Şeytanın insan üçün qurduğu tələlərdən birincisi

 
Şeytanın insan üçün qurduğu tələlərdən birincisi

Bilindiyi kimi şeytan, Adəmə səcdə etməklə əmr olunduğu zaman, bu ilahi əmrə qarlı çıxmış və : "çünki mən Adəmdən daha xeyirliyəm" deyərək ona səcdə etməməklə özünün haqlı olduğunu iddia etmişdir. Nəticədə qazandığı cəzaya dü.ar olmuş, ilahi hüzurdan və cənnətdən qovulmuşdur. Və bu zaman İblis uca Allahdan özü üçün möhlət verilməsini istəmiş və bu istəyi qəbul edilmişdir. Onun bu istəyini ilahi hikmətinə görə qəbul edən Uca Allah bu zaman onun belə dediyini bizləyə bildirməkdədir : "(İblis) dedi: 'Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacam! Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!' " (Əraf surəsi, 16-17)

Bax Allahın düşməni, özünə möhlət verildiyini anlayınca, Adəm oğullarına düşmənliyini belə ifadə etmiş, Allahın doğru yoluna oturub bütün gücü ilə insanları bu doğru yoldan azdıqmaq üçün çalışacağını, heç bir zaman bu çalışmalarına ara vermədən damav edəcəyinə "and içərək" bildirmişdir. İbn Abbas, ibni Məsud, Cabir və Mücahid kimi İslam böyüklərinin bildirdikləri kimi. Müsəlmanların Allahın Kitabı, haqq yolu və dini olan İslam ilə əlaqələrini zəyiflətmək üçün hiylə və vəsvəsələrinə davam edəcəyinə and içmişdir.

Şeytanın insan üçün qurduğu tələlərdən birincisi

Şeytanın insan üçün qurduğu tələlərdən birincisi

Əslində Allahın və möminlərin düşməni olan şeytanın tələlərindən biri: İnsan övladını aldatmasıdır. Belə ki, insana zərərli olan bir şeyi və ya bir işi, ona faydalıymış kimi təşviq edər və insanı ora doğru sürükləyər. Sonra da durar, insanın fəlakətinə gülüb şadlanar. Ona oğurluq, zina və adam öldürmə kimi neçə-neçə günahları işləməsi üçün bütün gücü ilə təşviq edər, onu belə günahlı və fəlakətli yollara sürər, sonra da onun aqibətinə sevinər. Bunu biz Uca Rəbbimizin Kitbından öyrənmişik. O bir ayədə belə buyurur: "O zaman (Bədr günü) Şeytan onlara öz əməllərini gözəl göstərib demişdi: 'Bu gün insanlar içərisində sizə qalib gələ biləcək bir kimsə yoxdur. Mən də sizin (pənahınız) dadınıza çatanam!' Lakin iki dəstə üz-üzə gəldiyi zaman dönüb qaçaraq: 'Mənim sizinlə heç bir əlaqəm yoxdur. Mən sizin görmədiklərinizi (mö’minlərin köməyinə gələn mələkləri) görürəm. Mən Allahdan qorxuram. Allah (Ona asi olanlara) şiddətli əzab verəndir!' - demişdi" (Ənfal surəsi, 48)

Şeytanın insan üçün qurduğu tələlərdən birincisi

Bilindiyi kimi şeytan, Bədr döyüşündə müşriklərə Suraka bin Malik surətində görünmüş, onlara yönəlib: "Gedin savaşın! Mən sizinlə bərabərəm, övlad və uşaqlarınıza gələn zərər və fəlakətlərə qarşı sinə gəlib, sizə arxa olaram" deyərək onları aldatmışdır. Allahın əsgələri olan mələklərin Rəsulallah (s.ə.s)-ə və Onun ordusuna yardım etmək üçün endiklərini gördükdə, qaçıb oradan uzaqlaşmış və onları tək başına buraxmışdır. Rəsulallah (s.ə.s)-in şairi, bi şerində bu hadisəni dilə gətirmişdir.
Şeytanın qadınla zina etməsi üçün aldatdığı rahibə etdiyi da bunun misalıdır. Əvvəlcə qadına zina etməsi, sonra onu və uşağını öldürməsi üçün yaxşı aldadan şeytan, sonra qadının əqrəbasını rahibin üzərinə göndərərək rahibi ölümlə buraxmış, ölüm vaxtı da onu qurtarmağı bəhanəsi ilə ona sədə etməsini əmr etmiş, sonra da onu buraxıb qaçmışdır. Yəni o qədər günahlar etməyə vadar etməsi bəs deyilmiş kimi, son nəfəsində onu özünə səcdə etdirərək rahibin kafir olaraq ölməsini təmin etdikdən sonra oranı tərk etmişdir. Bax onun işi budur, belədir. Hadisə ilə əlaqəli nail olan ayələrdə belə buyrulmuşdur: "(Münafiqlər Bəni Nəzir yəhudilərini aldatması) Şeytana (Şeytanın insanı aldatmasına) bənzəyir. O, insana: 'Kafir ol !' - deyər. (İnsan) kafir olan kimi (Şeytan onu qoyub qaçaraq): 'Mənim səninlə heç bir əlaqəm yoxdur. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!' - deyər" (Həşr surəsi, 16)

