Ağrını və gerçəyi qəbul etmək...

 
Ağrını və gerçəyi qəbul etmək...

Ağrını və gerçəyi qəbul etmək...

Ağrını və gerçəyi qəbul etmək...
Gerçəklər, istədiyimiz kimi olmadığında bəzən ağrılar verər. Çarəsiz, narahat, davamlı bir narahatlıq meydana çıxar, boğazımıza düyünlənər sözlər. Sussansa heç cür, danışsansa heç cür… İki arada bir dərədə qalarsan. Nə çətindir arada qalmaq. Yuxarı tüpürsənsə bığ, aşağı tüpürsənsə saqqal kimi. Udqunar dayanarsan. Qəbul etmək gücdür içində olduğun vəziyyəti. Bu kimi vəziyyətlərdə "nə edilər" düşüncələri doluşar ağılına.

Ağrını və gerçəyi qəbul etmək...

Məntiqli bir yol tapmaq, ağrını qəbul etmək və bitənə qədər yaşamaqla mümkündür. "heç bir acı sonsuza qədər sürməz" deyərlər. Əlbət bir gün bitəcək, hər şeyin bir sonu olduğu kimi, ağrıların da bir sonu var. Acı sanılanın əksinə, insana ən yaxşı yol göstərən bir ünsür ola bilməzmi? Bədənin verdiyi reaksiyalar, səhv gedən bir şeylər olduğunu göstərər. Adamdakı narahatlıq, qayğı, beynindəki sual işarələri, bir tərslik olduğunun göstəricisidir. Nəticə olaraq bir çətinlik varsa və davam edirsə ürəyimizdə, tərs gedən, səhv olan bir şeylər vardır həyatımızda.Gerçəyi qəbul etmək, sonu görünməz yolda davam etmək yerinə, qaçar addımlarla geri dönməkdir.Gerçəkləri bilirik və əmin oluruq ki gerçəkdi ve danılmazdı,buna görə əziyyət çəkirik bəzən elə olur ki istəmədiyimiz,arzulamadığımız şeyin gerçək olduğunu anlayırıq ve bilirik ki başqa yolu yoxdur,bu da əziyyet verir bizə.Hər şeyə öz nəzər nöqtəmizlə yanaşırıq, özümüz üçün dogru bildiyimiz yalnışın yanlış olmasını dərk etsək belə aglımızın dərəcəsi miqdarında, dünya görüşümüzün çərçivəsi hüdudunda qəbul etdiyimiz həqiqətlərdən başqa heç nəyi anlamaq istəmirik və bəzən də qorxuruq.Axı bəzən gerçəklər elə acı olur ki, onlardan sarsılırıq.

Ağrını və gerçəyi qəbul etmək...

Gərçək acı olsa belə, yaxşıdır hər vəziyyətdə...Ürəklilik; öz səhvlərinə suveren olmaqdır...
Onlardan acı çəkməkdir, amma onların altında əzilməməkdir...
Və yoluna davam etməkdir...
Ürəklilik həyatı sevməkdir...
Və ölümə dinc bir baxışla baxmaqdır...
İdeala qaçmaq və gerçəyi anlamaqdır...
Hərəkətə keçmək və kainatın səyimizə hansı mükafatı ayırdığını və ya bir mükafat ayırıb ayırmadığını bilmədən böyük məqsədlərə özünü həsr etməkdir...Ürəklilik, gerçəyi axtarmaq və onu söyləməkdir...
Müvəqqəti müzəffər olan, yalanın qanununa boyun əyməməkdir...

Ağrını və gerçəyi qəbul etmək...

Çıxmaz bir küçədə qapalı qalıb çırpınmaqdansa, baş yolda itmək hər daim daha yaxşıdır.
Ağrını qəbul etmək, bir mənada yetkinləşməyə atılan möhkəm bir addımdır da əslində. Beyin yaşadığı mənfilikləri təkrar təkrar yaşamamağa proqramlaşdırılmışdır. Beləcə xarakterimiz güclü bir müdafiə etmə sistemi meydana gətirər. Yaşanan bütün mənfiliklər bizə, güc, tarazlıq, yetkinik xüsusiyyəti qazandırmaq olaraq geri dönər.
Qəbul etmək ümidin tükəndiyini, xəyalların bitdiyini göstərməz bizə. Yalnız olmayacaq xəyalların arxasından qaçmamağa sürüyər. Yeni ümidlərin yaşıllaşacağı ağaclara toxunmamızı təmin edər. Həm nə demiş yazar;
"Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil..."
Ağrını və gerçəyi qəbul etmək, çətini bacarmaq və həyatı tuta bilməkdir uçuşan zamandan…

Ağrını və gerçəyi qəbul etmək...


Geri dön

Ulya

  • 23 sentyabr 2010 16:55
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
ZoLuShKa,
dangerous_angel,
♥Princess♥,
love

nn_nn

  • 22 sentyabr 2010 13:35
  • Məqalə: 53
  • Şərh: 784
  • Bal:
{awards}
cox saq ol emeye hormet

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 11
Cəmi: 24

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}