Həzrət İbrahimin (ə) İmtahan səhnəsi

 
Həzrət  İbrahimin (ə) İmtahan səhnəsi

HƏZRƏT İBRAHİMİN (ə) İMTAHAN SƏHNƏSİ

Bir zaman gəlib çatır ki, Həzrət İsmayıl (ə) Həzrət İbrahimin (ə) köməkçisinə çevrilir. Belə zamanda Həzrət İbrahim (ə) yuxuda Rəbbi tərəfindən bir əmr alır. Təfsirlər göstərir ki, Zilhiccə ayının 8-ci gününün gecəsində ilk dəfə bu əmr İbrahim peyğəmbərə (ə) gəlir. Bundan başqa, Ərəfə gününün gecəsində də bu əmri alır. Qurban bayramının gecəsində də bu əmr Peyğəmbərə (ə) gəlir. İndi Həzrət İbrahim (ə) bu xəbəri öz övladına çatdırmalıdır. Ən böyük səbir səhnəsi buradan başlayır. Həzrət İbrahim (ə) çətin də olsa, üzərinə düşən vəzifəni yerinə yetirir. Ata öz övladına həqiqi durumu çatdırır. O cür ki, Qurani-Kərimdə buyururlur, Həzrət İbrahim (ə) oğluna deyir ki, övladım, mən yuxuda gördüm ki, gərək səni qurban kəsim. Bax gör sənin fikrin nədir. Burada çox ciddi incəliklər var. Biz görürük ki, Peyğəmbər (ə) illərlə arzusunda olduğu öz sevimli övladına həqiqəti necə imanla, necə səbirlə çatdırır.

RƏBBİN ƏMRİNİ İCRA ETMƏK BUYURUŞU

Bundan sonra övladın imtahanı başlayır. Atasının cavabında övlad imanla və səbirlə buyurur: “Ey atacan, icra et o əmri ki, sən onu almısan”. Təfsirlərdə qeyd edilir ki, Həzrət İsmayıl, atasına onun başını kəsməsini deyil, Rəbbinin əmrini icra etməsini buyurur. Bundan sonra isə Həzrət İsmayıl səbirlə bağlı buyuruşunu dilə gətirir: “İnşəallah, məni bu imtahanda səbir edənlərdən tapacaqsan”. Necə ki, Həzrət İbrahim (ə) çətin imtahanını səbirlə verməyə hazırlaşır, eləcə də oğlu da bildirir ki, o da öz imtahanını belə verəcək. Əlbəttə ki, bir ataya öz övladını qurban vermək çətindir. Eləcə də, təbii ki, Həzrət İsmayıla fiziki olaraq qurban kəsilmək çətindir. Amma Allaha xatir səbir, onların bu çətinliyini asanlaşdırır.

ÇƏTİNLİKLƏRƏ DÖZMƏK MÜQABİLİNDƏ VERİLƏN SAVAB

Bu mərhələdə həm ata, həm də övladı səbirli olmaq imtahanını ən kamil şəkildə verirlər. Bu hissədən, sona yaxınlaşana qədər Qurani Kərim hadisələrin necə cərəyan etməsinin şərhini vermir. Bu haqda müxtəlif nəzərlər var. Təfsirlərdə bildirilir ki, Həzrət İsmayıl (ə) onu möhkəm bağlamalarını istəyir ki, həmin hadisədə çapalamasın və bu zaman da savabı azalmasın. Bu da daha bir əzəmətli səbir səhnəsidir. Çətinliyə dözmək müqabilində verilən savab o dərəcədə çoxdur və eyni zamanda ö dərəcədə qiymətlidir ki, Həzrət İsmayıl onun bir zərrəsini belə itirmək istəmir. Bundan əlavə xahiş edir ki, bıçaq iti olsun ki, həm ona, həm də atasına rahat olsun. Təfsirlərdə o da qeyd edilir ki, Həzrət İsmayıl (ə) onun köynəyini çıxarmasını istəyir. Həzrət İsmayıl (ə) buyurur: “Qorxuram, mənim köynəyim qanlı olanda anam qanlı köynəyimi görən zaman bu hadisəyə səbir edə bilməsin”. Əziz İbrahim peyğəmbər (ə) anasının da səbirli olması üçün çalışır.

