İffət

 
 İffət

 İffət

1301. İffətli olmağa həvəsləndirmək.

Quran:
«Evlənməyə qüvvəsi olmayanlar, Allah öz lütfü ilə onlara dövlət verənə qədər iffətli olsunlar.» (Nur, ayə33)

«O qədər iffətlidirlər ki, kimsə hallarından xəbərdar olmasa onların qüdrətli olduğunu sanar.» (Bəqərə, ayə237)

Hədis:
4304. Allahın Peyğəmbəri (s): «Allah həyalı və mətanətli insanı sevər və həyasız, inadkar dilənçiyə nifrət edər.» (Əmalı-ət-Tusi, səh.39, hədis 43)

4305. İmam Əli (ə): «Allah yolunda cihad edib şəhid olan kimsənin əcri, günah etməyə qadir olsa da, iffətli olanın əcrindən çox deyil. Pak, iffətli insan Allahın mələklərindən olmağa yaxındır.» (Nəhcül-Bəlağə, hikmət 474)

4306. İmam Əli (ə): «İffət hər yaxşılığın başıdır.» (Ğurərul-Hikəm, hədis1168)

4307. İmam Əli (ə): «İffət ən yüksək alicənablıqdır.» (Ğurərul-Hikəm, hədis529)

4308. İmam Əli (ə): «İffət nəfsi qoruyur və onu alçaqlıqdan uzaq saxlayır.» (Ğurərul-Hikəm, hədis1989)

4309. İmam Əli (ə):
«Gözəlliyin zəkatı iffətli olmaqdır.» (Ğurərul-Hikəm, hədis)

4310. İmam Sadiq (ə): «Camaatın arvadlarına qarşı iffətli olun ki, sizin arvadlarınıza qarşı da iffətli olsunlar.» (əl-Xisal, səh.55, hədis 75)


1302. Qarınqululuq və şəhvətdən iffətə həvəsləndirmək.
4311. Allahın Peyğəmbəri (s): «Mənim ümmətimin çoxu iki səbəbdən oda atılar: qarın və ayıb yeri.» (əl-Kafi, c.2, səh.79, hədis 5)

4312. Allahın Peyğəmbəri (s): «Musa (ə) ayıb yerini və qarnının yeməyini pak saxlamağın müqabilində, özünü səkkiz və ya on il müddətinə muzdura çevirdi.» (əl-Kafi, c.2, səh.79, hədis1)

4313. İmam Baqir (ə):
«Allaha, qarnını və ayıb yerini pak saxlamaqdan üstün bir ibadət edilməmişdir.» (əl-Kafi, c.2, səh.79, hədis1)


1303. İffətin kökü.
4314. İmam Əli (ə): «İffrətin kökü qənaətdir (hədis 4232 müraciət edin və diqqət yetirin), meyvəsi isə qəm-qüssənin azalması.» (Mətalib əs-Suul, hədis50)

4315. İmam Əli (ə): «Maaşa şad olmaq sonda iffətə (və haram maldan iffət gözləməyə) səbəb olar.» (Ğurərul-Hikəm, hədis1512)

4316. İmam Əli (ə): «Kişinin dəyəri və əndazəsi onun zəhmətinin əndazəsiylədir....Onun paklığı isə qeyrəti qədərdir.» (Nəhcül-Bəlağə, hikmət 47)

4317. İmam Əli (ə):
«Hər kim ağıllı olsa, iffətli olar.» (Ğurərul-Hikəm, hədis 7646)

1304. İffətin meyvəsi.
4318. Allahın Peyğəmbəri (s): «İffətdən şaxələnən təvazökarlıq, faydalanma, asayiş, itaətkarlıq, təfəkkür, bağışlama və səxavət olar.
Bunlar Allahdan və Onun qismətindən razı olan ağıllı insana dindarlığı səbəbindən hasil olan xislətlərdir.» (Tuhəful-Uqul, səh.17)

4319. İmam Əli (ə):
«İffət şəhvəti aciz qoyar.» (Ğurərul-Hikəm, hədis2148)

