Ruzi

 
 Ruzi

 Ruzi

806. Ruzi verən

Qur’an:
«Həqiqətən, ruzi verən də, yenilməz qüvvə sahibi də Allahdır.» (Zariyat, ayə58)

«Həqiqətən, Rəbbin istədiyi kəsin ruzisini artırar, ya azaldar. O, öz bəndələrinin halını bilən və görəndir. (İsra, ayə30)

Hədis:
2549. İmam Əli (ə): «Ruzinin azalıb çoxalmasının ixtiyarı ruzi verən Allahdan başqa heç kəsin əlində deyil.» (Ğurərul-Hikəm, hədis 10838)

2550. İmam Əli (ə): «Allah-taala ruziləri təyin etdi, bu vaxt onları az, ya çox, genbol və sıx surətdə ədalətlə böldü ki, istədiyi kəsi ruzinin bolluğu və ya azlığı ilə imtahana çəksin və bunun vasitəsilə varlının və kasıbın şükrünü səbrini aşkara çıxartsın.» (Nəhcül-Bəlağə, xütbə 91)

 Ruzi

807. Ruziyə zəmanət verilməsi

Qur’an:
«Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisi Allahın öhdəsində olmasın. Allah onun olduğu və qayıdacağı (öləcəyi) yeri bilir.
Çünki bunların hamısı açıq-aydın kitabdadır (Lövhi-məhfuzdadır).» (Hud, ayə6)

Hədis:

2551. Allahın Peyğəmbəri (s): «Zəmanət verilmiş ruzini qazanmaqla məşğul olmağın səni Allahın vacib etdiyi əməlləri yerinə yetirməkdən saxlamasın.
Çünki sənin qismətində nə varsa sənə çatacaqdır və qismətində olmayan şeyə sənin əlin yetməyəcək.» (Biharul-Ənvar, c.77,səh.187, hədis10)

2552. İmam Əli (ə): «Hər canlının öz ruzisi var.» (Əmali-Səduq,səh. 264, hədis9)

2553. İmam Əli (ə): «Bu qarğadır, o isə qartal, bu göyərçindir, o da dəvəquşu. Hər bir quşu adı ilə çağırıb və onun ruzisinə zəmanət verib.» (Nəhcül-Bəlağə, xütbə 185)

2554. İmam Əli (ə): «İnsanlar Allahın çörəyini yeyənlərdir. Allah onların ruzisinə zamin durmuş və yeməklərini təyin etmişdir.» (Nəhcül-Bəlağə, xütbə 91)

2555. İmam Əli (ə): «Ruzini axtarın. Çünki ruzi onu axtaran üçün zamin olunmuşdur.» (əl-İrşad, c.1,səh. 303)

2556. İmam Əskəri (ə): «Zəmanət verilmiş ruzi səni vacib işlərdən çəkindirməsin.» (Biharul-Ənvar, c.78,səh. 374, hədis22)

 Ruzi

808. Hərislik və ruzinin artması
2557. Allahın Peyğəmbəri (s): «Nə hərisin acgözlüyü ruzini ona tərəf çəkər, nə də kimsənin ruzidən xoşlanmaması ruzini ondan çəkindirər.» (Biharul-Ənvar, c.77,səh. 68, hədis 7)

2558. İmam Əli (ə): «Bilin ki, Allah-taalanın bəndəyə qismət etdiyi ruzi, onun zirəkliyi və tədbirliliyi az olsa da, əyər-əskiklik olmadan onun əlinə yetişəcək. Eləcə də, çox zirək və tədbirli olsa da, Allah-taalanın onun üçün təqdir etdiyindən çox ruzi əlinə çatmayacaq.» (Əmali-Mufiq,səh. 207, hədis39)

2559. İmam Sadiq (ə): «Ruzi hər kəsə öz miqdarında təyin olunubsa hərislik nəyə lazım?» (Əmali-Səduq,səh.16, hədis5)

2560. İmam Sadiq (ə): «Allah-taala sadəlövhlərin ruzisini bol etdi ki, əql sahibləri ibrət alsın və bilsinlər ki, dünya çalışmaq və zirəkliklə əldə olunmaz.» (Biharul-Ənvar, c.103,səh. 34 , hədis63)

