“Eurovision-2012” üçün xəzəl kimi pulla xərclənir

 
“Eurovision-2012” üçün xəzəl kimi pulla xərclənir

“Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsinin keçirilməsi üçün nəzərdə tutulan Bakı Kristal Zalının tikintisinə artıq start verilib. Dövlət Bayrağı Meydanı yaxınlığında inşa olunacaq kompleksin tamaşaçı tutumu 25 min nəfər olacaq. Tikinti işlərini Almaniyanın ”Alpine Bau Deutshland AG" şirkəti həyata keçirir.

Bu şirkətin layihə üzrə partnyorları “gmp İnternational GmbH”, İsveçrə şirkətləri “Nüssli AG” və “Basler & Hofmann AG”, eləcə də Avstriya şirkəti “GmbH & Co. KG” və Münhendən (Almaniya) gələn “SSF İngenieure AG” şirkətidir. Xatırladaq ki, “Nüssli AG” şirkəti ötən il Almaniyada keçirilmiş “Eurovision-2011" yarışmasının səhnəsini qurub. Məlumatlara görə, "Alpine Bau Deutshland AG" şirkəti müasir idman obyektlərinin tikintisində geniş təcrübəyə malikdir. Belə ki, şirkət gələn il Polşada keçiriləcək futbol üzrə Avropa çempionatı üçün futbol stadionu inşa etməkdədir. Bundan əlavə, Münhendəki “Allianz Arena”nın tikintisini, Avstriyada futbol stadionunun genişləndirilməsi və yenidənqurmasını, Dubaydakı beynəlxalq kriket stadionunu da bu şirkət inşa edib.

“Eurovision-2012” üçün xəzəl kimi pulla xərclənir

Dünən Bayıl qəsəbəsində - tikintisi gedən idman kompleksində olduq. Orada öyrənə bildik ki, genişmiqyaslı tikinti işlərinə ötən ay başlanıb. Ərazidə ağır texnika əlindən tərpənmək mümkün deyil. Yollar bərbad vəziyyətə düşüb. Ətraf ərazilərdə yaşayan sakinlər şikayətlənir ki, toz-torpaq əlindən neçə vaxtdır evlərinin pəncərələrini də aça bilmirlər.
Dövlət Bayrağı Meydanının yaxınlığındakı əhalinin vəziyyəti daha dözülməzdir. Burada yaşayan insanlar səs-küy əlindən bezdiklərini deyirlər. Elə ailə var ki, yaranmış narahatlıq üzündən qohumlarının evində yaşamağa məcbur olub. Aqil Quliyev küçəsi, 5 ünvanındakı 9 mərtəbəli binanın sakinləri isə bizimlə söhbətlərində ərazidə yaşayan ailələrin köçürülməsində ciddi narazılıqların olduğunu bildirdilər: “Artıq tikinti ilə bağlı ətraf ərazilərdəki binaların söküntüsünə başlanıb. O binalarda elə ailə var ki, indiyədək bir manat da olsun kompensasiya almayıb. Bizim binanın sakinlərinə də Bakının müxtəlif yerlərindən ev təklif olunub. Amma razılaşmamışıq. Yaxşı olar ki, bizə də digər sakinlər kimi pul versinlər. Hətta camaat evində yaşaya-yaşaya binanın damını sökürlər”.

