Doğruluğun fəziləti

 
Doğruluğun fəziləti

Möminin ən mühüm və ən ümdə əlamətlərindən biri əqidəsində, sözündə və əməlində doğru olmasıdır. Allah taala buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun və doğru olanlarla olun!” (ət-Tövbə, 119) Alimlərin yekdil fikrincə, doğruluq əməlin aşkarda və gizlində doğru olmasına şamil olunmalıdır ki, bu vəsf də kimə aid edilirsə, şübhəsiz o həqiqi siddiq hesab olunur.

Doğruluğun fəziləti

Siddiqlərin birincisi Əbu Bəkrdir (Allah ondan razı olsun!). O, ilk vaxtlardan rəsulullahı (ona və ailəsinə Allahın salavatı və salamı olsun) təsdiq etdi və dəstəklədi. Eyni zamanda Allaha itaət, faydalı söz söyləmək və şərrin qarşısını almaq doğruluqdan hesab olunur. Allah taala buyurur ki, “Allaha və Peyğəmbərə itaət edənlər Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər, şəhidlər və salehlərlə bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır! Bu mükafat Allah tərəfindəndir. Bilən Allah kifayət edər”. (ən-Nisə, 69-70) Allah taala möminlərin sifətləri haqda buyurur: “Allaha və peyğəmbərinə iman gətirənlər - məhz onlar öz Rəbbi dərgahında olan siddiqlər və şəhidlərdir”. (əl-Hədid, 19)

Doğruluğun fəziləti

Kim sözlərində və əməllərində doğruluğa nail olsa, sahibini Cənnətə aparan gözəl səciyyəyə yiyələnər. Doğruluq bütün insanlar tərəfindən qəbul olunan söhbət, bütün hakimlər tərəfindən qəbul olunan şahidlikdir. Yalançılıq isə tamamilə bunun əksidir. Buxari və Müslimdə rəvayət olunan hədis müsəlmanın həyatında doğruluğun nə qədər əhəmiyyətə və əzəmətə malik olduğuna dəlalət edir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Həqiqətən, doğruluq yaxşılığa, yaxşılıq isə Cənnətə aparır. Insan doğru danışa-danışa Allah dərgahında dürüst kimi yazılır. Yalançılıq isə pisliyə, pislik də Oda aparır. Insan yalan danışa-danışa Allah dərgahında yalançı kimi yazılır”. Allah ən doğru biləndir.


Geri dön

Cilent_M.Q

  • 10 sentyabr 2011 01:01
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
Allah razi olsun

--------------------

Ay Üzlü

  • 9 sentyabr 2011 21:19
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
“Ey iman gətirənlər! Allahdan qorxun və doğru olanlarla olun!”
Allah razi olsun

Мой Мир

  • 9 sentyabr 2011 17:25
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
allah razi olsun twk

--------------------
∞♥

HaYaliM

  • 9 sentyabr 2011 14:38
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

breaking dawn

  • 9 sentyabr 2011 14:31
  • Məqalə: 12
  • Şərh: 1041
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!!!

music_angel

  • 9 sentyabr 2011 14:19
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun cox gozel melumatdi ellerine saglik

--------------------

only-girl

  • 9 sentyabr 2011 14:07
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
allah razi olsun ellrin agrimasin baciw

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 27
Cəmi: 39

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}