Bəs niyə özgənin payına düşdün?

 
Bəs niyə özgənin payına düşdün?

İtirdim bir nəmişli gündə səni,
İz tutub izini götürəcəklər.
Bəlkə də gözümün önündən səni,
Bu qoldan o qola ötürəcəklər...

Nə bilim hayandan əsdi bu külək,
Sinəm alov-alov oddur,ocaqdır.
Nə bilim bəlkə də üzünü görmək,
Birdə heç qismətim olmayacaqdır...

Ayrılıq ayları yaşar bir anda,
Sabah dünəninə yad deyəcəksən.
Getdi baxışlarım yanaqlarından,
Qaytar,baxışımı neyləyəcəksən?...

Bəs niyə özgənin payına düşdün?

Qaytar,qayıdarmı eşqim,həvəsim?!
Mən onu zindana salmaq istərəm.
Bir zaman səsinə qarışıb səsim,
Danış,səs payımı almaq istərəm...

Xəyallar qəlbimdə dolaşdı yenə,
Günlərim nə yaman uzaq,uzaqdır.
Mən qanad taxsam da çatmıram sənə,
Kiminsə kipriyi çatdıracaqdır...

Bir kövrək qanadlı qaranquş idin,
Üfüqdən-üfüqə keçdin,ötüşdün.
Dünyada mənimçün yaranmış idin,
Bəs niyə özgənin payına düşdün?...


Geri dön

gizlisevgim

  • 10 sentyabr 2011 19:14
  • Məqalə: 0
  • Şərh: 83
  • Bal:
twk maraqli seirdi.

Prank girl

  • 10 sentyabr 2011 18:19
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Nə bilim hayandan əsdi bu külək,
Sinəm alov-alov oddur,ocaqdır.
Nə bilim bəlkə də üzünü görmək,
Birdə heç qismətim olmayacaqdır...

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

R.M_FaNaTka

  • 10 sentyabr 2011 18:12
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
Bele gozel ve maraqli xebere gore cox sagol dostum

--------------------

music_angel

  • 10 sentyabr 2011 17:30
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Nə bilim hayandan əsdi bu külək,
Sinəm alov-alov oddur,ocaqdır.
Nə bilim bəlkə də üzünü görmək,
Birdə heç qismətim olmayacaqdır...


cox sagolun cox gozel seirdi

--------------------

_WITH YOU_

  • 10 sentyabr 2011 17:26
  • Məqalə: 1
  • Şərh: 588
  • Bal:
{awards}
tşk.......

Jasmin45

  • 10 sentyabr 2011 17:17
  • Məqalə: 43
  • Şərh: 1124
  • Bal:
{awards}
Xəyallar qəlbimdə dolaşdı yenə,
Günlərim nə yaman uzaq,uzaqdır.
Mən qanad taxsam da çatmıram sənə,
Kiminsə kipriyi çatdıracaqdır...

Əllərinizə sağlıq..

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

Miss Madridista

  • 10 sentyabr 2011 17:00
  • Məqalə: 12
  • Şərh: 213
  • Bal:
{awards}
Kederlidi....amma heyat davam edir.tewekkur

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 25

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}