Şeytanın insan üçün qurduğu tələlərdən birincisi

Ayənin enmə səbəbi hər nə qədər də olsa xüsusidirsə, ifadə etdiyi məna ümumidir. Yəni şeytan, onu dost edib hiylələrinə aldanan bütün insanlara belə edər. Onları günah və küfrə sürükləməyə çalışar, bunun baş verməsi üçün tələlər qurar. Ən sonda da bütün dostlarından uzaqlaşar, "mən sizin hamınızdan uzağam" deyər və çıxar. Necə ki, axirətdə də bütün dostluq və və düşmənliklərin əsas mahiyyəti meydana çıxınca, öz dostlarına belə söyləyəcəyini də Quranımız xəbər verməkdədir: "Mən öncə (dünyada) sizin məni (Allaha) şərik qoşmağınızı da inkar etmişdim (qə’bul etməmişdim). " (İbrahim surəsi, 22)
Şeytanın işi-gücü şeytanlıq olduğu halda "Mən Aləmlərin Rəbbi olan Allahdan qorxaram" deməsi barəsində alimlər bəzi açıqlamalar vermişlər. Katadə və İbn İshaq "Allahın düşməni olan şeytan, "Mən sizin görmədiyinizi görürəm" deyərkən doğru söyləmiş olması ilə bərabər, "Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram" deyərkən yalan söyləyirdi. Çünki o, Allahdan qorxan deyil" söyləmişlər.

Şeytanın insan üçün qurduğu tələlərdən birincisi

Alimlərimizdən bəzilər də : "şeytan dini və mənəvi baxımdan Allahdan qorxmayan olsa da, Allahın əzab və cəzasının gəlməsindən qorxa bilər. Necəki, hər hansı bir kafir və ya müşrikin, qəlbində dini mənası ilə Allahdan qorxusu olmamaqla bərabər, hər hansı bir kimsə tərəfindən öldürülməkdən qorxduğu kimi, Allahdan bir əzab və cəza gəlməsindən qorxmuş da ola bilər. Bunun isə dini, imani bir mənası yoxdur" demişlər. Doğru olan da bunun olmasıdır. Necə ki, Ata, Zəccac, əl Ənbari kimi alimlərimizin sözləri də bu mənanı dəstəkləyir.


Geri dön

music_angel

  • 11 sentyabr 2011 13:23
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun ellerinize saglik

--------------------

Prank girl

  • 11 sentyabr 2011 11:52
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
tesekkur edirem coox maraqli idi

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Green_Black

  • 10 sentyabr 2011 23:41
  • Məqalə: 0
  • Şərh: 31
  • Bal:
{awards}
Dəyərli yazıya görə ALLAH razı olsun

cat girl

  • 10 sentyabr 2011 23:13
  • Məqalə: 0
  • Şərh: 15
  • Bal:
{awards}
allah lenet elesin. xebere gore twk allah razi olsun

allah lenet elesin. xebere gore twk allah razi olsun

N.M

  • 10 sentyabr 2011 22:50
  • Məqalə: 0
  • Şərh: 149
  • Bal:
{awards}
cox sagol dostum xebere gore

R_O_M_A fanatkasi

  • 10 sentyabr 2011 22:40
  • Məqalə: 16
  • Şərh: 214
  • Bal:
{awards}
Calisdiqim qeder gunahdan qaciram.ALlah bizi seytan emmellerinden qoruyub,dogru yola yoneltsin,Amin

--------------------
....oooO..............
.....(....)...Oooo...
......)../.....(....)...
.....(_/.......)../.....
...............(_/......
... Я ТУТ ............
.......... БЫЛА.....

Delya_91

  • 10 sentyabr 2011 22:12
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
Allah razi olsun.Allah bizi weytanin werinden qorusun

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

Willow smith

  • 10 sentyabr 2011 21:53
  • Məqalə: 52
  • Şərh: 1018
  • Bal:
{awards}
Alllah razi olsun

--------------------
Stəkanı yerə at, sonra ondan üzr istə.
Əslində onu qırmaq istəmədiyini və təkrar su içmək istədiyini söylə..
İşə yarasa, mən burdayam...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 39
Cəmi: 61

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 585
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 112
 
MiSS HaPPy)
Xəbərləri: 14
Cəmi: 26
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 675
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 11
 
Dəlishka
Xəbərləri: 4
Cəmi: 5
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
 
{slinks}