Kafir və möminin ölümü

 
Kafir və möminin ölümü

Olüm anına dair Peyğəmbərimizin (s.a.s) gözal
bir hadisi var. Bu hədisdə çoxlu məlumat və ibrətlər var:


"Əl-Bərai ibn Əzaib" demişdir:

Rəsulullah (s.a.s) ilə birgə ənsarlardan bir nəfərin cənazəsini dəfn etmək üçün qəbristanlığa getdik. Meyidi hələ qəbrə endirməmişdilər. Rəsulullah (s.a.s) oturdu. Biz də onun yanında sükut içərisində oturduq. Onun əlində bir əsa var idi, onu bir neçə dəfə yerə vurduqdan sonra başını qaldırıb iki və ya üç dəfə «Qəbr əzabından qorunmaq üçün Allaha sığının»dedi və sözünə davam etdi:

Kafir və möminin ölümü

Mömin bəndə bu dünyadan köçüb axirətə qovuşanda onun yanına səmadan ağ üzlü mələklər gəlirlər.
Onların üzü günəş kimi parıldayır, əllərində cənnət kəfənləri, xoş ətirli cənnət hanutu (balzam, mumiya) olur.
Gözlə görünən bir məsafə uzaqlığı qədər ölmüş adamdan aralı otururlar. Bundan sonra ölüm mələyi (gəlib onun başı üstündə oturaraq deyir: «Ey xoş nəfs, Allahdan bağışlanma və razılıq qazanmaq üçün üzə çıx!» Nəfs xaric olur, tuluğun ağzından su kimi axır. Ölüm mələyi onu bir an belə əlində saxlamayıb dərhal o biri mələklərə verir. Onlar nəfsi (həmin ruhu) əllərindəki kəfənə bürüyürlər, ona hanut vururlar. Bundan sonra nəfslə birlikdə göyə qalxırlar. Mələklərin qarşısından keçərkən, onlar deyirlər: «Bu xoş ruh kimdir?» Deyirlər: «Filankəs oğlu filankəs». Onun dünyada daşıdığı ən yaxşı adları sadalayırlar və onunla dünya səmasına çatırlar. O, səma qapılarının açılmasını tələb edir və onları açırlar. Hər bir səmada yaxın adamları onunla vidalaşır və onu növbəti səmaya yola salırlar. Ən axırda onlar yeddinci göyə çatırlar. İzzət və Cəlalət sahibi Allah buyurur: «Mənim bəndəmin məktubunu möminlərin ruhlarının yerləşdiyi bu yeddinci göydə yazıb onun cəsədi ilə yerə göndərin».


Kafir və möminin ölümü

İki mələk gəlib oturur.

Deyirlər: «Rəbbin kimdir?» Deyir: «Rəbbim, Allahdır!»
Deyirlər: «Dinin hansıdır?» Deyir: «Dinim İslamdır».
Deyirlər: «Peyğəmbərin kimdir?» Deyir: «O, Allahın rəsulu Muhammed (s.a.s)-dir».
Deyirlər: «kitabın hansıdır?» Deyir: «Qurani Kərim oxudum, ona iman gətirdim və onu təsdiqlədim».
Səmadan çağırış səsi gəlir: «Mənim bəndəm haqqı dedi. Onu cənnətə yerləşdirin, cənnət qapısını onun üzünə açın. Onun bədənindən xoş iy gəlir. Onun məzarı göz görən məsafə qədər genişlənir. Onun yanına xoşsifət, gözəl geyimli, xoş ətirli bir adam gəlib deyir: «Səni sevindirəcək kəsin müjdəsini ver. Bu, sənə vəd edilmiş gündür». O soruşur: «Sən kimsən? Sənin sifətin xeyirdən xəbər verir». O adam deyir: «Mən sənin saleh əməlinəm». O isə deyir: «Ya Rəbb! Mənə bir an imkan ver, bir an imkan ver ki, ailəmi, əmlakımı görüm».