“Eurovision-2012” üçün xəzəl kimi pulla xərclənir

Ərazini gəzərkən burada xeyli evin söküldüyünün şahidi olduq. Bayıldakı parkın ətrafındakı bir mərtəbəli evlərin də sökülməsi barədə göstəriş verilib. Müşahidələrimizdən belə aydın oldu ki, ərazidə “bp” neft şirkətinə məxsus binanın da köçürülməsi istisna deyil.
Bayraq Meydanı yaxınlığında söküntü ilə bağlı yaradılmış qərargahda əyləşən Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi bizimlə söhbətində dedi ki, yaxın vaxtlarda ərazidəki əhali tamamilə köçürüləcək: “Sakinlərə sentyabrın 15-dək vaxt verilib. Köçürülən ailələrə yaşayış sahələrinə uyğun evlər təklif olunub. Bəzi ailələrə isə kompensasiya verilib. Bakı Şəhər İcra Hakimiyyəti sakinlərin yerləşdirilməsi üçün Yasamal və Nərimanov rayonlarında mənzillər ayırıb. Hazır mənzillərə köçməyənlərə isə kompensasiya verilib”.
Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi isə bildirdi ki, söküləcək evlərin yerində yaxın aylarda yaşıllıqlar salınacaq: “Bundan əlavə dəniz sahilinin yaxınlığında yerləşən bir mərtəbəli evlər də köçürüləcək. Köçürülmə işləri Bibiheybət qəsəbəsində də həyata keçiriləcək. Çünki həmin ərazilərdəki evlər beynəlxalq yarışmanın keçiriləcəyi arenanın görkəmini korlayır”.

“Eurovision-2012” üçün xəzəl kimi pulla xərclənir

Arenanın tikildiyi əraziyə daxil olmaq bizə elə də asan olmadı. Belə ki, Dövlət Bayrağı Meydanının qarşısındakı postda dayanmış mühafizəçilər kənar şəxsləri əraziyə buraxmırdı. Onlar bu barədə xüsusi göstəriş verildiyini dedi. Mühafizəçilər jurnalist olduğumuzu bildikdən sonra vəziyyət daha da qəlizləşdi. Onlar jurnalistlərin ərazidən reportaj hazırlamasının qeyri-mümkün olduğunu bildirdi və təcili olaraq ərazidən uzaqlaşmağımızı xahiş etdilər: “Bizə göstəriş verilib ki, mətbuat nümayəndələri Bayraq Meydanına və tikintinin getdiyi əraziyə buraxılmasın. Bu səbəbdən də ərazini tərk etməlisiniz”.
Bir sözlə, danışıqlardan bir şey çıxmayacağını görüb tikintinin getdiyi meydançaya başqa yolla daxil olmağı qərara aldıq. Nəhayət, yük maşınlarının birinə əyləşərək Bayraq Meydanının dənizə baxan hissəsinə daxil ola bildik. Həqiqətən də ərazidə irimiqyaslı tikinti işi gedirdi. Sürücülərdən biri dedi ki, ərazidə 60-dan yuxarı şirkət işləyir: “Ərazidən keçəcək yolun artıq 50 faizi hazırdır. Burada 8 cərgəli yol olacaq. Ərazi başdan-başa betonlanıb, yaşıllıqlar salınıb. Hazırda yerə metlax döşənir. Belə getsə, işlərin 80 faizi ilin sonuna qədər qurtaracaq. Arenanı isə almanlar tikir. Hazırda orada çoxlu texnika var. İşlər bir həftədir başlayıb”.

“Eurovision-2012” üçün xəzəl kimi pulla xərclənir

Bayraq Meydanının yaxınlığından keçərək “Eurovision-2012" müsabiqəsi üçün tikilməkdə olan arenaya getdik. Xəzərin sahilində böyük bir ərazidə qızğın tikinti işləri gedirdi. 100-ə yaxın texnika ərazidə qazıntı işləri aparırdı. İnşaatçılar arenanın özülünün qoyulması üçün hazırlıq işləri həyata keçirməkdə idi. Bundan əlavə, tikinti meydançasının yaxınlığında fəaliyyət göstərən qərargahın ətrafında xeyli sayda ağır yük maşını vardı. İşlərə nəzarət edən şəxslərlə apardığımız söhbətlərdən məlum oldu ki, yaxın vaxtlarda tikintidə əsas mərhələ başlayacaq: "Artıq Almaniyadan inşaat materialları gətirilir. Yəqin ki, burada istifadəsi nəzərdə tutulan bütün materiallar bu ayın sonunadək Azərbaycana gətiriləcək. Bundan sonra Misir piramidalarının tikintisində olduğu kimi qara camaatı töküb buranı tikəcəyik. Bina metal konstruksiyalı qurğulardan olacaq. Quraşdırılma işləri olduğundan işlər qısa müddətdə başa çatacaq. Gördüyünüz bu yük maşınları isə Almaniyadan gəlib".
Söhbətləşdiyimiz iş icraçısı tikintiyə nə qədər vəsait xərcləndiyini bilmədiyini dedi: “Burada hərə öz işi ilə məşğul olur. Yaşıllaşdırma idarəsi ərazidə ağac əkir.

