçı olar.


Geri dön

Cilent_M.Q

  • 10 sentyabr 2011 00:43
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
Allah razi olsun

--------------------

devyjones

  • 9 sentyabr 2011 21:36
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
{awards}
Dünya Evi çox bər-bəzəklidi çox zinətlidi İnsanın axlını alan qeder zinətli və bəzəklidir.Allah bu bər-bəzəyə aldanmamağı bildirir amma biz yenədə aldanırıq dünyaya məhəbbətimiz artır məqsədimiz ancaq dünyada nəsə əldə edim.Lakin məqsədim axirət olmalıdır ora üçün çalışmalıyam bunu unudurq o bər-bəzək üçün.Allah bizi onlara aldanmamaq üçün bizə İman kəramət eləsin səbr əta eləsin!!

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

Ay Üzlü

  • 9 sentyabr 2011 21:05
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Allah, həqiqətən, bəndələrini görəndir

Мой Мир

  • 9 sentyabr 2011 18:20
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
qeseng yazidir twk eziyete gore

--------------------
∞♥

Peaceful

  • 9 sentyabr 2011 17:54
  • Məqalə: 0
  • Şərh: 173
  • Bal:
{awards}
Çox qəşəng yazıdır...Əsas odur ki, gözümüz bütün dünya nemətlərinə, daş qaşa qarşı tox olsun...Hər şeyin çoxu ziyandır prinsipini unutmayaraq yaşamımızı davam etdiirək...Allah Təala bizi Cənnət gözəlləyindən məhrum etməsin, İnşaallah...Amin!

--------------------
Basit kişilerle polemiğe girmem..
Bazi yanlışları asla affetmem..
Tutkularım vardır vazgeçmem..
Bazen cok severim ama söylemem..

KaRola_16

  • 9 sentyabr 2011 16:27
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
MARAQLIDIR ALLAH RAZI OLSUN...

--------------------

ZAC EFRON

  • 9 sentyabr 2011 16:15
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
Dünyaya sevginə və onun həzlərinə meyl etmək Adəm övladının təbiətindədir. Allah taala buyurur ki, “Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır. Söylə: "Sizə bunlardan daha yaxşısını xəbər verimmi? Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün Rəbbi yanında altından çaylar axan cənnətlər vardır ki, orada əbədi qalacaqlar. Onlardan ötrü orada pak olan zövcələr və Allah rizası vardır. Allah, həqiqətən, bəndələrini görəndir! (Əli İmran, 14-15)

music_angel

  • 9 sentyabr 2011 15:58
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Bəzi insanlar dünyaya həddindən artıq bağlanır və arzu-istəkləri bitmir. Şan şöhrət və rahatlıq əldə etmək üçün dünyanın şəhvətlərinə, bər-bəzəyinə, var-dövlətinə və ya vəzifəsinə uyurlar ki, bunlar da insanı Allaha itaətdən uzaqlaşdırır, yaradılış qayələri olan vacibatları yerinə yetirməyə mane olur. Belə insanlar qəfldən gələn Qiyamət və onun əlamətləri haqda fikirləşmirlər. Ölüm gəldiyi və həqiqəti öz gözləri ilə gördüyü zaman isə tövbə etmək və itirdiklərini əldə etmək üçün ona yenidən fürsət tanınılmasını istəyər. lakin bu əbəs yerədir.

bax bununla tamamile raziyam...coxlu pul rahatliq bezi insanlarin aglini basindan alir..ama GOYDE ALLah var axir evel o acgoz adamlari zirveden asagi salir....cox sagolun melumat icin

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 23
Cəmi: 39

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}