Dostlar vardır...

 
Dostlar vardır...

Olmasa da olar dediyimiz insanlarla doludur həyatımız;

tanış olduğumuz, salamlaşdığımız;

klassik cümlələrlə ünsiyyət qurduğumuz,

cavablarını maraqlanmadığımız suallar
soruşduğumuz...


Könülümüzdür hökmdar; kimə nə paya verəcəyini o təyin edər.

Kiminə "dost", "yar", kiminə "tanış", "
yoldaş"
deyib, çıxar işin içindən...


Sevdiyim hər insanın həyatına bir məna qatmalıyam;
çətinlikli və imtina edilməz bir macəra olmalı;
dost dediyim insanlarla eyni zaman dilimini paylaşmaq!

Dostlar vardır çiçək kimi;
iyləyər iyləməz alıb götürər aparar bütün yüklərinizi...

Evsizsinizsə ya da odun kömür tapa bilmirsinizsə yandırmağa;
uzundur qış gecələri...

Dostlar vardır soba kimi;
ürəyindəki odla istilədər əllərinizi...

Dostlar vardır; fırtınada sığınacaq,
günəşdə kölgə; yanarkən buz kimi su tökməz üstünüzə;
əksinə, alovlandırır atəşi;
bilər ki, yanmayanı heç bir şey söndürə bilməz.

Dostlar vardır, ulduz kimi;
hava bağlıykən belə,
qapqara buludların gözətçisidir səmada...

Dostlar vardır, arada bir ziyarət edib alt-üst edər həyatınızı;
dili zəhər yay, baxışları itidir.

Dostlar vardır, çiyini hər dərdə dərmandır.

Dostlar vardır, yaxşı bir müəllim kimi, necə soruşulacağını öyrədər.

Dostlar vardır
dağ kimi ağır; torpaq qədər bərəkətli, mərd...

Dostlar vardır; ney kimi hüznlü, saz kimi üsyankar; şeir qədər böyük...

Dostlar vardır türkü kimi;
hər vaxt deyilməsələr də hər daim içində daşıyar sevdasını;
yanğınını bulaşdırar bir könüldən digərinə...

Zamana və zərbələrə; yollara və həsrətlərə müqavimətli...

Dostlar vardır; ürəyinə kök salmış bir çinardır;
heç bir şey aşırda bilməz;

könüldən könülə qurulmuşdur kö
prülər;
nə yaşansa atıla bilməz!

Dostlarımız vardır bizlərə bənzərlər bir az...

dostluqlar vardır, davam edər axirətdə!

Bax belə dostlardır; , həyatını gözəl edən...

Könül, hər yerdə onları axtarar.

Və tapdığında xəbər göndərər bizə;

bir istilik yayılar ürəyimizə


Geri dön

KaRola_16

  • 19 avqust 2011 15:41
  • Məqalə: 185
  • Şərh: 4147
  • Bal:
Dostlarımız vardır bizlərə bənzərlər bir az...

dostluqlar vardır, davam edər axirətdə!

Bax belə dostlardır; , həyatını gözəl edən...

Könül, hər yerdə onları axtarar.

Və tapdığında xəbər göndərər bizə;

bir istilik yayılar ürəyimizə

--------------------

Ulya

  • 23 sentyabr 2010 16:50
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
ZoLuShKa,
dangerous_angel,
Ceyhun,
love

Ceyhun

  • 22 sentyabr 2010 18:03
  • Məqalə: 1
  • Şərh: 45
  • Bal:
{awards}
Ben hiç yar söyləyəmədimki =(

--------------------
Yene tekem, yene qefes....

Hemen ki adamam, amma bashqa heves....
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 43
Cəmi: 68

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 239
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 878
 
Limon qoxusu
Xəbərləri: 59
Cəmi: 80
 
Nergiz__Sirinova
Xəbərləri: 30
Cəmi: 552
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 30
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
Lmzade
Xəbərləri: 27
Cəmi: 28
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 5
Cəmi: 18
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}