Ən son özünüzlə nə vaxt danışdınız?

 
Ən son özünüzlə nə vaxt danışdınız?

Öz həyatlarımızın oğrusu olduq...

Ən son özünüzlə nə vaxt danışdınız?
Səsiniz sizə nələr söylədi?
Xatırlamırsınız? Yoxsa siz özünüzlə heç danışmamısınız?

İzdihamlar arasında yaşadığınızı zənn edərkən, başqa həyatların hiyləgər görünüşləri sizin gözlərinizi rəngləyir, o həyatların zınqırovlu səsləri qulaqlarınızı kar edir?

Ən son özünüzlə nə vaxt danışdınız?

Bu günlərdə hər kəs bədbəxtdir. Çünki kimsə özüylə danışmır...
Həyatında həmişə başqa insanların səsləri, sözləri, üzləri var... Başqa həyatların bənzətməsi var... Hər kəs öz həyatının oğrusu olmuş sanki... Və hər kəs özündən oğurlayır... Kimsə özüylə qalmaq istəmir.... Mən təkliyimi çox sevirəm....
Özümlə danışmaları sevirəm. Hər səhər yeni bir üzlə oyanıram...

Sonra gün başlayır... Və mən də başlayıram... Nəyə? İnsanları izləməyə... Yaxın ətrafımda olanların həyatlarına qatılmağa, o inanılmaz tempin içində onları itirməməyə, onları bir yerlərdən tutmağa çalışıram.... Sonra sıra özümə gəlir....

Kiçik fasilə verirəm, ən sakit yerə gedirəm... Özümlə... Və belə bir özümü yoxlayıram, nələr etdik, nələr danışdıq, nələr azaldı, nələr çoxaldı...???

Ən son özünüzlə nə vaxt danışdınız?

Və o kiçik an belə çatır "özümlə" mənə...Mənfilər müsbətlərdən çox da olsa, özümlə danışa bildiyim, öz səsimi eşidə bildiyim üçün xoşbəxt oluram... Amma bəzən salamsız və sevgisiz üzlər görürəm...
Heç gülmürlər... O insanların gözləri görmür, o insanların qulaqları eşitmir sanki...
Fikirləşirəm ki, mənim bu dəli-dəli atan ürəyim, məni tezmi köhnəldəcək görəsən?

Görəsən, o "salamsız" və "sevgisiz" üzlərdən dahamı tez yaşlanacağam mən? Xeyr yaşlanmayacağam...
Çünki mən özümlə həmişə danışacağam...

Ən son özünüzlə nə vaxt danışdınız?

Siz həyatınızın oğurluqlarını bilirsinizmi? Bilmirsinizsə həyatınızdakı izdihamlardan sıyrılıb özünüzlə danışın...
Sevin və sevdiklərinizə dəyər verin... Həyatı onlarla paylaşın... Çünki yuxular hər zaman insana gerçəyi xatırlatmır...
Gecikmişliklərin peşmanlığı həyatınızda heç olmasın...


Geri dön

KaRola_16

  • 19 avqust 2011 15:43
  • Məqalə: 185
  • Şərh: 4147
  • Bal:
Gecikmişliklərin peşmanlığı həyatınızda heç olmasın...

--------------------

_RONALDO_

  • 13 mart 2011 11:12
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
cox saol..........

--------------------

Ulya

  • 23 sentyabr 2010 16:52
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
:))))))))))

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 67
Cəmi: 103

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 39
Cəmi: 140
 
The Shield
Xəbərləri: 36
Cəmi: 296
 
Darling
Xəbərləri: 33
Cəmi: 919
 
aytc.sza
Xəbərləri: 25
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 17
Cəmi: 578
 
❤Queen❤
Xəbərləri: 13
Cəmi: 72
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 301
 
Jesicca
Xəbərləri: 12
Cəmi: 53
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}