Kafir bəndə dünyanı tərk edib axirətə qovuşduqda isə, onun yanına qara sifətli mələklər gəlir, əllərində tükdən parça olur.
Ondan gözlə görünən bir məsafədə otururlar. Sonra ölüm mələyi gəlir, onun başı üstə oturub deyir: «Ey xəbis (pis) nəfs, Allahın qəzəb və nifrətini qazanmaq üçün üzə çıx!» Nəfs (can) onun bədənindən əyri uclu dəmir əsa yaş yundan çıxdığı kimi çıxır. Mələk onu əlinə götürür, bir an belə saxlamadan o biri mələklərə ötürür. Onlar isə nəfsi gətirdikləri parçaya bükürlər, elə bil ki, yerdən tapılmış cəsəddir. Onu göyə qaldırırlar. Onunla mələklər qarşısından keçəndə onlar soruşurlar: «Bu murdar iy nədir?» Deyirlər: «Filankəs oğlu filankəs». Onun dünyada daşımış olduğu ən pis adları sadalayırlar. Bu yolla dünya səmasına çatırlar, qapıları açmağı tələb edirlər. Lakin onları açan olmur. Sonra Rəsulullah (s.a.s) «Onlar üçün səma qapıları açılmaz, dəvə iynənin gözündən keçməyənə qədər onlar cənnətə daxil olmazlar» (əl-Əraf, 40) ayəsini oxuyub dedi: «İzzət və Cəlalət sahibi Allah buyurur: «Onun məktubunu yerə, dar bir məhbəsə göndərin!» Onun ruhunu yerə atırlar. Bu ayəni də oxudu: «Allaha şərik qoşan göydən düşən, quşun dimdiyinə alıb apardığı və küləyin havaya sovurub uzaq bir yerdə atdığı bir şey kimidir»(əl-Həcc, 31). Onun ruhu bədənə qayıdır.


Kafir və möminin ölümü

İki mələk gəlib sorğu-suala başlayır.

Deyirlər: «Rəbbin kimdir?» Deyir: «Bilmirəm».
Deyirlər: «Dinin hansıdır?» Deyir: «Din seçmədim».
Deyirlər: «Peyğəmbərin kimdir?» Deyir: «Heç eşitmədim».
Həmin an səmadan çağırış səsi gəlir: «O yalan deyir. Onu oda atın. Cəhənnəm qapısını onun üzünə açın!» Cəhənnəmin isti havası onun üzünə vurur, onun qəbri daralır, bu adamın qabırğaları yapışır (bir-birinə keçir). Çirkin sifətli, kirli paltar geymiş, bədənindən pis iy gələn bir adam gəlib deyir: «Sənə pislik gətirənin müjdəsini ver. Sənə vəd edmiş gündür bu gün». Deyir: «Sən kimsən? Sənin sifətin çox çirkindir, ondan şər yağır». Bu adam deyir: «Mən sənin pis əməlinəm».


Geri dön

music_angel

  • 11 sentyabr 2011 13:24
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun ellerinize saglik..gozel movzuya gore cox sagolun

--------------------

Ay Üzlü

  • 11 sentyabr 2011 02:23
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Allah razi olsun

only-girl

  • 10 sentyabr 2011 23:32
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

ASMIYA

  • 10 sentyabr 2011 22:02
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
BU MUTLEQ OYRENILMESI LAZIM OLAN XEBER UCUN COK TESEKKUR EDIREM SIZE.
ALLAHIMA SUKURLER OLSUN KI, BILIRDIM. BILMEYENLERDE OYRESIN HAYATDAYKEN EMEL ETSIN INSA ALLAH ALLAHIMIN BIZLER UCUN XEYIR GETIREN EMIRLERINE.
AMIN. ALLAHIM RAZI OLSUN SIZDEN VE BUTUN MOMINLERDEN INSA ALLAH.

smile

--------------------


Willow smith

  • 10 sentyabr 2011 21:57
  • Məqalə: 52
  • Şərh: 1036
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Stəkanı yerə at, sonra ondan üzr istə.
Əslində onu qırmaq istəmədiyini və təkrar su içmək istədiyini söylə..
İşə yarasa, mən burdayam...

Мой Мир

  • 10 sentyabr 2011 21:53
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
allah razi olsun bu deyerli xebere gore minnetdaram

--------------------
∞♥

Delya_91

  • 10 sentyabr 2011 21:49
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Oxumuwdum bu barede.tewekkur edirem yene de

Oxumuwdum bu barede.tewekkur edirem yene de

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

ZAC EFRON

  • 10 sentyabr 2011 21:30
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
ilk serh mende twk...cox sagol

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 44
Cəmi: 73

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 475
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 40
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
 
{slinks}