4320. İmam Əli (ə):
«İffətin meyvəsi qənaətdir.» (Ğurərul-Hikəm, hədis4637)

4321. İmam Əli (ə): «İffətin meyvəsi özünü saxlamaqdır.» (Ğurərul-Hikəm, hədis4593)

4322. İmam Əli (ə): «Hər kim iffətli olsa, günah yükü yüngülləşər və Allahın yanında məqamı yüksələr.» (Ğurərul-Hikəm, hədis8597)

4323. İmam Əli (ə): «Əməllər iffətlə paklaşar (və ya çoxalar və onların mükafatı artar).» (Ğurərul-Hikəm, hədis4238)

 İffət


Geri dön

Ay Üzlü

  • 10 sentyabr 2011 20:47
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
Allah razi olsun

music_angel

  • 10 sentyabr 2011 18:25
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
4319. İmam Əli (ə): «İffət şəhvəti aciz qoyar.» (Ğurərul-Hikəm, hədis2148)

Allah razi olsun

--------------------

Su Perisi

  • 10 sentyabr 2011 12:30
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
Allahın Peyğəmbəri (s): «Allah həyalı və mətanətli insanı sevər və həyasız, inadkar dilənçiyə nifrət edər.» (Əmalı-ət-Tusi, səh.39, hədis 43)


ALLAH RAZI OLSUN

--------------------

Delya_91

  • 10 sentyabr 2011 09:50
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Allah razi olsun,indiki zamanda cox az insanda iffet var

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

melek1

  • 10 sentyabr 2011 09:38
  • Məqalə: 0
  • Şərh: 179
  • Bal:
{awards}
iffet en boyuk alicenabliqdir

--------------------
GEDEN SIZIN UCUN COX QIYMETLI OLSADA QAPINI ORTUNKI;
ICERIDE QALANLAR USUMESIN

devyjones

  • 10 sentyabr 2011 09:34
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
{awards}
Peyğəmbər(s) buyurdu:Öz qadınlarınızın pak olmaqını istəyirsinizsə xalqın namusundan gözüvüzü çəkin.İffətli olmaq nə gözəldi ki Allah quranda onun üçün danışır.Rəsulu əkrəm iffət üçün nə qədər dəyərli hədislər deyib.İnşallah Allah bizləri iffətli,əxlaqlı insanlardan qərar verər.Yazan Əllərin var olsun!

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

maiw mm

  • 10 sentyabr 2011 09:24
  • Məqalə: 14
  • Şərh: 280
  • Bal:
{awards}
i[b]fat an yuksak alicanabliqdi.[/b]

--------------------
★* 。 • ˚ ˚ •。★★ 。* 。*
° 。 ° ˚ _Π____*。*˚★ 。* 。*。 • ˚ ˚ •。★
˚ ˛ •˛•* /______/~\。˚ ˚ ˛★ 。* 。*★ 。* 。*
˚ ˛ •˛• | 田田|門| ˚Soyuq bir qiw gunu... . —

GlamouR_

  • 10 sentyabr 2011 00:46
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
{awards}
Allah razi olsun......Coox sag olun paylawdiginiz ucun.......

--------------------

kiss love

  • 10 sentyabr 2011 00:06
  • Məqalə: 4
  • Şərh: 1284
  • Bal:
{awards}
cox sagol canim ellerine qollarina sagliq gozel xeber qoymusan

--------------------

... Deryam ...

  • 9 sentyabr 2011 23:51
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
Esas agil,derk etmek qabiliyetidi.Allah insanin aglini almasin,weytan yoluna getmekden qorusun.
Twkler Allah razi olsun ...

--------------------

Green_Black

  • 9 sentyabr 2011 23:47
  • Məqalə: 0
  • Şərh: 31
  • Bal:
{awards}
4314. İmam Əli (ə): «İffrətin kökü qənaətdir (hədis 4232 müraciət edin və diqqət yetirin), meyvəsi isə qəm-qüssənin azalması.» (Mətalib əs-Suul, hədis50)

HaYaliM

  • 9 sentyabr 2011 23:28
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun..tesekkür edirem deyerli yazi ücün

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 19
Cəmi: 32

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}