Zülmə dözmək səbir deyil, zillətdir

 
Zülmə dözmək səbir deyil, zillətdir

ZÜLMƏ DÖZMƏK SƏBİR DEYİL, ZİLLƏTDİR

Mübarək dinimizin nəzərində səbir imanın ən əsas ünsürlərindən sayılır. İmam Cəfər Sadiq (ə) buyurur: “Səbrin imana nisbətdə mənziləti - başın bədənə olan mənzilətindədir. Və necə ki, baş gedəndə bədən də gedər, o cür də səbir aradan gedəndə, iman da aradan gedər”. Əziz İmamımızın bu çox qiymətli hədisindən bir neçə mühüm cəhət ortalığa çıxır. Bu mühüm çalarlara toxunmazdan öncə İmam Səccaddan (ə) səbirlə bağlı olan önəmli buyuruşa yer vermək önəmlidir. Bu mübarək buyuruş, öncə toxunduğumuz hədislə eyni hədəfi göstərir. İmam Səccad (ə) buyurur: “Səbrin imana nisbətdə durumu, insanın başının onun bədəninə nisbətdə olan kimidir. Və o kəsin imanı yoxdur ki, onun səbri yoxdur”. Bu iki hədisdən çox mühüm məsələ meydana çıxır. O, bundan ibarətdir ki, imanın əsasını təşkil edən məsələlərdən biri səbirdir. Səbir – insanın onun başına gələn zülmə dözməsi deyil. İnsanın haqqı aradan gedən zaman dözməsi səbir deyil. Bunlar İslam məntiqində səbir deyil. Bunlar adı qorxaqlıq və zillətdir.

SƏBİR ETMƏYƏN KƏSDƏ İMANDAN ƏSƏR QALMAZ

İslam məntiqində səbir – Allah dərgahında üzərində düşən vəzifəni yerinə yetirdikdən sonra qarşılaşdığın çətinliklərə dözməkdir. İmam Hüseyn (ə) hərəkatı - bunun ən bariz nümunəsidir. Əziz İmamımız (ə) Kərbəla çölündə vəzifəsini yerinə yetirir, zülmə tabe olmur, qılınclar altında doğram-doğran doğranır, amma səbir edir. İnsan öz vəzifəsini tanıyıb ona əməkl edən zaman çoxsaylı çətinliklərlə qarşılaşa bilər. Zülmün özünə deyil, zülm ilə mübarizədə qarşılaşılan ağrılara dözmək – səbirdir. Əgər bu mənada insan səbir etməsə, o insanda imandan əsər-əlamət qalmaz. Necə səbri əldən verər, o cür də imanı aradan gedər. Bədən başsız qala bilmədiyini kimi, iman da səbirsiz qala bilməz.

SƏBRİN DƏRMAN OLDUĞU XƏSTƏLİKLƏR

Səbir – səadət qapılarının açarıdır. Səbirsiz səadətə çatmaq mümkün deyil. Səbir insanın məhvdən xilasının başlanğıcıdır. İnsan üçün bəla və imtahanları ən mükəmməl şəkildə asan edən yeganə yol – səbirdir. Səbir bir cövhərdir ki, insanın əzm və iradəsini gücləndirər. Əziz İslam alimlərindən olan Hacı Nəsrəddin Tusi səbirlə bağlı çox gözəl bir kəlam buyurur: “Səbir – insanın daxili iztirab və narahatçılığının qarşısını alar. Səbir insanın dilinin şikayətinin qarşısını alar. Səbir insanın bədən üzvlərinin qeyri-adi hərəkətinin qarşısını alar”. Əziz əxlaq ustadı buyurur ki, səbir insanın daxilində iztirabların yaranmasına imkan verməz. İnsanın həyatında, fəaliyyətində ən çox maneəçilik yaradan iztirab, səbir sayəsində dəf edilər. Səbir – insan vücudunu normal vəziyyətindən çıxmağa qoymaz.

