Nəfsi hesaba çəkəcək suallar-1

 
Nəfsi hesaba çəkəcək suallar-1

Nəfsi hesaba çəkəcək suallar-1

Ey müsəlman!
Allah Təalə buyurur:
“Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar...” (Əl-Ənfal,2)

Ey Müsəlman! Bu ayəni oxuduqda heç qəlbin titrədimi?

Allah Təalə başqa bir ayədə buyurur:
“Məgər o bilmir ki, qəbirlərdə olanlar çıxardılacağı və kökslərdə olanlar aşkar ediləcəyi zaman – məhz o gün Rəbbi onlardan xəbərdar olacaqdır?” (Əl-Adiyat, 9-11)

Düşündüyün günahlar, o şeylər ki, öz aləmində onları gizlədirdin, asi olub, günah işlədirdin və elə zənn edirdin ki, Allah səni görmür.

Allah Təalə buyurur:
“O gün siz məhşərə gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcəkdir” (Əl-Həqqa, 18)

Ey müsəlman!

Quran oxuyanda təsirlənirsənmi?

İmamın arxasında namaz qılanda fikrini yayındırmadan, qorxu ilə namaz qılırsanmı, nə oxuduğunu fikirləşirsənmi?

Qorxu hissləri keçirirsənmi?

Vallahi əgər bu Quran dağlara ensəydi dağlar parça-parça olardı. Necə ki, Allah Təalə başqa bir ayədə buyurur:
“Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Allahın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, fikirləşələr.” (Əl-Həşr, 21)

Amma nə olub bu qəlbə ki, təsirlənmir? Səbəb nədir? Əlbəttə günahlar.

Allah Təalə buyurur:
“Xeyr! Onların qəlbini qazandıqları günahlar bürümüşdür.” (əl-Mutaffifin,14)

Bir çox insanlar vardır ki, Quran oxuyurlar, amma onun əzəmətini hiss etmirlər. Elə bil ki, qəzet oxuyurlar, və yaxud hər hansısa bir qissəni eşidəndə təsirlənmirlər. Əgər düşmən barəsində eşitsəydilər qorxardılar, amma Allahın əzabı barəsində eşidəndə qorxmurlar.

Allah Təalə ibrət alıb düşünmək üçün nazil etdiyi başqa bir ayədə isə belə buyurur:

“Allah Sözün ən gözəlini – ayələri bir-birinə bənzəyən və təkrarlanan Kitab kimi nazil etdi. Rəbbindən qorxanların ondan dəriləri ürpəşər. Sonra isə Allahı yad etməklə dəriləri və qəlbləri yumşalır. Bu, Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldir. Allahın zəlalətə saldığı şəxsə isə yol göstərən olmaz.” (Əz-Zumər,23)

Həqiqətən möminin halı belə də olur. Həqiqətən mömin belə ayələri eşidəndə həyacan keçirir, qəlbi titrəyir və bu ayətlərə tab gətirə bilmir, qorxur və bir az sonra başqa bir ayəni eşitdikdə:
“Həqiqətən, müttəqilər üçün nicat yeri vardır” (Nəbə, 31)

Qəlbi yumşalır, sakitləşir Allah Təalədən onun rəhmətini istəyir. Allah Təalə buyurur:
“Məgər onlar Quran haqqında düşünmürlərmi? Yoxsa qəlbləri qıfıllıdır?” (Muhamməd,24 )

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) gecə namazına qalxardı və uzun surələr oxuyardı. Əzab ayətlərinə çatanda əzabdan Allaha sığınardı. Rəhmət ayətlərinə çatanda onların fəzilətini Allahdan istəyərdi. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ayətlərə belə yanaşardı. Amma bizim bir çoxumuzdan soruşsan ki, imam işa namazında hansı surəni oxudu? Bilməz. Sübhənallah!

Ey müsəlman!

Nə vaxtsa özünlə tək tənha qalıb öz nəfsini hesaba çəkdinmi?
Quran oxuduqda, Allahı zikr etdikdə və gözün yaşardımı?!
Nə vaxtsa, günahlarını xatırladınmı?

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Allahı təklikdə anaraq göz yaşı axıdan kimsə barəsində buyurur:

“Qiyamət günü heç bir kölgə olmadığı zaman yeddi sinif insanı Allah Təala Ərşin kölgəsi altında kölgələndirəcək. Həmin siniflərdən biri də Allahı tək tənha olaraq zikr edib göz yaşı axıdan kimsədir.”

Nəfsi hesaba çəkəcək suallar-1


Geri dön

music_angel

  • 11 sentyabr 2011 13:23
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun ellerinize saglik

--------------------

Prank girl

  • 11 sentyabr 2011 11:57
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
xebere gore tesekkur edirem maraqli idi

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Nergiz_Mamedova

  • 11 sentyabr 2011 00:48
  • Məqalə: 0
  • Şərh: 193
  • Bal:
{awards}
“Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Allahın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, fikirləşələr.” (Əl-Həşr, 21)

Allah razi olsun deyerli xebere gore

Su Perisi

  • 11 sentyabr 2011 00:30
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
“Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Allahın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, fikirləşələr.” (Əl-Həşr, 21)

--------------------

Green_Black

  • 10 sentyabr 2011 23:38
  • Məqalə: 0
  • Şərh: 31
  • Bal:
{awards}

“Allah Sözün ən gözəlini – ayələri bir-birinə bənzəyən və təkrarlanan Kitab kimi nazil etdi.

only-girl

  • 10 sentyabr 2011 23:26
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
allah razi olsun

--------------------

Ayannn

  • 10 sentyabr 2011 22:55
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
dogurdanda gozlerim yasardi recourse cox menalidi.Allah mekanimzi cennet eder INsallah

Delya_91

  • 10 sentyabr 2011 22:20
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Nə vaxtsa özünlə tək tənha qalıb öz nəfsini hesaba çəkdinmi?
Quran oxuduqda, Allahı zikr etdikdə və gözün yaşardımı?!
Nə vaxtsa, günahlarını xatırladınmı?

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

R_O_M_A fanatkasi

  • 10 sentyabr 2011 22:10
  • Məqalə: 16
  • Şərh: 218
  • Bal:
{awards}
Men namaz qilanda cox vaxt fikirlerim qarisir(((
Allah razi olsun bele gozel xebere gore.Allah imanimizi artirsin

--------------------
....oooO..............
.....(....)...Oooo...
......)../.....(....)...
.....(_/.......)../.....
...............(_/......
... Я ТУТ ............
.......... БЫЛА.....

Willow smith

  • 10 sentyabr 2011 21:50
  • Məqalə: 52
  • Şərh: 1036
  • Bal:
{awards}
tesekkurler

--------------------
Stəkanı yerə at, sonra ondan üzr istə.
Əslində onu qırmaq istəmədiyini və təkrar su içmək istədiyini söylə..
İşə yarasa, mən burdayam...

sevgi meleyim

  • 10 sentyabr 2011 21:41
  • Məqalə: 25
  • Şərh: 1625
  • Bal:
{awards}
allah razi olsun deyerli xebere gore

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

Мой Мир

  • 10 sentyabr 2011 21:36
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
allah razi olsun deyerli xebere gore

--------------------
∞♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 13
Cəmi: 25

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}