Fəlakətlərə Səbəb Özümüzük

 
Fəlakətlərə Səbəb Özümüzük


Fəlakətlərə Səbəb Özümüzük
Bismilləhir Rahmənir Rahim

Allaha şükürlər və həmdlər olsun. Allahın peyğəmbəri Muhamməd (s.a.a.) və onun pak Əhli Beytinə (a.s.) Allahın salamı olsun. Bu dəfəki mövzumuz fəlakətlərdir. Fəlakətlər niyə baş verir və nəyin nəticəsində baş verir? Hamının bildiyi kimi təbiətdə nələr baş verirsə Allahın qüdrəti sayəsində olur. İndi belə bir sual meydana ki, Allah Təala bəs niyə təbii fəlakətləri edərək insanlara bəla nazil edir? Və yaxud da Allah niyə insanlara qəzəblənib? Sualların cavabı bəlkə də asan olsa da düşünən insanları düşünməyə vadar edir.

Etdiyimiz pis əməlləri (günahları) Allah görür və biz bilərəkdən ki, Allah görür yenə də öz pis əməllərimizdən əl çəkmirik. Allah öz mərhəmətini göstərir, Allahın insanlara rəhmi gəlir, ancaq insanlar daha da azğınlaşır, yollarını azırlar, Allahını unudurlar. Namaz, oruc, ibadət deyildiyində min cürə bəhanə gətirirlər. Axı nə vaxdacan Allah sizə rəhm edəcək və siz də öz bildiyinizi edəcəksiniz? Axı nə vaxdacan bəhanələrlə yaşayacaqsınız? Birdə gördünüz ki, ölüm haqladı və onda artıq peşmançılıq çəkməyiniz üçün gec olacaq.

Fəlakətlərə Səbəb Özümüzük

Günah deyildikdə misal götürmək olar parklardan bəhs etmək üçün. Allahım sənə sığınıram o parklardan ki, axşamlar bir nəzər salsan şeytanın tələsinə insanların necə dtez düşdüyünün şahidi ola bilərsən. İslamın haram buyurduğu əməlləri şeytan insanlar vasitəsilə necə də xoşagələn bir şəkildə harama düçar edir. Şeytan məskəni olmuş həmin yerlərdə əlbətdə ki, Allah unudulur. Sonra götürək gecə barlarını, diskotekalarını. Bir dəfə girsən bəs eləyər ki, necə də insanların asanlıqla şeytanın ağuşuna düşdüyünü görə bilərsən. Ölənə kimi səndə mənfi təsir qoyar. Qaldıki oranın daimi sakini olasan. İnsanlar helə yerlərə getməklə uçuruma doğru sürüklənir, şeytanın qulu olurlar. Şeytan başına sığal çəkər və deyər: dinini əlindən aldım, vicdanını əlindən aldım, qeyrətini əlindən aldım indən sonra çətin ki səndən adam ola. Kişilər kişilikdən çıxır, qadınlar qadınlıqdan.

Son zamanlar Azərbaycanı sellər, daşqınlar öz əhatəsinə alıb. Bilisinizmi səbəbi nədir? Mən deyim sizə səbəbini. Səbəb odurki İslam ölkəsi olan vətənimizdə məscidlər sökülür, haramlar halal adı altında satılır, Allahın haram buyurduğu içkilər hər bir marketlərdə, mağazalarda açıq-aşkar satılır, donuz ətini bülbül əti adı ilə iştahla yeyirlər, ölkəmizdə xristianlaşma, yəhudiləşmə gedir. Saqqalı uzun, balağı gödək olanlar İslamı iyrənc şəkildə təbliğ edir.

Fəlakətlərə Səbəb Özümüzük

Ölkədə cavanlarımız nəfslərinin istəkləri ilə gedir və bunun nəticəsi olaraq hər gün neçə neçə intihar hadisələri baş verir. Səbəb nədir? Səbəbini soruşduqda süni sevgilərə aludə olmuş və əks cinsin nümayəndəsi xəyanət edirlər və ya böyük vədlər verirlər, günahlar edirlər, sonra rüsvay olmasın deyə öz canlarına qəsd edir, çıxış yolunu ölümdə axtarırlar. Gərək hər bir əməli əvvəlcədən yaxşıca düşünüb icra edəsən. Əsl sevgi Allaha olmalıdır. Əgər sevginizi Allaha yönəltsəniz görərsiniz ki, sizin üçün ən xeyirlisini qərar verən Odur. Bu mövzu çox geniş mövzudur. Bu barədə İnşAllah gələcək məqalələrimizdə bəhs edəcəyik. Qayıdaq öz movzumuza. Əgər daşqınlar olursa demək Allahın bizə qəzəbi tutub. Adımız müsəlmandır, ancaq əksəriyyətimiz bi namazdır. Namaz deyildiyində sanki söhbəti dəyişir, həmin yerdən uzaqlaşır, bəhanələrdə MaşAllah nə qədər istəsən. Hər dəfə daşqınlar olur yenə də insanlarımız ibrət dərsi almırlar. Gecə barları yenə də öz fəaliyyətində davam edir, meydanlarda konsertlər səngimir, cavanlar günahlardan əl çəkmir, qızlar, qadınlar yenə də ayıb buyurulmuş yerlərini gizlətməkdən çəkinmirlər. Yarı çılpaq vəziyyətdə yaşayışlarını davam etdirirlər. Ətrafın şəhvətini özlərinə çəkirlər. İnsanları günahlara sövq edirlər. Bütün bunların bitib tükənməz olduğunu görən Allah fəlakətləri bizə cəza olsun deyə yer üzündən əksik etməyəcək.