SƏBİRLİ KƏSLƏRƏ BÜTÜN MƏXLUQAT QİBTƏ EDƏR

Səmayət ibni Mehran deyir: “Bir gün İmam Kazım (ə) məndən soruşdu: “Nə mane oldu sənin Həccə getməyinə?”. Dedim: “Fəda olum sənə, mən ağır bir borcla üzləşdim. Və malımın hamısını satmalı oldum. Və borcum malımdan çox gəldi. Əgər dostlarımdan bir kişi olmasaydı ki, məni bu haldan çıxartsın, çıxmaq qüdrətim yox idi”. İmam Kazım (ə) buyurur: “Əgər səbir etsən, qibtə olunarsan. Əgər səbir etməsən, Allah Təala təqdiratı onsuz da icra edər, istər bəyənsən də, istər bəyənməsən də”. Yəni, həyatda səbirsizlik etmək - insana ancaq mane olur. Əgər bir insan qarşılaşdığı çətinliklərə səbir edərsə, bütün məxluqat ona qibtə edər.

İmam Sadiq (ə) səbirlə bağlı daha bir incə nöqtəyə toxunur. İmam (ə) buyurur: “Möminlərdən bir kəs bəla ilə üzləşsə və səbir etsə - onun üçün min şəhidin savabı var”. Səbir nədir ki, insana min şəhidin savabını verər? Necə şəhidin qanı topluma yaşayış, dinamika verər, ölü qəlbləri dirildər, insanları ayıldar, elə də səbir həmin diri şəhidlikdir. Bir var insan fiziki şəhid olsun, bir də var ki, insan hər an o şəhid qədər üzərinə düşən vəzifələri icra etsin və qarşılaşdığı müsibətlərə dözsün. Belə bir insana bir deyil, min şəhidin savabı var.

İmam Cəfər Sadiqin (ə) bir başqa buyuruşunda da çox incə bir məqama işarə edir: “O vaxt ki, mömin qəbrə daxil olar, namaz onun sağında, zəkat onun solunda, onun yaxşlılıq və ehsanları onu müşərrəf edər. Səbir isə bir tərəfə uzaqlaşar. O vaxt ki, möminə iki mələk yaxınlaşar, bu zaman səbir namaza, zəkata və insanın o yaxşılıq və ehsanlarına müraciət edər və deyər: “Dostunuza yiyə durunuz. Bəs əgər siz acizsinizsə, çəkilin kənara, mən yiyə durum”. Səbrin bu qədər böyük mənası və əcri var. Səbrin dəyəri o qədər böyükdür ki, namaz və zəkata belə bir müraciət edər.

BƏLA və ÇƏTİNLİK QARŞISINDA SƏBİRLİ OLAN PARLAQ QƏHRƏMANLAR

Üzərinə düşənləri icra edən zaman yaranan bəla və müsibətlərə səbirli olmağı simvolizə edən ən parlaq qəhrəmanlar – Həzrət İbrahim (ə) və Həzrət İsmayıldır (ə). Həzrət İbrahim (ə) öz üzərinə düşən risaləti Babildə yerinə yetirir və Babildən hicrət edir. Allahdan ilk istəyi - saleh bir övlad olur. Əziz İbrahim peyğəmbərimiz (ə) hicrətdən sonra Rəbbindən ona saleh bir övladın əta olunmasını istəyir. Qurani Kərimin “Əs-Səffat” surəsinin 100-cü ayəsində biz görürük ki, bu məsələlərlə bağlı yekunlaşma gedir və artıq 101-ci ayədə müjdə xəbəri verilir. Allah Təala Həzrət İbrahim (ə) peyğəmbərə bəşarət verir ki, ona bir həlim övlad əta olunacaq. Ayədə buyurulur: “Beləliklə Biz onu yeniyetmə və həlim bir oğlan uşağı ilə (İsmayıl) müjdələdik”. Həmin ayədə Peyğəmbərə (ə) üç məsələ ilə bağlı müjdə verilir. Birinci məsələ budur ki, bəşarət verilir ki, Həzrət İsmayıl (ə) dünyaya gələcək. İkinci, bəşarət verilir ki, əta olunan uşaq yeniyetmə yaşına qədər çatacaq. Üçüncü müjdə verilən məsələ isə budur ki, həmin övlad yeniyetmə yaşına çatanda həlim olacaq. Quranın möcüzəliklərindən biri elə bundadır ki, bir cümlə ilə üç müjdə verir.

HƏZRƏT İSMAYILIN (ə) SƏBİRLİLİK İŞARTILARI

Təfsirlərdən aydın olur ki, göstərilən ayədə “həlim” sözü – insanın hər şeyi öz vaxtında etməsi və genişqəlbli olması, öz hisslərinə qalib gəlməsi mənasındadır. Digər şərhlərdə bildirilir ki, həlim insan – qəzəb halında öz həyacanına sahib çıxan, qəzəb halında özünü idarə edəndir. Həlimlilik əqldən mənşələndiyindən, bəzi hallarda “həlim” və “əql sözləri eyni mənada işlədilir. Bir maraqlı məqam da ondan ibarətdir ki, “həlim” sözü Quranda on beş dəfə gəlib. Bunların əksəriyyəti Allahın özünə aiddir. İki dəfə isə bu söz Həzrət İbrahim (ə) və Həzrət İsmayılla (ə) bağlı işlədilib.