 Ruzi

809. Ruzini orta həddə istəməyə həvəsləndirmək
2561. Allahın Peyğəmbəri (s): «Həqiqətən, Cəbrayıl qəlbimə belə təlqin etdi ki, heç kəs öz ruzisini tam şəkildə əldə etməmiş dünyadan köçməz.
Beləliklə, Allahdan qorxun, ruzi istəməkdə orta həddi gözləyin və ruzinin gec gəlib çatması sizi onu haram yollarla axtarmağa vadar etməsin.
Çünki Allahın nemətləri ona itaətdən qeyri bir yolla ələ gəlməz.» (əl-Kafi, c.2,səh. 84, hədis2)

2562. İmam Əli (ə): «Dünyadan sənə nə çatarsa, götür və səndən nə üz döndərərsə, onu tərk et. Əgər belə etməsən, ən azı dünyanı istəməkdə orta həddi gözlə.» (Nəhcül-Bəlağə, hikmət 393)

2563. İmam Sadiq (ə): «Yaşayışın üçün istədiyin ruzinin miqdarı ruzi dalınca getməyən kimsənin istəyindən çox və qəlbini dünyaya bağlayan, ondan razı olan həris şəxsin tələbindən az olsun.
Mötədil və həyalı ol, tənbəllikdən və zəiflikdən çəkin.
Mömin üçün nəsib edilən ruzidən ötrü çalış.» (Biharul-Ənvar, c.103,səh. 33, hədis63)

 Ruzi

810. Ruzi və onu axtaran
2564. Allahın Peyğəmbəri (s): «Əgər insan ölümdən qaçdığı kimi ruzidən qaçsaydı, ölüm gəlib onu haqladığı kimi, ruzi də yenə gəlib ona çatardı.» (Məkarimul-Əxlaq, c.2,səh. 377)

2565. İmam Əli (ə): «Ruzi, onu axtarmayanın sorağındadır.» (Ğurərul-Hikəm,hədis 1408)

2566. İmam Əli (ə): «Ruzi iki növdür: Birinci, sənin onun dalınca getdiyin ruzi, ikinci də onun sənin arxanca gəldiyi ruzi.Əgər sən də onu axtarmasan, özü sənin yanına gələcək.» (Nəhcül-Bəlağə, məktub 31)

2567. İmam Sadiq (ə): «Allah-taala möminlərin ruzisini, onların heç fikirləşmədikləri yerdən çatdırar. Səbəbi də budur ki, mömin ruzisinin haradan gələcəyini bilməyəndə çox dua edər.»

 Ruzi

811. Sabahın ruzisinin qəmini çəkmək
2568. Allahın Peyğəmbəri (s): «Sabahın ruzisinin qəmini çəkmə. Çünki hər sabah öz ruzisini gətirər.» (Biharul-Ənvar, c.77,səh. 67, hədis 6)

2569. İmam Sadiq (ə): «Öz ruzisinin qəmini çəkənə bir günah yazılar.» (Əmali-Tusi,səh. 300, hədis593)

 Ruzi

812. Ruzinin gəlişinin gecikməsi
2570. Allahın Peyğəmbəri (s): «Böyük və pak Allah buyurur:«Məni ruzi verməkdə ləng hesab edən bəndə qorxsun ki, qəzəbə gəlib dünyanın bir qapısını onun üzünə açaram.» (Biharul-Ənvar, c.81,səh. 195, hədis52)

2571. Allahın Peyğəmbəri (s): «Allah-taala hər kəsə bir nemət bəxş edərsə, həmin şəxs Allaha həmd və şükr etməlidir.
Kimin ruzisi tə‘xirə düşərsə Allahdan günahlarının bağışlanmasını istəsin.» (Uyune Əxbare Rza, c.2,səh. 26, hədis171)

2572. Allahın Peyğəmbəri (s): «Öz ruzisinin tə‘xirə düşdüyünü və az olduğunu görən şəxs, gərək çoxlu təkbir desin və qəmi-qüssəsi çox olan, çoxlu istiğfar etsin.» (Kənzul-Ummal,hədis 9325)

 Ruzi

813. Ruzi gətirən və artıran şey
2573. Allahın Peyğəmbəri (s): «Camaata yemək ehsanı verən şəxsin ruzisi, bıçağın dəvənin belinə batmasından daha tez gələr.» (Biharul-Ənvar, c.74,səh. 362 , hədis71)

2574. Allahın Peyğəmbəri (s) («İstəyirəm ki, ruzim çox olsun» deyə müraciət edənə buyurub): «Həmişə təharətdə (şəriət qaydalarına əsasən təmizlik) və pak halda ol, ruzin artar.» (Kənzul-Ummal, hədis 44154)

