Oyanın və xidmətə tələsin!

 
Oyanın və xidmətə tələsin!

Oyanın və xidmətə tələsin!

Oyanın və xidmətə tələsin!

İslama xidmət etmək və bu din uğrunda çalışmaq hər bir müsəlmanın borcu və vəzifəsi olub yalnız müəllimlərin, müftilərin, moizəxanların və hafizlərin işi deyildir. Hər bir mömin öz sahəsində, eləcə də təhsili, savadı, imkanı və gücü yetdiyi qədər İslama və müsəlmanlara fayda verməyə çalışmalıdır. Yer üzündə İslamın bərqərar olması, yayılması, inkişaf etməsi və güclənməsi naminə hər bir müsəlman bu ağır yükün bir hissəsini öz üzərinə götürməlidir.


Bunun şərəfi, savabı və mükafatı olduqca böyükdür. Rəbbim bütün müsəlmanlara belə bir şərəfə nail olmağı nəsib etsin!

Bəzi böyük beynəlxalq təşkilatlar və dövlətlər İslama və müsəlmanlara qarşı amansız, mütəmadi, qorxunc və hiyləgər bir müharibə aparır. Müsəlmanlar bunu görməli və anlamalı, bu müharibənin pərdəarxasını, əsas səbəbkarlarını, onların əlaltılarını, vasitəçilərini, casuslarını yaxşıca araşdırmalı və müəyyən etməlidirlər. Telekanalları, radioları, qəzetləri, kitabları, daxili və xarici siyasəti ibrət və diqqətlə, irfan və bəsirətlə izləməli və oxumalı, görülən “işləri”, hiylələri, oynanılan oyunları düzgün şəkildə analiz edərək, lazımi nəticəni çıxara bilməlidirlər. Çünki hal-hazırda müsəlmanların qəflət və cəhaləti ucbatından İslam dünyası böyük itkilərlə üzləşir. İslam ölkələri parçalanır, təbii sərvətləri istismar edilir, milyonlarla müsəlman bu və ya digər səbəblərdən həyatlarını itirir, ümmətin bir çox hissəsi isə səfalət və iztirab içərisində yaşayır. Heysiyyatlı bir mömin əsla buna razı ola bilməz. Bu faciələrə ürək dayanmaz. Bu məsələdə laqeydlik nümayiş etdirmə və qulaqardına vurmanın hesabını vermək qeyri-mümkündür.

Oyanın və xidmətə tələsin!

Bəzən mübarizə qaynar və silahlı hərbi münaqişəyə çevrilir. Əksər hallarda isə soyuq, gizli, aldadıcı və maskalı bir şəkildə davam etdirilir. Bu mübarizə daxili və xarici siyasətə, ticarətə, təhsilə, iqtisadiyyata, sənayeyə, incəsənətə, kino-teatr sahəsinə, radio və televiziyaya, mətbuat və mediaya da sirayət edir. Ona görə də səmimi və saf müsəlmanların hər bir sahədə çalışması olduqca əhəmiyyətli və gərəklidir.

Biz imanımızı və irfanımızı qorumalı, Allahın əmr və qadağalarına riayət edən bir müsəlman kimi ömür sürməli, dinimizi gündəlik həyatımızda tətbiq etməli, ibadətlərimizi böyük həvəslə yerinə yetirməli, buna mane olmağa çalışan din düşmənlərinə əsla imkan və fürsət verməməliyik. Tək Allah yolunda canımızı, malımızı fəda etməkdən bir an belə çəkinməməliyik.

Dini cihadla, cəhdlə, səylə çalışmaqla, fədakarlıqla, xidmətlə, cəsarətlə və qəhrəmanlıqla qorumaq mümkündür. Tənbəllik, qorxaqlıq, biveclik və qulaqardına vurma ilə nəfsə və şeytana qulluq edəcəyimiz təqdirdə isə dini qorumaq və yaşamaq qeyri-mümkündür. Belələrinin dünya həyatı da axirəti də məhv və pərişan olar, aqibətləri isə puçluğa çevrilər.

Bu dövr olduqca vacib, vacib olduğu qədər də çətin, sıxıntılı və təhlükəli dövrdür. Belə ki, düşmən bizi hər tərəfdən əhatəyə almış, içimizə sızmışdır. Tolerantlıq və mehribanlığımız səbəbilə nə qədər xəstəlik meydana gəlmişdir.

Oyanın və xidmətə tələsin!

Qardaşlarımız öldürülür, yurdlarımız yerlə-yeksan edilir, qadın və qızlarımızın namus və iffətləri tapdalanır. Bəs insanlıq, mədəniyyət, mərhəmət, din, İslam, məsuliyyət haradadır?! Ona görə də hamılıqla oyanmalı, özümüzə gəlməli, səfərbər olmalı, hər cür qanuni tədbiri bəsirətlə qəbul və tətbiq etməliyik. Xurcunun ağzını açmaq, İslama xidmətə tələsmək, hər cür fədakarlığı gözə almaq məcburiyyətindəyik. Bir yandan da fürsət əldən gedir. Mal verilməyincə isə bıçaq sümüyə dayanır, can əldən gedir, əsarət, səfalət və zillət onu əvəz edir. Bu, tarix boyu həmişə belə olmuşdur. Günümüzdə və əhatəmizdə də eynilə belədir.

Ey Rəbbim! Sən biz müsəlmanlara bəsirət, fərasət və müvəffəqiyyət bəxş et!. Məhəmməd (s) ümmətini müzəffər qıl!

Oyanın və xidmətə tələsin!


Geri dön

Narka E-ZaDe

  • 12 sentyabr 2011 00:03
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
Allah razi olsun

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

devyjones

  • 11 sentyabr 2011 14:32
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
{awards}
Hər bir müsəlmanın borcudur ki,Əmr bə Məruf Nəhy əz munkər!yaxşı isə dəvər pis işdən çəkindirmək.

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

N.M

  • 11 sentyabr 2011 14:25
  • Məqalə: 0
  • Şərh: 150
  • Bal:
{awards}
xebere gore cox sag ol dostum

Delya_91

  • 11 sentyabr 2011 14:19
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

Мой Мир

  • 11 sentyabr 2011 14:17
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
Oyanin ve xidmete telesin. Allah razi olun bu deyerli ve maraqli xebere gore twk edirem

--------------------
∞♥

music_angel

  • 11 sentyabr 2011 13:22
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun ellerinize saglik

--------------------

melek1

  • 11 sentyabr 2011 13:20
  • Məqalə: 0
  • Şərh: 179
  • Bal:
{awards}
tesekkur.ALLAH BUTUN MUSELMNLARI QORUYUR xebere gore saqolun

--------------------
GEDEN SIZIN UCUN COX QIYMETLI OLSADA QAPINI ORTUNKI;
ICERIDE QALANLAR USUMESIN

RADUQA

  • 11 sentyabr 2011 12:39
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
tewekkurler...cox lazimli xeberdi..
Allah her muselman bendelerinin qelbinden ALLAH sevgisin eskik etmesin....AMIN!!!!

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

breaking dawn

  • 11 sentyabr 2011 12:28
  • Məqalə: 12
  • Şərh: 1041
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!!!coxx sagol

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 24

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}