Tamah

 
Tamah


1173. Tamahın pislənilməsi.
3810. Allahın Peyğəmbəri (s): «Tamah alimin qəlbindən hikməti aparar.» (Kənzul-Ummal, Hədis 7576)
3811. Allahın Peyğəmbəri (s): «Tamah elə sürüşkən qaya parçasıdır ki, alimlərin ayağı onun üzərində sabit qalmaz.» (Tənbihul-Xəvatir, c.1, səh.49)
3812. Allahın Peyğəmbəri (s): «Tamahdan ehtiyatlı ol ki, o nəqd olan yoxsulluqdur.» (Kənzul-Ummal, Hədis 8852)
3813. İmam Əli (ə) : «Tamahkarlıq əbədi köləlikdir.» (Nəhcül-Bəlağə, hikmət 180)
3814. İmam Əli(ə): «Kim ömrünü azad yaşamaq istəyirsə öz qəlbində tamaha yer verməsin.» (Tənbihul-Xəvatir, c.1, səh.49)
3815. İmam Əli(ə): «Tamahkar xarlığa düçar olubdur.» (Şərhi Nəhcül-Bəlağə, c.19, səh.50)
3816. İmam Əli(ə): «Kim tamah libasını əyninə geysə, özünü xar edər.» (Şərhi Nəhcül-Bəlağə, c.18, səh.84)
3817. İmam Əli(ə): «Tamahkardan zəlil adam yoxdur.» (Ğurərul-Hikəm, Hədis 10593)
3818. İmam Əli(ə): «Ağılların ən sürüşkən yeri tamahların parıltısı altındadır.» (Şərhi Nəhcül-Bəlağə, c.19, hədis 41)
3819. İmam Əli(ə): «Təqva və tamahkarlıq bir yerə sığmaz.» (Ğurərul-Hikəm, hədis 10578)
3820. İmam Baqir(ə): «Necə də pis bəndədir, rəhbəri tamah olan şəxs.» (əl-Kafi, c.2, səh.320, hədis 2)
3821. İmam Kazım(ə) (Hişama nəsihətindən): «Tamahdan çəkin və insanların malına göz dikmə. Xalqa göz dikmək adətini öz qəlbindən çıxar. Çünki tamah hər zəlalətin açarıdır. O, əqli oğurlayar, insaniyyəti didər, abrı ləkələyər və elmi aradan götürər.» (Biharul-Ənvar, c.78, səh.315, hədis35)
3822. İmam Hadi (ə): «Tamah çirkin xislətdir.» (-d-Durrətul-Bahirə hədis 42)
3823. İmam Əskəri (ə): «Necə də pisdir mömində onu xarlığa çəkən istəyin olması.» (Biharul-Ənvar, c.78, səh. 374, hədis35.)

1174. Yaxşı tamah.
Quran:
«Yanlarını yataqlardan ayırarlar. Qorxudan və (ümidə) tamahla Öz Rəbblərini çağırar və onlara verdiyimiz ruzidən ehsan edərlər.» (Səcdə, ayə 16)
«Niyə Allaha və haqdan bizə tərəf gələnlərə iman gətirməyək? Halbuki Rəbbimizin bizi layiqlilərin cərgəsinə (cənnətə) çıxaracağına tamah salmışıq?» (Maidə, ayə 84)

Hədis:
3824. İmam Səccad (ə) (duada): «Ey Ağam! Öz günahlarıma baxıram, qorxuram. Sənin bağışlamağına baxıram, (ümidə) tamahlanıram.» (Biharul-Ənvar, c.98, səh.83, hədis 2)
3825. İmam Səccad(ə) (yenə də duada): «İlahi! Sənə bəslədiyim çoxdankı ümidimə, Səndən umduğum böyük təmənnaya görə, Sənin Özünə vacib etdiyin mehribanlıq və rəhmətə xatir dərgahına dilək əllərimi açıram.» (İqbalul-Əmal c.1, səh.168)

Tamah


Geri dön

Ay Üzlü

  • 10 sentyabr 2011 20:22
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
Allah bizi tamaha heder gedenlerden etmesin

R.M_FaNaTka

  • 10 sentyabr 2011 18:19
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
Bele gozel ve maraqli xebere gore cox sagol dostum

--------------------

music_angel

  • 10 sentyabr 2011 18:02
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
buyurun

--------------------

_GUNAY_

  • 10 sentyabr 2011 15:39
  • Məqalə: 0
  • Şərh: 60
  • Bal:
{awards}
TAMAH insani lyuboy vehsiliye de surukliye biler

Prank girl

  • 10 sentyabr 2011 13:26
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
xebere gore tesekkur edirem

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Su Perisi

  • 10 sentyabr 2011 13:17
  • Məqalə: 19
  • Şərh: 1726
  • Bal:
{awards}
İmam Səccad (ə) (duada): «Ey Ağam! Öz günahlarıma baxıram, qorxuram. Sənin bağışlamağına baxıram, (ümidə) tamahlanıram.»

Allahın Peyğəmbəri (s): «Tamahdan ehtiyatlı ol ki, o nəqd olan yoxsulluqdur.»

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 57
Cəmi: 84

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 58
Cəmi: 235
 
NIGAR
Xəbərləri: 54
Cəmi: 876
 
Limon qoxusu
Xəbərləri: 52
Cəmi: 75
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 22
Cəmi: 27
 
♔Hе важно∞
Xəbərləri: 22
Cəmi: 281
 
Lmzade
Xəbərləri: 20
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}