“Eurovision-2012” üçün xəzəl kimi pulla xərclənir

Fəhlələr yerə metlax döşəyir. Bəzi şirkətlər isə yol çəkmək və abadlıq işləri ilə məşğul olur. Bu səbəbdən də tikintiyə nə qədər vəsaitin xərcləndiyini dəqiq deyə bilmərəm. Amma onu deyə bilərəm ki, burada işlərin hamısı eyni vaxtda başa çatacaq”.
Fəhlələr indiyədək hökumətin ərazidə aparılan tikinti və abadlıq işlərinə təxminən 100 milyon dollar xərclədiyini deyirdilər. Onu da əlavə edək ki, ölkəmizdə tikilən körpülər bir il keçməmiş uçulur, təzə çəkilən yollar bir-iki aya çökür, yeni tikilmiş binalar bərbad vəziyyətə düşür. Beynəlxalq mahnı müsabiqəsi üçün tikilən arenanın xaricilərə həvalə olunması da məhz bununla bağlıdır. Çünki tikilən arenada hər hansı bir problemin olması beynəlxalq səviyyədə biabırçılığa səbəb ola bilər.


Geri dön

perfect

  • 11 sentyabr 2011 21:52
  • Məqalə: 0
  • Şərh: 17
  • Bal:
hmmmm axiracan oxuya bilmedim ama twk

Cilent_M.Q

  • 11 sentyabr 2011 14:49
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
yene?????????????

--------------------

Ay Üzlü

  • 10 sentyabr 2011 20:40
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
sebrim catmadiee axira kimi oxumaga tewekkur edirem yenede

music_angel

  • 10 sentyabr 2011 18:15
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
axiri yaxsi olsun insallah

axiri yaxsi olsun insallah

axiri yaxsi olsun insallah

axiri yaxsi olsun insallah

axri xeyir olsun İnsallah

--------------------

Prank girl

  • 10 sentyabr 2011 12:40
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
insallah her sey yaxsi olar tesekkur edirem

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Deniz

  • 10 sentyabr 2011 12:36
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
Insallah her kes, gelen qonaqlar da razi qalar.....eger bu qeder xerc cekirlerse, yeqin ki yaxsi olar...

ZAC EFRON

  • 10 sentyabr 2011 11:43
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
[i]bizim edeceyimiz ev sahibliyi gorunur mohtewem olacaq![/i]Inwallah!

Peaceful

  • 10 sentyabr 2011 11:38
  • Məqalə: 0
  • Şərh: 173
  • Bal:
{awards}
İnşaallah həm öz əhalimiz. həm də gələn qonaqları razı salaraq, bu Eurovision2012 yarışmasını keçirərik...Uğurlar Bizə...

--------------------
Basit kişilerle polemiğe girmem..
Bazi yanlışları asla affetmem..
Tutkularım vardır vazgeçmem..
Bazen cok severim ama söylemem..

lema

  • 10 sentyabr 2011 11:31
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
demeli bele bele işler....çox maraqlı meqale idi.sonuna kimi maraqnan oxudum.ne deyek...esas odu Allah axırını xeyr etsin.

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

... Deryam ...

  • 10 sentyabr 2011 11:13
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
Onlardan sonra sira biz tereflere catacaq ama ona kimi de pullari biter!
O pullara gedib silah alib yigmirlar belke lazim olar,ama kimdi QARABAGI duwunen ,sonrada yay olimpiyadalarina hazirliq gorerler .......

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 30
Cəmi: 53

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}