Qadın Müqəddəsdir, Hicab onun Zinətidir

 
Qadın Müqəddəsdir, Hicab onun Zinətidir


Qadın Müqəddəsdir, Hicab onun Zinətidir
Bismillahir rəhmanir rəhim

Huvə xəyrul-muin!
Bildiyimiz kimi İslam dinində qadın müqəddəs sayılır və öz müqəddəsliyini qoruyub-saxlamaq üçün müəyyən şərtlərə əməl etməlidir. Əlbəttə bu şərtlərin hamısını burda yazmaq mümkün deyil, amma bə`zilərinə işarə etməklə fikrimizi aydınlaşdıraq!

Bu şərtlərdən biri də qadınların geyimidir.
İmam Əli (ə) buyurmuşdur: "Qadın ərinin pulunu xərcləməkdə və öz iffətini qorumaqda paxıl olmalıdır." Doğurdan da, qadın özünü naməhrəm və yad kişilərə göstərməkdə paxıl olmalıdır.

Qadın Müqəddəsdir, Hicab onun Zinətidir

Qadının yad kişilәr qarşısında öz bәdәn üzvlәrini örtmәsinin lüzumu İslamın mühüm vә zәruri mәsәlәlәrindәn biridir.
Hər kəs təkəbbür olsa bu Allahın xoşuna gəlməz, amma qadınlar ismət və həyalarında hökmən təkəbbür olmalıdırlar. Yəni özlərini yad kişilər qarşısında təkəbbürlü apararaq onlara göstərməməlidirlər.

Müqəddəs İslam dini deyir: "Ey qadın! Özünü və iffətini qoru, zinətlərini, gözəl bədənini yalnız öz ərinə, özü də ən yaxşı şəkildə göstər, özünü naməhrəm şəxslərin pis və zəhərli baxışlarından qoru! Göstəriş verilən şərtlərə əməl etməklə yanaşı ictimayətdə iştirak və öz rolunu ifa et: həmin şərt də sənin qadınlıq cisminlə uyğun gələn geyimindən ibarətdir." İslam hicabı və örpəyi məhdudiyyət deyil, toxunulmazlıq deməkdir. Qadın üçün örpək bir hasara bənzəyir ki, camaat öz canını haqsızlıqdan və yırtıcı heyvanların hücumlarından qoruyub-saxlamaq ücün öz evlərinin ətrafında düzəldirlər. Deməli, hasar nicat vasitəsidir və insan hər an ayağını ehtirasla, haramla birgə olan tikanlara batmasına və nəticədə büdrəməsinə səbəb olan həyatının enişli-yoxuşlu yollarında özünü qoruyub saxlamalıdır.

Qadın Müqəddəsdir, Hicab onun Zinətidir

Qadının cəmiyyətdə örpəkli qalması ailə quruluşunun güclənməsinə səbəb olduğu kimi, onun dəyərinin qorunmasına, əxlaqsızlığa və fitnə-fəsada düşməməsinə də səbəb olur.
Qadınlar üçün hicab, sanki bir sədəfdir ki, naməhrəmlərin və yadların müqabilində öz varlıq gövhərini təhlükə və zərərlərdən amanda saxlayır. Hicab cəmiyyətə, xüsusilə cavanlara sakitlik və aramlıq bəxş edərək, hər növ fitnə-fəsadın yayılmasına, cavanların çirkinliklərə yönəlməsinə mane olur.
O ki, qaldı qadınların, hicabı qorxaraq bağlamamalarına, bunu demək olar ki, bu şeytanın vəsvəsəsindən başqa bir şey deyil. Bunu bir az araşdırmaq istərdik:

1) Əvvəla bir qadın hicabın hökmlərini pozmaqdan qorxaraq onu bağlamırsa deməli o qadın Allaha daha çox yaxın olmalıdır. Çünki Allahından o qədər qorxur ki, hicaba hörmətsizlik edəcəyi halda cəzalanacağını istisna etmir. Amma onu da demək lazımdır ki, hicabın hökmlərindən biri də başı açıq, qolu – qıçı açıq gəzməmək, naməhrəmlərə görsənməmək, və s. kimi məsələlərdir, amma həmən qadın ki, hicabın hökmlərindən qorxurdu, bu sayılanların hamısına əməl edir. Yəni həm başı açıq, qolu – qıçı açıq, naməhrəm və s kimi işləri edir. Deməli o həqiqətən də hicabın hökmlərindən qorxmur, ona elə gəlir ki, qorxur. Çünki qoxrsaydı hökmən bunları (qeyri hicabsızlıq) etməzdi.

Qadın Müqəddəsdir, Hicab onun Zinətidir

2) Əgər bir qadın belə başa düşürsə və öz – özünə belə deyirsə: “Əgər hicabım olarsa və ona əməl etmərəmsə Allah məni cəhənnəmdə yandırar” deməli o qadın cəhənnəm əzabının qorxusundan bunu etmir. Amma o qadın bilməlidir ki, məgər hicabsız olanda Allah onu cənnətə göndərəcəkmi???!!! Məgər hicabsız olanda Allah ona əzab verməyəcək? Hicabsız gəzməyin əzabı o qədərdir ki, Allah heç bəndəsinə bunu göstərməsin.

3) Şeytan bu kimi fikirləri qadınların zehnlərinə salaraq onları hicabdan çəkindirir. Şeytan o qadınların zehnlərində belə bir fikir canlandırır ki, “Sən hicab salsan ona əməl edə bilməyəcəksən, belə isə onu bağlama”


Amma bütün qadınlarımız bilmılidirlır ki, hicab həzrət Zəhra (s) nişanəsidir. Hər bir qadın hicab bağlasa özünü o əzəmətli xanımın (s) kəniz və qulluqçularından edə bilər inşaAllah.