2575. Allahın Peyğəmbəri (s): «Çoxlu sədəqə verin ki, Allah sizə ruzi yetirsin.» (Biharul-Ənvar, c.77,səh. 172, hədis10)

2576. İmam Əli (ə): «Din qardaşına maddi kömək etmək ruzini artırar.» (Biharul-Ənvar, c.74,səh. 395, hədis22)

2577. İmam Əli (ə): «Əmanətə sadiq qalmaq ruzini artırar.» (Biharul-Ənvar, c.75,səh. 172, hədis8)

2578. İmam Əli (ə): «Sədəqə verməklə ruzini (yerə) endirin.» (Nəhcül-Bəlağə, hikmət 137)

2579. İmam Əli (ə):
«Xoş niyyətli olanın, ruzisi çox olar.» (Biharul-Ənvar, c.103,səh. 21, hədis18)

2580. İmam Baqir (ə):
«Həmişə din qardaşına dua et ki, bu əməl ruzini sənə tərəf yönəldər.» (Biharul-Ənvar, c.76,səh. 60, hədis14)

2581. İmam Baqir (ə): «Zəkat vermək ruzini artırar.» (Biharul-Ənvar, c.96,səh.14, hədis27)

2582. İmam Sadiq (ə): «Ailəsi ilə mehriban davrananın ruzisi artar.» (Biharul-Ənvar, c.69,səh. 408, hədis117)

2583. İmam Sadiq (ə): «Yaxşı işlər görmək ruzini artırar.» (Biharul-Ənvar, c.74,səh. 81, hədis84)

2584. İmam Sadiq (ə):
«Gözəl əxlaq ruzini artırar.» (Biharul-Ənvar, c.71,səh. 396, hədis77)

 Ruzi

814. Ruzinin kəsilməsinin səbəbi
2585. Allahın Peyğəmbəri (s): «Kim müsəlman qardaşının hüquqlarından birini yerinə yetirməsə, tövbə etmədiyi halda, Allah-taala ruzinin bərəkətini ona haram edər.» (Əmali-Səduq,səh. 350, hədis1)

2586. İmam Baqir (ə): «Bəndə günah edər və bu səbəbdən ruzi ondan geri götürülər.» (əl-Kafi, c.2,səh. 270, hədis8)

2587. İmam Sadiq (ə): «Çox haram yemək ruzini aradan götürər.» (Tuhəful-Uqul,səh. 372)

 Ruzi

815. Halal ruzi axtarmaq
2588. Allahın Peyğəmbəri (s): «İbadət on hissədir, onun doqquzu halal ruzi axtarmaqdır.» (Biharul-Ənvar, c.103,səh.9, hədis37)

2589. Allahın Peyğəmbəri (s): «Ailəsinin dolanışığı üçün zəhmət çəkən şəxs, Allah yolunda cihad edən mücahid kimidir.» (Biharul-Ənvar, c.103,səh.13, hədis59)

2590. Allahın Peyğəmbəri (s): «Allah-taala, bəndəsini halal ruzi qazanmaq yolunda yorğun görməyi sevər.» (Kənzul-Ummal,hədis 9200)

2591. Allahın Peyğəmbəri (s): «Halal ruzi qazanmaq hər müsəlman kişi və qadına vacibdir.» (Cami-Əxbar,səh.389, hədis1079)

2592. Allahın Peyğəmbəri (s): «Öz zəhməti ilə çörək yeyən şəxs sirat körpüsündün ildırım kimi keçəcək.» (Cami-Əxbar,səh. 390 , hədis1085)

2593. Peyğəmbər (s): «Allah-taala öz zəhməti ilə çörək yeyən kəsə rəhmət nəzərilə baxar və heç vaxt ona əzab verməz.» (Cami-Əxbar,səh. 390, hədis1078)

2594. Allahın Peyğəmbəri (s): «Öz ailəsinin xərcini təmin etməyən kəs məl‘undur, məl‘un.» (Biharul-Ənvar, c.103,səh. 13, hədis62)

2595. Müfəzzəl ibn Ömər: «Dünyanın bəzi şeylərindən axirət üçün kömək götürün.
Çünki imam Sadiqin(ə) belə buyurduğunu eşitdim:«Bəzi dünya şeylərindən axirət üçün kömək götürün və insanlara artıq yük olmayın.» (Biharul-Ənvar, c.78,səh. 384, hədis1)

