
Mən gəlirəm dalınca..
Sən gedəni yerin necə görünür
Kədər qəmə, qəm kədərə bürünür
Qələm yazmır sətir üstə sürünür
Sənsizlikdə alışınca, yanınca
Dözəmmədim mən gəlirəm dalınca

Qayıt desəm.., bəhanələr indi çox
Üzdün məni, üzməyə haqqın yox
Gedişinlə ürəyimə sancdın ox
Sənsizlikdə alışınca, yanınca
Dözəmmədim mən gəlirəm dalınca

Ümüdlərim tükənmədi, hələ var
Hələ kövrək, hələ tərdir arzular
Tufan qopsa, ollarıma düşsə qar
Sənsizlikdə alışınca, yanınca
Dözəmmədim mən gəlirəm dalınca
Sən gedəni yerin necə görünür
Kədər qəmə, qəm kədərə bürünür
Qələm yazmır sətir üstə sürünür
Sənsizlikdə alışınca, yanınca
Dözəmmədim mən gəlirəm dalınca

Qayıt desəm.., bəhanələr indi çox
Üzdün məni, üzməyə haqqın yox
Gedişinlə ürəyimə sancdın ox
Sənsizlikdə alışınca, yanınca
Dözəmmədim mən gəlirəm dalınca

Ümüdlərim tükənmədi, hələ var
Hələ kövrək, hələ tərdir arzular
Tufan qopsa, ollarıma düşsə qar
Sənsizlikdə alışınca, yanınca
Dözəmmədim mən gəlirəm dalınca