Fəlakətlərə Səbəb Özümüzük

Nə qədərki Allahın əmrlərinə qarşı çıxacağıq Allah daha da şiddətli bəlalar yağqıracaq üstümüzə. Nə qədərki gec deyil tövbə edib doğru yola qədəm qoyaq. İndiyə kimi şeytana səcdə etdik gəlin ömrümüzün qalan hissəsini Allaha səcdə edək. Axı vicdan necə götürər bizi xəlq edən O gözəl Allaha təslim olmasaq. Biz Allahınıq və Allaha qayıdacağıq bunu unutmayın. Bütün bunlardan ibrət alacağınızı ümid edirik.


Geri dön

Zehra MeLeK

  • 10 sentyabr 2011 01:53
  • Məqalə: 7
  • Şərh: 634
  • Bal:
twkllerrrrrrrrrrrrr

Green_Black

  • 10 sentyabr 2011 00:05
  • Məqalə: 0
  • Şərh: 31
  • Bal:
{awards}
Allaha qayıdacağıq bunu unutmayın

devyjones

  • 9 sentyabr 2011 20:46
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
{awards}
Sizinlə çox razıyam.Mən bugun Park Bülvara getdim dostumla 1 saatliq And Olsun Allahımıza mənim ürəyim ağrıdı və şeytanın evini gördüm orda ziyafətini gördüm orda və dünya ilə axirət arasında qaldım sanki.Günü gündəndə hər şey mənfiyə doğru gedir müsbət bir şey yoxdur.yazan Əlləriviz Var olsun!!

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

sevgimden_utaniram

  • 9 sentyabr 2011 20:37
  • Məqalə: 44
  • Şərh: 617
  • Bal:
{awards}
.Allahin sevgisi sizinle olsun

--------------------
Sen yoxsan bu heyat menasiz mene,
Açilan seherler qaraliq zülmet.
Dostlarda tesseli olmayir mene,
Qalmişam sevgilim men sene hesret .

kiss love

  • 9 sentyabr 2011 19:58
  • Məqalə: 4
  • Şərh: 1284
  • Bal:
{awards}
cox sagolun allah sizden razi olsun ki bele ibret goturucu xeberler qoyursuz allah sizi qorusun insallah insanlar pis yoldan cekineller allaha secde edeller eliniz qolunuz var olsun bir daha tesekkurler.Allahin sevgisi sizinle olsun love

--------------------

MələkKız

  • 9 sentyabr 2011 19:55
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
duzdu her seye sebeb bizik

Cilent_M.Q

  • 9 sentyabr 2011 19:30
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Ay Üzlü

  • 9 sentyabr 2011 19:30
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
cox sag olun deyerli xeber ucun

only-girl

  • 9 sentyabr 2011 18:58
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
ALLh razi olsun

--------------------

Delya_91

  • 9 sentyabr 2011 18:43
  • Məqalə: 319
  • Şərh: 5294
  • Bal:
{awards}
Minnetdaram gozel yaziya gore

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

GUL YAGMURU

  • 9 sentyabr 2011 18:38
  • Məqalə: 20
  • Şərh: 369
  • Bal:
{awards}
Nə qədərki Allahın əmrlərinə qarşı çıxacağıq Allah daha da şiddətli bəlalar yağqıracaq üstümüzə. Nə qədərki gec deyil tövbə edib doğru yola qədəm qoyaq.
DEYERLI XEBERE GORE COX SAGOLUN...

--------------------
Esl qehremanliq heyatda mubarize aparib
qalib gelmekdir..

Mefistofel

  • 9 sentyabr 2011 18:00
  • Məqalə: 8
  • Şərh: 384
  • Bal:
{awards}
Doğrudur... Təmamilə razıyam Allah razı olsun

Мой Мир

  • 9 sentyabr 2011 17:43
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
ilk serh menden

allah razi olsun canim menim

--------------------
∞♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 26
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}