Əgər Rənglər Olmasaydı?

 
Əgər Rənglər Olmasaydı?

Əgər Rənglər Olmasaydı?

RƏNGSİZ BİR dünya olsaydı yaşadığımız məkan, hər şey tək rəng üzərinə.. Necə olardı həyat heç düşündünüzmü? Son zamanlarda uzun uzun düşündüm mən.. Tək düzeliği və rəngsizliyi düşündüm. Rəngsizlik və vaxtsızlıq üzərinə yordum zehinimi.

Rənglər həyatın imtina etmədiklərimizdən zənnimcə. Yaradılmış hər şey Yaradandan ötəri onsuz da gözəl. Eynilə elədə yaradılan bütün rənglərdə xüsusi. Qara olmasa ağın qiyməti naməlum idi. Qırmızı olmasa, yaşıl tək başına gözəlliyini sərgiləyə bilməzdi. Rənglər qədər bir-birinə təzad duyğularda xüsusidir. Həsrət olmasa vuslatların qiyməti naməlum idi. Gözyaşları olmasa, gözlərimizdən süzülən, dodaqlarımızdakı təbəssümlərin nə mənası qalardı?


Əgər Rənglər Olmasaydı?

Yaradılmış hər şey digər tezadı ilə tarazlıqda.. Maqnitlərdə də belə şimal cənubu çəkər. İki eyni qütb bir-birini itələyər. Səmanın mavisini itirdiyini kainatdakı bütün rənglərin bir-birinə qarışıb nəticədə fövqəladə bir boz rəngin bütün dünyaya hakim olduğunu xəyal edin.

Yeməklərin cazibədar rənglərini silin gözlərinizdən.. Nuşla içdiyiniz şorba ilə qabınızın, qab ilə qaşığınızın hətta əlinizin, qaşınığın eyni rəng olduğunu düşünün. Sevdiyiniz insanı necə ayır edərdiniz digər həmcinslərindən? Ya bəslənmə necə olardı? Çiçəyin qoxusunu duya bilmək amma rəngini görə bilməmək nə qədər təmin edərdi bizi?

Kainat içində çoxda diqqətə dəyər tapmadığımız bu kiçik detalı itirdiyimizi düşünək bir anlığına.. İtirilən bir çox gözəllik kimi necədə böyüyərdi lazımlılığı gözümüzdə. Dənizin, buludların və səmanın rəngi eyni, balıqların rəngi eyni.. Hər şey tək düzə və hamı eyni. Sonsuzluğa aşiq insanoğlu üçün iztirab dolu olardı həyat.. Halbuki dünya elə gözəl rənglərlə təchiz edilmiş və bu kiçik "rəng" dediyimiz detala elə gözəl vəzifələr yüklənmiş ki. İnsanın yalnız rənglər üçün də belə hər gün şükr namazı edəsi gəlir.

Əgər Rənglər Olmasaydı?

Rənglər eyni zamanda bir müdafiə etmə mexanizmidir. Qara ağ xəttləriylə aslanların gözlərini qamaşdıran zebrlər həyatlarını, Allahın lütf etdiyi rənglərinə borclular. Gözəl kəpənəklər, qanadlarındakı göz şəklində boyanmış xalları ilə bir çox düşmənlərini özlərindən uzaqlaşdıra bilməkdədirlər.

Dünya elə mükəmməl və gözəl bir tarazlıq üzərinə yaradılmış ki tək bir zərrəsini də belə pozmaq bu makro tarazlığın bütün çarxlarını alt-üst edə bilər. Bir-birinə keçmiş dişlilərdən ibarət olan/yaranan bir çarx sisteminə bənzədəcək olsaq dünyanı "rəng" dediyimiz bu kiçik detalda əslində o böyük tarazlığın olmazsa olmaz dişlərindən biri.

Bir rəng anlayışının da belə şükrünü verə bilməkdən aciz olan bu insanoğlunu sən mərhəmətinlə mühakimə et Ya Rəbbi! Bizləri; yaratdığın hər cür gözəlliyi, təzadları görənlərdən və yaşatdığın hər cür duyğunun şükrünü verənlərdən et. Bizləri rəngsizliyə məhkum hərəkətə. Həyatımızı həmişə gözəl rənglər ilə hemhal et. Amin.

Əgər Rənglər Olmasaydı?


Geri dön

Ulya

  • 23 sentyabr 2010 16:55
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
ZoLuShKa,
dangerous_angel,
love

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 35
Cəmi: 72

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}