Ünsiyyət

 
 Ünsiyyət

 Ünsiyyət

1287. Camaatla ünsiyyət qaydaları.
4252. İmam Əli (ə): «Camaatla elə rəftar edin ki, ölsəniz sizin üçün ağlasınlar. Sağ qalsanız isə (və ya olmasanız) sizinlə görüşməyə müştaq olsunlar.» (Nəhcül-Bəlağə, hikmət 10)

4253. İmam Əli (ə) (Buyurardı):«Camaata olan ehtiyacın və ehtiyacsızlığın hər ikisi, qəlbində cəm olmalıdır.
Mülayim danışığında və xoş münasibətində onlara ehtiyacın olsun, amma abrını, izzət və baş ucalığını qorumağında onlara ehtiyacın olmasın.» (Məaniul-Əxbar, səh 267, hədis 1)

4254. İmam Baqir (ə): «Camaatın işi o vaxt sahmana düşər ki, onlarla üçdə ikisi ayıq-sayıqlıq və üçdə biri görməməzliyə vurmaq və göz yummaq olan bir tərəzi gözü kimi ünsiyyət qurulsun.» (Biharul-Ənvar, c.74, səh.167, hədis 34)


1288. Ailə ilə ünsiyyət qaydaları.

Quran:
«Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. Açıq-aşkar pis iş görməyincə, özlərinə verdiyiniz şeyin bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin.
Onlarla gözəl rəftar edin. Əgər onlardan xoşunuz gəlməsə, ola bilsin ki, sizə xoş gəlməyən hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun.» (Nisa, ayə19)

Hədis:

4255. İmam Əli (ə) (əziz oğlu Həsənə tövsiyyəsindən): «Məbada sənin ailən sənə (bəd rəftarına) görə insanların ən bədbəxti olsun.» (Nəhcül-Bəlağə, məktub 31)

4256.İmam Əli (ə): «Kişi evini və ailəsini idarə etmək üçün təbiətinə zidd olsa belə üç işi görməlidir: xoş rəftar, qaydasında əliaçıqlıq və qeyrət, namus.» (Biharul-Ənvar, c.78, səh.236, hədis 63)


1289. Camaatla ünsiyyətdə layiqli olanlar.

4257. Allahın Peyğəmbəri (s): «Oturub durduğun adamla yaxşı rəftar et ki, müsəlman olasan.» (Əmali-Səduq, səh.168, hədis13)

4258. İmam Əli (ə): «Camaatla öz diliniz və bədəninizlə qaynayıb-qarışın, qəlb və əməllərinizlə onlardan uzaq durun.» (Ğurərul-Hikəm, hədis 507)

4259. İmam Əli (ə):
«Canını və malını qardaşına fəda et. Ədalət və insafını isə düşməninə hədiyyə et. Xoş sifətini və yaxşılığını ümumi camaata bağışla.» (Biharul-Ənvar, c.78, səh.50, hədis 76)

4260. İmam Əli (ə): «Özünü dostluqda sadiq et. Özünü camaatın zəhmətlərinə (və ya xərclərinə) dözməyə vadar et.» (Biharul-Ənvar, c.74, səh.175, hədis 6)

4261. İmam Əli (ə): «Hər kim camaatla xoşlamadığı tərzdə rəftar etsə, camaat onun barəsində bilmədikləri şeyləri danışacaq.» (Biharul-Ənvar, c.75, səh.151, hədis 17)

4262. İmam Həsən (ə): «Camaatla, özünə qarşı edilməsini istədiyin cür rəftar edin.» (Əlamuddin, səh.297)

4263. İmam Sadiq (ə): «Camatla xoş rəftar ağıllı olmağın üçdə biridir.» (Tuhəful-Uqul, səh.366)

4264. İmam Kazim (ə): «Camaatla dostluq etmək ağılın yarısıdır.» (Tuhəful-Uqul, səh.403)

 Ünsiyyət


Geri dön

Green_Black

  • 11 sentyabr 2011 00:15
  • Məqalə: 0
  • Şərh: 31
  • Bal:
İmam Həsən (ə): «Camaatla, özünə qarşı edilməsini istədiyin cür rəftar edin.» (Əlamuddin, səh.297)

Мой Мир

  • 10 sentyabr 2011 22:26
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
allah razi olsun bu deyerli xebere gore

--------------------
∞♥

GUL YAGMURU

  • 10 sentyabr 2011 19:07
  • Məqalə: 20
  • Şərh: 369
  • Bal:
{awards}
4259. İmam Əli (ə): «Canını və malını qardaşına fəda et. Ədalət və insafını isə düşməninə hədiyyə et. Xoş sifətini və yaxşılığını ümumi camaata bağışla.» (Biharul-Ənvar, c.78, səh.50, hədis 76)
TESEKKUR...

--------------------
Esl qehremanliq heyatda mubarize aparib
qalib gelmekdir..

Ay Üzlü

  • 10 sentyabr 2011 18:27
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
«Camatla xoş rəftar ağıllı olmağın üçdə biridir.»
cooox sag olun gozel xeberleriniz ucun

Prank girl

  • 10 sentyabr 2011 18:24
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
deyerli melumata gore tesekkur edirem

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

sevinc13

  • 10 sentyabr 2011 18:13
  • Məqalə: 2
  • Şərh: 397
  • Bal:
{awards}
ALLAH RAZI QALSIN BU GÖZEL MARAQLI XEBERLERE GÖRE THANK YOU FRİENDSSSSSSS

R.M_FaNaTka

  • 10 sentyabr 2011 18:10
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
Bele gozel ve maraqli xebere gore cox sagol dostum

--------------------

Mefistofel

  • 10 sentyabr 2011 18:04
  • Məqalə: 8
  • Şərh: 384
  • Bal:
{awards}
İmam Əli (ə): «Camaatla elə rəftar edin ki, ölsəniz sizin üçün ağlasınlar. Sağ qalsanız isə (və ya olmasanız) sizinlə görüşməyə müştaq olsunlar.» (Nəhcül-Bəlağə, hikmət 10)

dəyərli məlumatlar üçün çox sağ ol

HaYaliM

  • 10 sentyabr 2011 17:18
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

music_angel

  • 10 sentyabr 2011 17:14
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
4259. İmam Əli (ə): «Canını və malını qardaşına fəda et. Ədalət və insafını isə düşməninə hədiyyə et. Xoş sifətini və yaxşılığını ümumi camaata bağışla.» (Biharul-Ənvar, c.78, səh.50, hədis 76)

Allah razi olsun senden

--------------------

Su Perisi

  • 10 sentyabr 2011 17:13
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
Allahın Peyğəmbəri (s): «Oturub durduğun adamla yaxşı rəftar et ki, müsəlman olasan.»

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 26
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}