Allah Təala Həzrət İbrahimi (ə) bir oğlan uşağı ilə müjdələməklə yanaşı, Allah Təala onun “ğülam”, yəni yeniyetmə yaşına qədər çatacağı ilə də müjdələyir. Bir müddət keçdikdən sonra müjdə verilən həmin oğul dünyaya gəlir. Həzrət İsmayıl (ə) yeniyetmə yaşına çatır və həlim sifətinə malik olur. Həzrət İsmayılın (ə) o həlim sifəti özünü Həzrət İbrahimin (ə) o çətin imtahanında təzahür etdirəcək.

Zülmə dözmək səbir deyil, zillətdir


Geri dön

Prank girl

  • 10 sentyabr 2011 18:22
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
SƏBİRLİ KƏSLƏRƏ BÜTÜN MƏXLUQAT QİBTƏ EDƏR

tesekkur edirem xebere gore

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

R.M_FaNaTka

  • 10 sentyabr 2011 18:11
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
Bele gozel ve maraqli xebere gore cox sagol dostum

--------------------

music_angel

  • 10 sentyabr 2011 17:27
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
SƏBRİN DƏRMAN OLDUĞU XƏSTƏLİKLƏR

Səbir – səadət qapılarının açarıdır. Səbirsiz səadətə çatmaq mümkün deyil. Səbir insanın məhvdən xilasının başlanğıcıdır. İnsan üçün bəla və imtahanları ən mükəmməl şəkildə asan edən yeganə yol – səbirdir. Səbir bir cövhərdir ki, insanın əzm və iradəsini gücləndirər. Əziz İslam alimlərindən olan Hacı Nəsrəddin Tusi səbirlə bağlı çox gözəl bir kəlam buyurur: “Səbir – insanın daxili iztirab və narahatçılığının qarşısını alar. Səbir insanın dilinin şikayətinin qarşısını alar.


cox sagolun cox gozel movzudu

--------------------

_WITH YOU_

  • 10 sentyabr 2011 17:22
  • Məqalə: 1
  • Şərh: 588
  • Bal:
{awards}
tşk.......

Leyla_Memmedova

  • 10 sentyabr 2011 17:17
  • Məqalə: 17
  • Şərh: 480
  • Bal:
{awards}
tewekkurler

--------------------
MənƏ SöZ AtanA MəN GüL AtıraM...AmmA MƏZARINA...

Su Perisi

  • 10 sentyabr 2011 17:07
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
“Səbir insanın daxili iztirab və narahatçılığının qarşısını alar. Səbir insanın dilinin şikayətinin qarşısını alar. Səbir insanın bədən üzvlərinin qeyri-adi hərəkətinin qarşısını alar”.

--------------------

Hurrem Sultan

  • 10 sentyabr 2011 17:05
  • Məqalə: 0
  • Şərh: 94
  • Bal:
{awards}
eziyyetinize gore tesekkurler

N.M

  • 10 sentyabr 2011 16:23
  • Məqalə: 0
  • Şərh: 150
  • Bal:
{awards}
Cox sagol dostum xebere gore

... Deryam ...

  • 10 sentyabr 2011 16:20
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
Allah hamiya sebr versin !Deyerli xebere gore twkler .

--------------------

HAVVA

  • 10 sentyabr 2011 16:18
  • Məqalə: 0
  • Şərh: 15
  • Bal:
{awards}
nazli yagmurlardan sonraki serhde menden olsun twkler.

NAZLI YAGMURLAR

  • 10 sentyabr 2011 16:12
  • Məqalə: 1
  • Şərh: 415
  • Bal:
{awards}
ILK SERH MENDEN XEBERE GORE COX TWKLER

--------------------
DOGDUNDA KULAGINA EZAN OKUNUR OLDUGUNDE EZANSIZ NAMAZIN KILINIR.
HEYATIN ISE:
EZAN VE NAMAZ ARASINDA OLAN O VAKIT KADARDIR NE KISA
DEGILMI...!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 37
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 411
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}