Uşağı kim tərbiyə etməlidir?

 
Uşağı kim tərbiyə etməlidir?


Bir sıra sosioloji tədqiqatların nəticələrinə görə, müasir uşaqlar valideynlərindən daha çox televizorla təmasda olurlar.

"Ayna" qəzeti yazır ki, bu gün informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi zəmanədə yaşayırıq və uşaqları bu prosesdən kənarda saxlamaq asan məsələ deyil. Amma uşaqlar dünyada ən qiymətli varlıqlardır. Buna görə də onlara diqqəti daha da artırmaq məcburiyyətindəyik. Müasir ailəni, evi televizorsuz təsəvvür etmək çətindir. Televizoru da rəfdə gizlətmək mümkün deyil. Lakin onu bütün günü işlətmək, televizora yaxşı köməkçi gözüylə baxmaq da yersizdir.

Aparılan tədqiqatlardan müəyyən olub ki, məktəbəqədər uşaqlar televizorla o qədər də maraqlanmır, ancaq ibtidai məktəb şagirdləri gün ərzində 3-4 saat "mavi ekran" qarşısında əyləşirlər. Televizorun uşağın inkişafına ancaq mənfi təsir etdiyini deməklə yanlışlığa yol vermiş olarıq. Təbii ki, uşaqlar televizorla müəyyən dozada təmas etməlidirlər. Ancaq uşaq üçün hərəki aktivlik valideynlərlə, ətraf aləmlə canlı ünsiyyətdir. Uşaq valideynləri, yaşıdları ilə canlı ünsiyyət quraraq insan kimi formalaşır, sosial münasibətləri, əlaqələri qurmağı öyrənir. Həmçinin onun xasiyyəti formalaşır.

Uşağı kim tərbiyə etməlidir?

Bir tərəfdən uşaq televiziya proqramlarından maraqlı informasiyalar ala bilər. Bununla o, dünyagörüşünü artırmaqla yanaşı, müəyyən davranış qaydalarını da öyrənir. Bir də ki, yaşıdlarıyla dil tapa bilməyən uşaqlar üçün televizor əvəzedilməz "yoldaş"dır. Ancaq etiraf etmək lazım gəlir ki, televizora aludə olan uşaq reallıqdan uzaq düşür. Ona görə ki, televizora sərf olunan müddət ərzində uşaq maraqlı oyun oynaya, yaşıdlarıyla təmas qura bilər.

Bir sıra sosioloji tədqiqatların nəticələrinə görə, müasir uşaqlar valideynlərindən daha çox televizorla təmasda olurlar. Unutmaq lazım deyil ki, televizorla "ünsiyyət" birtərəflidir, bu prosesdə uşaq həqiqi həmsöhbət qismində çıxış etmir.

Uşağı kim tərbiyə etməlidir?

Maraqlıdır ki, televizor qarşısında çox vaxt keçirən uşaqlar yaxşı oxuya və fikirlərini aydın ifadə edə bilmirlər. Bundan başqa, bəlli olmuşdur ki, uşaqlar daha çox əyləncəli verilişlərə baxırlar. Bu həm də onunla əlaqədardır ki, valideynlər hansı proqramlara baxmağı uşaqlarına məsləhət görmürlər. Amma inkişafa kömək edən proqrama baxmağı məsləhət görməklə, valideynlər uşaqlarında yaxşı zövq formalaşdıra bilərlər.

Təəssüf ki, valideynlərin əksəriyyəti baxılmış proqramları uşaqlarıyla müzakirə etmirlər, onlara elə gəlir ki, diktor və ya verilişin aparıcısı hər şeyi yaxşı başa saldı. Lakin böyüklər unudurlar ki, maarifləndirici verilişlər uşaqlardan diqqəti cəmləşdirməyi və fikirləşmək qabiliyyətini gücləndirməyi tələb etmir. Belə gərginliyi isə uşaqlar sevmir və buna görə də onlar daha çox əyləncəli proqramlara baxmağa üstünlük verirlər. Sonunda uşaqlar qiymətli vaxtlarını boş yerə sərf edirlər.

Uşağı kim tərbiyə etməlidir?

Bəzilərini televizor yorur və nəticədə uşaqlar əzgin və əsəbi olurlar. Həssas uşaqlar isə döyüş filmlərinə baxdıqdan sonra çox hallarda əsəbləşirlər. "Dəhşət" filmləri daha mənfi təsir göstərir. Belə filmlər uşaqlarda mövcud qorxu hissini gücləndirməklə yanaşı, yeni qorxuların da yaranmasına şərait yarada bilər. Bundan başqa, döyüş və dəhşət səhnələri uşaqların psixikasını da pozur. Zorakılıq və dəhşət filmlərini seyr edən uşaq real həyatda aqressiv olmağa hazır olur. Aqressiv olmayan uşaqlar isə reallıqdan qorxaraq həyatdan daim fəlakətlər gözləyirlər. Buna görə də valideyn uşaqlarını "sehrli qutu"nun qarşısında oturdarkən yaxşı-yaxşı fikirləşməlidir.

