Analar...Qadınlar...Körpələr

 
Analar...Qadınlar...Körpələr

Ana olmaq hər bir qadının haqqı, borcu və vəzifəsidir.
Amma ana olmağa hazır olmayan qızlarımızın nələr törətdiyindən xəbərimiz varmı? Azərbaycan qadınının adını iftixarla çəkərkən gənclərimizin düşdüyü bataqlıqdan xəbərimiz varmı?

Ana 3 günlük körpəsini Kür çayında boğdu...
Masallıda boş qəbirdən yeni doğulmuş qız uşağı tapıldı...
Zibildaşıyanlar Alatava zibilliyi yaxınlığında bələkdə ağlamaqdan bayılmış körpə tapdılar...
On dörd günlük çağanı məscidin həyətinə atdılar...

Həmişə bu cür xəbərləri eşidəndən sonra həmin körpələrin qatillərini, günahlarını üstündə daşıyan anaları (əgər onlara ana demək mümkündürsə), sahib çıxmayan atalarını lənətləyirik. Göz yaşlarımız səssizcə içimizə axır. İnanmıram ki, evində körpəsi olan və ya nə vaxtsa olmuş insanlar bu xəbərləri sıradan bir xəbər kimi oxuyub keçsinlər. Bu tipli xəbərlər həmişə uzun müddət insanları öz təsiri altında saxlayır.

Təəssüflə «niyə» sualını veririk. Ardınca da müxtəlif cavablar gəlir:
Arzuolunmaz uşaqmış... Uşağı saxlamaq imkanı yoxmuş... Bic doğulmuşmuş, anası da el içində rüsvay olmamaq üçün onu atıb... Qız uşağıdır, aldanıb, sonra da nə eləyəsini bilməyib... Əri deyib ki, o uşaq bu qapıdan içəri girsə, özünü də, onu da ölmüş bil... Uşaq istəmirmiş... və s... və s...

Yəqin ki, dünyada insandan başqa öz balasını belə asanlıqla məhv eləməyi bacaran çox az sayda canlı var.
Çoxları iddia eləyirlər ki, arzuolunmaz uşaqları abort eləməkdən başqa çarə yoxdur. Hər hamiləlik doğuşla nəticələnsə, onda dünyaya adam sığmaz... Amma hamilə qalmamaq da olar. Bunun üçün ölkənin hər köşəsində qadın məsləhətxanaları, ailə planlaması mərkəzləri var. Abortun gündəlik həyatın bir hissəsinə çevrilməməsi üçün seriallara bir qədər az baxmaq, az qeybət eləmək, dedi-qodulara daha az zaman ayırmaq, arada tibbə, ginekologiyaya aid kitablar oxumaq və imkan olsa, internetdəki portallardan «hamiləlikdən necə qorunmalı» sözünə axtarış verib məlumatlanmaq lazımdır.

Gəlin, insan həyatını bu qədər ucuz tutmayaq.
Körpələrinizdən bu qədər tez vaz keçməyə tələsməyin, qadınlar!
Siz gələcəyin anasısınız!
Ana isə müqəddəsdir!


Geri dön

KaRola_16

  • 19 avqust 2011 15:42
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:

Gəlin, insan həyatını bu qədər ucuz tutmayaq.
Körpələrinizdən bu qədər tez vaz keçməyə tələsməyin, qadınlar!
Siz gələcəyin anasısınız!
Ana isə müqəddəsdir!

--------------------

_RONALDO_

  • 13 mart 2011 11:12
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
tesekkurler

--------------------

Ulya

  • 23 sentyabr 2010 16:51
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
love love

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 44
Cəmi: 62

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}