Qadın Müqəddəsdir, Hicab onun Zinətidir

Hicabdan qorxmaq lazım deyil, onu hökmən bağlamaq lazımdır. Ömür çox azdır. Əgər bir gün Əzrail (Allahın salamı olsun ona) gəlsə biz deyə bilməyəcəyik ki, icazə ver hələ hicab bağlayım və bir neçə ildən sonra gələrsən, Xeyr! O gəlsə daha aman verməz. Bunun üçün hər nə qədər tez hicab bağlasaq Allaha xoş gedər inşaAllah.
Bir daha qeyd edirik ki, bu şeytanın vəsvəsəsidir ki, qadınların zehnlərinə bunu salmışdır. Şeytan qadınlara vəsvəsə edir ki, siz hicab bağlamayın. Əgər bağlasaz hökmlərinə əməl edə bilməyəcəksiniz. O məlun hicabsız qadınlarla öz çirkin işlərini rahat görür. Çünki heç kim hicablı bir qadına nalayiq və əxlaqsız edə bilməz. Amma bütün dünyanın başına nələr gəlirsə hamısı hicabsızların sayəsində gəlir. Bunu da şeytan belə istəyir.

Allah bütün qadınlarımıza kömək olsun ki, hicabın nə olduğunu dərk etsinlər və bundan sonra bir an da olsa hicabsız gəzməsinlər. Amin!!!


Geri dön

cingiz muradov

  • 23 dekabr 2011 09:19
  • Məqalə: 0
  • Şərh: 155
  • Bal:
twk love

Inciciceyi

  • 23 noyabr 2011 08:48
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Zehra MeLeK

  • 10 sentyabr 2011 01:54
  • Məqalə: 7
  • Şərh: 622
  • Bal:
{awards}
twkllerrrrrrrrrrrrr

devyjones

  • 9 sentyabr 2011 21:10
  • Məqalə: 58
  • Şərh: 806
  • Bal:
{awards}
Şərhləri oxudum xanımlarımızın çoxu hazır deyiləm bağlaya bilmərəm deyə cavablar.1 Saat da olsa bir anda olsa bu haqda fikirləşsək ki bu Hazir deyiləm sözlər Qiyamətdə bu onun üçün bəraət olmayacaq necə ki Namaz qılmayan deyir işlərim alınmır qıla bilmirəm bu bəraət deyil ona Hicabda onun kimi.İnşallah xanımlarımız hicaba keçərlər müəlman xanımı necə olmalıdır görsənəz.Təşəkkürlər

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

kiss love

  • 9 sentyabr 2011 20:43
  • Məqalə: 4
  • Şərh: 1278
  • Bal:
{awards}
Amin!!!insallah qdinlarimiz bu xeberden ornek goturer Insallah Allah butun gunahlarimizi bagislasin ve bizi cehennem ezabindan xilas etsin Amin!!!

--------------------

Cilent_M.Q

  • 9 sentyabr 2011 20:19
  • Məqalə: 87
  • Şərh: 2580
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

R_O_M_A fanatkasi

  • 9 sentyabr 2011 20:19
  • Məqalə: 16
  • Şərh: 214
  • Bal:
{awards}
Men haziram basimi baqlamaqa,amma indiki seraitimde heleki alinmir.Insallah tez bir zamanda baqlayacam

--------------------
....oooO..............
.....(....)...Oooo...
......)../.....(....)...
.....(_/.......)../.....
...............(_/......
... Я ТУТ ............
.......... БЫЛА.....

Melek Kiz

  • 9 sentyabr 2011 20:05
  • Məqalə: 150
  • Şərh: 8671
  • Bal:
{awards}
allah razi olsun ama men hicab baglaya bilmerem

Ay Üzlü

  • 9 sentyabr 2011 19:45
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
Allah razi olsun

Delya_91

  • 9 sentyabr 2011 19:27
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
Allah razi olsun,sadece bunu deye bilerem ki men hicab baglamaga hazir deyilem

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

only-girl

  • 9 sentyabr 2011 19:05
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
ALLAH razi olsun raziyam bu fikirle kewke butun gadinlarimiz azeri xanimlarimiz bawimizi orterdiki bunan gozel wey yoxdu

--------------------

GUL YAGMURU

  • 9 sentyabr 2011 18:51
  • Məqalə: 20
  • Şərh: 349
  • Bal:
{awards}
Allah razi olsun...

--------------------
Esl qehremanliq heyatda mubarize aparib
qalib gelmekdir..

Poppy

  • 9 sentyabr 2011 18:37
  • Məqalə: 79
  • Şərh: 692
  • Bal:
{awards}
allah razi olsun

--------------------

music_angel

  • 9 sentyabr 2011 18:24
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
winked buyurun

--------------------

Мой Мир

  • 9 sentyabr 2011 17:49
  • Məqalə: 722
  • Şərh: 5845
  • Bal:
{awards}
allah razi olsun twk canim menim

--------------------
∞♥

HaYaliM

  • 9 sentyabr 2011 17:30
  • Məqalə: 144
  • Şərh: 4313
  • Bal:
{awards}
Allah razi olsun Canim..maraqla oxudum axira kimi..tesekkür edirem

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 66
Cəmi: 92

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 56
Cəmi: 643
 
MiSS HaPPy)
Xəbərləri: 49
Cəmi: 80
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 44
Cəmi: 59
 
Arzu_zadeh
Xəbərləri: 40
Cəmi: 176
 
♔Hе важно∞
Xəbərləri: 35
Cəmi: 150
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 685
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 32
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}