Qorxu namazı

 
Qorxu namazı

Uca Allah buyurur: «(Ya Rəsulum!) Sən (əsgərlərin) içərisində olub onlara namaz qıldırdığın zaman onlardan bir dəstə sailahlarını (özlərilə) götürsünlər. Səcdə edən zaman digər dəstə arxanızda olsun. Sonra (namaz qılmamış) o biri dəstə öz ehtiyat vasitələrini və silahlarını götürərək gəlib səninlə birlikdə namaz qılsın!...»[1].

Qorxu namazı

Qorxu namazını qılmaq qaydası:
Xəttabi deyir: Qorxu namazı bir neçə növdür. Belə ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onları müxtəlif vaxtlarda və namaz üçün daha əlverişli və düşməndən daha yaxşı qorunmaqdan ötrü başqa-başqa qaydada qılmışdır. Bu namazın müxtəlif cür qılınmasına baxmayaraq, mənası birdir.[2]

1. İbn Ömər deyir ki, «bir dəfə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qorxu namazı qıldırırdı. O ilk olaraq bir dəstəylə bir rükət qıldı, digər dəstə isə düşmənin qarşısında dayanmışdı. Sonra namaz qılan dəstə gedib digər dəstənin yerində düşmənlə üz-üzə dayandılar. Döyüşdə olan dəstə gəldi və Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onlarla da bir rükət qıldı. Beləliklə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) salam verib namazı bitirdi. Sonra hər iki dəstə namazın qalan bir rükətini qəza etdilər»[3].

Qorxu namazı

2. Səhl ibn Əbu Xeysəmə deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrinə qorxu namazı qıldırırdı. O səhabələri arxasında iki səfə düzmüşdü. Arxasında olan birinci səfə bir rükət qıldırdı. Sonra ayağa qalxıb lap arxada olanların bir rükət qılmalarını gözlədi. Sonra lap arxada olanlar irəli, irəlidə olanlar isə arxaya keçdilər. Sonra irəliyə keçən dəstəyə də bir rükət qıldırdı və arxaya keçən dəstə bir rükət də qılana qədər oturdu, sonra salam verib namazı bitirdi»[4].

Cabir ibn Abdullah deyir ki, mən Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qorxu namazı qılmışam. «O bizi iki səfə düzdü. Səf Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) arxasında dayanmışdı. Düşmən isə bizimlə qiblə arasında idi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) təkbir etdi və hamımız onunla birlikdə təkbir etdik. Sonra rüku etdi və hamımız onunla rüku etdik.

Qorxu namazı

Sonra rükudan qalxdı və hamımız rükudan qalxdıq. Sonra o və arxasında olan ilk səf səcdəyə getdi, axırıncı səf isə düşmənin qarşısında dayanırdı. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səcdəni bitirdikdən sonra arxasındakı birinci səf də səcdədən qalxdı. Sonra dərhal ikinci səf səcdə etdi və qalxdı. Sonra arxadakı səf önə, öndəki səf isə arxaya keçdi. Sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) rüku etdi və hamımız da onunla rüku etdik. Sonra rükudan qalxdı və hamımız onunla bərabər rükudan qalxdıq. Sonra o və birinci rükətdə arxada, hazırda isə öndə dayanan səf səcdəyə getdilər. Bu zaman axırıncı səf düşmənin qarşısında dayanırdı. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) və arxasındakı səf səcdəni bitirdikdən sonra, lap arxada dayanan səf səcdə etdi. Sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) salam verdi və biz də salam verdik[5].


Geri dön

Delya_91

  • 11 sentyabr 2011 19:27
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
Bu haqda melumatim yox idi,Allah razi olsun

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

Elnen

  • 11 sentyabr 2011 17:47
  • Məqalə: 2
  • Şərh: 82
  • Bal:
{awards}
Allah razi olsun

Prank girl

  • 11 sentyabr 2011 17:29
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
Allah razi olsun tesekkur edirem

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

sweaty

  • 11 sentyabr 2011 16:38
  • Məqalə: 0
  • Şərh: 130
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN COX SAGOLUN

Green_Black

  • 11 sentyabr 2011 16:27
  • Məqalə: 0
  • Şərh: 31
  • Bal:
{awards}
ALLAH razı olsun

aga482

  • 11 sentyabr 2011 16:03
  • Məqalə: 0
  • Şərh: 840
  • Bal:
{awards}
...T...E...W...E...K...K...U...R...L...E...R...

--------------------
HER GUN İNSAN UCUN YENİ BİR HEYATDİR..........

devyjones

  • 11 sentyabr 2011 14:50
  • Məqalə: 58
  • Şərh: 806
  • Bal:
{awards}
Qorxu Namazı haqqında demək olar ki anlayışım az idi təşəkkürlər!

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

Мой Мир

  • 11 sentyabr 2011 14:45
  • Məqalə: 722
  • Şərh: 5845
  • Bal:
{awards}
allah razi olsun bu deyerli xebere gore minnetdaram

--------------------
∞♥

music_angel

  • 11 sentyabr 2011 14:45
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
Allah razi olsun sizden

--------------------

Emo_Girl95

  • 11 sentyabr 2011 14:45
  • Məqalə: 2
  • Şərh: 36
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
:::ღ Kötüler sevilmezz .. Ve bende sevilmedim ღ:::…
…:::ღ Adamına göre olamadığım için midir ? ღ:::…
…:::ღ Yalakalığı benimseyenler sevilsinღ :::…
…:::ღ Ben buyum kimseye ihtiyacım da Y-o-K !ღ :::…

N.M

  • 11 sentyabr 2011 14:35
  • Məqalə: 0
  • Şərh: 149
  • Bal:
{awards}
xebere gore tewekkur

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 30
Cəmi: 55

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 579
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 7
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 4
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}