ALLAHA QOVUŞMAQ ŞÖVQÜNDƏN AXAN GÖZ YAŞLARI

Artıq o an yaxınlaşır. Həzrət İbrahim (ə) övladı Həzrət İsmayıl (ə) oğlunu bağrına basır, o üzündən, bu üzündən öpür. Bu an hər ikisi ağlayır. Təfsirlərdə qeyd edilir ki, həmin ağlamağın iki anlamı var. Birincisi budur ki, bu, insani hisslərdən doğan, təbii göz yaşlarıdır. İkincisi isə budur ki, onlar şövq halındadırlar. Ata öz övladını Allah ilə görüşə yola salır və bu şövqdən ağlayır. Övlad da Rəbbinə qovuşmaq şövqündən göz yaşları axıdır. Hər ikisi bəndəlik durumunu tam şəkildə təzahür edəndən sonra Həzrət İbrahim (ə) oğlunu torpağa qoyur. Təfsirlərdə bildirilir ki, başını kəsəndə atasının gözünün onun gözlərinə sataşmaması və ona çətin olmaması üçün Həzrət İsmayıl (ə) onun alnını torpağa qoymağı atasından xahiş edir. Həzrət İbrahim (ə) bıçağı oğlunun boynuna qoyur. Övlad artıq imtahanını verib qurtarıb, indi atanın imtahan anıdır. Həzrət İbrahim (ə) tam bəndəyə layiq olan bir halda bıçağı hərəkətə gətirir. Lakin, Rəbbi bıçağa kəsməyə imkan vermir. Həzrət İbrahim (ə) tam əməli halda səbir edir və sınağını sona çatdırır. Nə qdər səy edirsə, bıçaq kəsmir. Belə bir səhnədə Rəbbi tərəfindən İbrahimə (ə) nida gəlir: “Ey İbrahim, sən sənə yuxuda verilən əmri həyata keçirtdin. Sən, öz vəzifəni yerinə yetirdin. Biz beləcə möhsünlərə savab verərik. Bu həqiqətən açıq və aydın olan imtahan idi”. Hər iki peyğəmbər (ə) səbirli olmaq imtahanından tam kamil şəkildə çıxır və Rəbbi tərəfindən mükafatla müjdələnir.

Allahım, bizlərə çətin imtahanlar və sınaqlar qarşısında səbirli olmaq ləyaqətini nəsib et! Allahım, bizlərə üzləşdiyimiz bəla və çətinlikər qarşısında yalnız Sənə sığınmağı əta et! Amin!


Geri dön

Zehra MeLeK

  • 10 sentyabr 2011 01:57
  • Məqalə: 7
  • Şərh: 634
  • Bal:
twkllerrrrrrrrrrrrr

devyjones

  • 9 sentyabr 2011 21:17
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
{awards}
Çox çətin imtahan idi.Ata öz oğlunu Allah yolunda qurban verir.Bu imtahan təbi ki Allahın peyğəmbərinə verilir və o insanlar belə imtahandan layiqicə yerinə yetirirlər.Əyyub peyğəmbərin səbri tükənməz idi yəqin ki hərkəsin xəbəri var.İnşallah Allah bizi günah qabağında bütün çətinliklər qarşısında səbr etməyi bizə eta eləsin və bizi səbrlilərdən qərar versin.! AMİN

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

kiss love

  • 9 sentyabr 2011 20:55
  • Məqalə: 4
  • Şərh: 1284
  • Bal:
{awards}
tesekkurler Allah razi olsun allah her kese sebir versin Allah bize cetin gunlerimzde pis gunlerimizde komek etsin. Amin Insallah

--------------------

Cilent_M.Q

  • 9 sentyabr 2011 20:23
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Mefistofel

  • 9 sentyabr 2011 19:48
  • Məqalə: 8
  • Şərh: 384
  • Bal:
{awards}
Allah razı olsun çox sağ ol

music_angel

  • 9 sentyabr 2011 18:52
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
ALlah razi olsun

--------------------

_BAD_LIFE_

  • 9 sentyabr 2011 18:02
  • Məqalə: 0
  • Şərh: 219
  • Bal:
{awards}
deyerli yaziya gore deyerli muellife tewekkurler

--------------------
ömür dediyin Allah üçün deyilse nə fərq edər kainat önündə əyilsə

Мой Мир

  • 9 sentyabr 2011 17:50
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
allah razi olsun cox saqolun

--------------------
∞♥

HaYaliM

  • 9 sentyabr 2011 17:29
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allahım, bizlərə çətin imtahanlar və sınaqlar qarşısında səbirli olmaq ləyaqətini nəsib et! Allahım, bizlərə üzləşdiyimiz bəla və çətinlikər qarşısında yalnız Sənə sığınmağı əta et! Amin!

AMİN.AMİN.AMİN


Allah razi olsun..deyerli yaziya gore tesekkür edirem

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 14
Cəmi: 31

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}