Uşağın emosional inkişafı üçün canlı ünsiyyət lazımdır və bu şəraiti uşaq üçün yaratmaq lazımdır. Psixoloq Mehriban Rzayevanın fikrincə, uşaqları texnikadan uzaqlaşdırmağın yolu ona alternativ yaratmaqdır. Uşağa canlı həyatla ünsiyyəti qurmaq lazımdır. Əgər uşaq aktivdirsə, sosial uşaqdırsa, problemi olmayacaq. O özünə qapanırsa, televizor və kompüterə meyillidirsə, cəmiyyətdən qaçmağa çalışacaq və televizor və internet onun yuvası olacaq. Belə uşaqların ətrafında canlı komanda qurmaq lazımdır.

Uşağı kim tərbiyə etməlidir?

Deməli, valideynlər uşaqlarının hərtərəfli - intellektual, mənəvi və fiziki inkişafını təmin etmək üçün şərait yaratmalıdırlar. Uşağın fiziki inkişafı, hərəkəti, bədənin böyüməsi çox vacibdir. İnsanın bünövrəsi uşaqlıqda qoyulur. Burada söhbət həm fiziki sağlamlıqdan, xasiyyətinin formalaşmasından, intellektdən və dünyagörüşündən gedir. Psixoloqun qənaətincə, belə mərhələdə valideynlər övladlarının inkişafına və tərbiyəsinə həssas yanaşmalıdırlar. Mehriban Rzayeva deyir: "Müasir valideyn bu dünyada mürəkkəb proseslərin və kəskin rəqabətin getdiyini, dinamikanı yaddan çıxarmamalıdır".


Geri dön

tontonun anasi

  • 20 yanvar 2012 23:46
  • Məqalə: 214
  • Şərh: 2318
  • Bal:
HER IKI ATA VE ANA BIR YERDE.AMA UWAQ ANANI DAHA COX GORUR DEYE ANADAN TERBIYE ALIR

--------------------

Musique Sage

  • 18 sentyabr 2011 12:02
  • Məqalə: 442
  • Şərh: 2893
  • Bal:
{awards}
elbette ana ... bu sozsuzdu

MaxMara

  • 13 sentyabr 2011 10:33
  • Məqalə: 3
  • Şərh: 7
  • Bal:
{awards}
cox sagol, lazim oldu)

sevgi meleyim

  • 12 sentyabr 2011 19:12
  • Məqalə: 25
  • Şərh: 1595
  • Bal:
{awards}
tewekkurler xebere gore

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

music_angel

  • 11 sentyabr 2011 14:36
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
elbetteki ana...duzdu ailede haminin bu isde bir rolu var ama esas anadi

--------------------

N.M

  • 11 sentyabr 2011 14:28
  • Məqalə: 0
  • Şərh: 149
  • Bal:
{awards}
mene ele gelirki ana, cunki ata hemise iwde olur

Delya_91

  • 11 sentyabr 2011 14:21
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
Ilk novbede ana terbiye edir,ama elbette ki atanin da vezifesi boyukdur

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

Мой Мир

  • 11 sentyabr 2011 14:18
  • Məqalə: 722
  • Şərh: 5845
  • Bal:
{awards}
elbetdeki ana buda sozdu twk eziyete gore

--------------------
∞♥

Ay Üzlü

  • 11 sentyabr 2011 13:21
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
Mence her iki valideyinin vezifesine duwur terbiye etmek

only-girl

  • 11 sentyabr 2011 12:51
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
mence ana

--------------------

lema

  • 11 sentyabr 2011 12:35
  • Məqalə: 0
  • Şərh: 2659
  • Bal:
{awards}
meqale maraqlı ve lazımlı idi.Her bir weyde düzgün vurğulanmıwdı.indi uwaqlar wou biznese lazımsız seriallara proqramlara baxırlar.Axı uşaq ordan gördüyü terbiyeyle gelecekde kim ola bilerki?burda valideynlerin günahı da böyükdür.valideynin esas meqsedi övladını düzgün terbiye etmekdi.eger valideyn uşağını yanında otuzdurub seriala bow proqramlara baxırsa o valideyn öz işini tam görmür demekdir.çünkü esas iş uşağın qabına çoxlu yemek tökmek deyil esas iş düzgün terbiyedir.


winked

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 55
Cəmi: 92

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 55
Cəmi: 229
 
NIGAR
Xəbərləri: 50
Cəmi: 870
 
Limon qoxusu
Xəbərləri: 48
Cəmi: 69
 
Nergiz__Sirinova
Xəbərləri: 25
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 21
Cəmi: 21
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 278
 
Lmzade
Xəbərləri: 19
Cəmi: 19
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}