 Ruzi


Geri dön

nicer_girl

  • 10 sentyabr 2011 10:21
  • Məqalə: 0
  • Şərh: 365
  • Bal:
allah hec kimin qapisindan ruzisini kesmesin AMIN

allah hec kimin qapisindan ruzisini kesmesin AMIN

allah hec kimin qapisindan ruzisini kesmesin AMIN

allah hec kimin qapisindan ruzisini kesmesin AMIN

allah hec kimin qapisindan ruzisini kesmesin AMIN

devyjones

  • 10 sentyabr 2011 09:57
  • Məqalə: 58
  • Şərh: 806
  • Bal:
{awards}
Həyatda iki cür ruzi var.Birini Allah verir,birini özü qazanır.Allah verən Halal,özü qazanan isə Haram olur.Bir insan ki məqama çatmaq istəyir ibadətlə,90 % insanın özündən asılıdı 10: Allah.Lakin Ruzi Nəsələsinə gəldikdə isə 10% insan əldə edir 90% Allaha məxsusdu.İnşallah Allah bizim ruzimizi halaldan etsin.Yazan Əllər var olsun Ruzin Bol halal olsun.

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

Zehra MeLeK

  • 10 sentyabr 2011 01:28
  • Məqalə: 7
  • Şərh: 622
  • Bal:
{awards}
Ellerinize saglik tskler

breaking dawn

  • 10 sentyabr 2011 00:50
  • Məqalə: 12
  • Şərh: 1019
  • Bal:
{awards}
........Allah razi olsun........

kiss love

  • 10 sentyabr 2011 00:08
  • Məqalə: 4
  • Şərh: 1278
  • Bal:
{awards}
oxumadim canim eminem ki yaxsi xeberdi mutleq oxuyacam twk

--------------------

Green_Black

  • 9 sentyabr 2011 23:50
  • Məqalə: 0
  • Şərh: 31
  • Bal:
{awards}
2565. İmam Əli (ə): «Ruzi, onu axtarmayanın sorağındadır.» (Ğurərul-Hikəm,hədis 1408)

qaxli-elvin

  • 9 sentyabr 2011 23:44
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
tewekkur edirem

tewekkur edirem

★Azerbaijan girl★

  • 9 sentyabr 2011 23:34
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
thanks laughing

thanks laughing

HaYaliM

  • 9 sentyabr 2011 22:43
  • Məqalə: 144
  • Şərh: 4313
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Fatime_19

  • 9 sentyabr 2011 22:35
  • Məqalə: 1
  • Şərh: 512
  • Bal:
{awards}
ALLAH razi olsun tesekkurler!!!haminizin ruziniz bol bereketiniz olsun yerinde love laughing

--------------------
HEDEFI OLMAYAN GEMIYE,HEC BIR RUZGAR YARDIM EDEMEZ!

Delya_91

  • 9 sentyabr 2011 22:17
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
2593. Peyğəmbər (s): «Allah-taala öz zəhməti ilə çörək yeyən kəsə rəhmət nəzərilə baxar və heç vaxt ona əzab verməz.» (Cami-Əxbar,səh. 390, hədis1078)

Allah razi olsun

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

music_angel

  • 9 sentyabr 2011 22:17
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
2593. Peyğəmbər (s): «Allah-taala öz zəhməti ilə çörək yeyən kəsə rəhmət nəzərilə baxar və heç vaxt ona əzab verməz.» (Cami-Əxbar,səh. 390, hədis1078)

Alah razi olsun bacis ellerine saglik


--------------------

Ay Üzlü

  • 9 sentyabr 2011 22:12
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
İmam Əli (ə): «Hər canlının öz ruzisi var.» (Əmali-Səduq,səh. 264, hədis9)
Allah her kese halal ruzi versin xeber ucunde tewekkurler

Cilent_M.Q

  • 9 sentyabr 2011 22:07
  • Məqalə: 87
  • Şərh: 2580
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Мой Мир

  • 9 sentyabr 2011 22:04
  • Məqalə: 722
  • Şərh: 5845
  • Bal:
{awards}
ilk serh menden

twk edirem bacis allah hec bir evi ruzi bereketsiz elemesin amin

--------------------
∞♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 40
Cəmi: 52

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 719
 
The Shield
Xəbərləri: 51
Cəmi: 71
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}