Həcc...Addım-addım

 
Həcc...Addım-addım

Həcc...Addım-addım
İslamın beşinci rüknü olan əzəmətli həcc haqda söhbət gedəndə ağla ilk öncə çətin və məşəqqətli ibadət növü gəlir. Çətinliyi başa düşülmək, məşəqqətli olması isə yerinə yetirmək baxımındandır. Bu hal özünü xüsusi olaraq yenicə İslamı qəbul etmişlər, ibadətə təzəcə başlamışlar üçün daha qabarıq göstərir.


Həqiqət isə bundan ibarətdir. Həcc insan kütləsinin açıq-aşkar yerinə yetirdiyi bir ibadətdir. Mötəbər dini mətnlərdən bəlli olur ki, həccin bu kimi xüsusiyyəti Allahın Öz bəndələrinə olan bir rəhmətidir. Çünki insanlardan bir qismi həccin hər hansı bir tərəfini, hökmünü, unutduqları və ya ondan hali olmaqdıqları təqdirdə digər qrup insanların həcc zamanı etdiklərinə uyar, onların hərəkətlərini təkrarlayarlar. Və beləliklə də həclərini tamamlamış olarlar. Ancaq bu, o demək deyildir ki, bizlər bunu əsas tutaraq həcc xüsusunda yazılmış fiqhi kitablara bu ibadət növünün hökm və qayda-qanunlarını öyrənmək məqsədi ilə müraciət etməyək.
İnsanların həccə çətin və məşəqqətli ibadət növü gözü ilə baxmalarının iki səbəbi vardır. Birinci səbəb insanların yaşlaşdıqları və ya xəstə olduqları bir vaxtda bu ibadət növünü yerinı yetirmələrindən dolayı həccin onlara çətin bir ritual kimi görünməsindən qaynaqlanır. Bunun üçün bizlər imkan düşən kimi fürsət tapıb bu ibadət növünü yerinə yetirməyə tələsməliyik. Peyğəmbərimiz (s) buyurub: “Həccə getməyə tələsin. Həqiqətən sizlərdən heç biriniz başına nə gələcəyini bilməz.”
İkinci səbəb isə budur ki, bəzilərinin bu böyük və əzəmətli ibadət növünü təfsilatı ilə bilməmələrindən, onun hikmət və sirlərinə agah olmamalarından dolayı onlarda həccin məntiqsiz, anlaşılmaz və yalnız fiziki hərəkətlərdən ibarət olması düşüncəsi formalaşır ki, sonuncu da onların həccin əzəmətli ilahi hikmətini anlamasına mane olur.
Həccin dinin əsas rükünlərindən biri olmasının səbəbi bizləri atamız İbrahim, oğlu İsmayıl, zövcəsi Həcərlə möhkəm bağlarla bağlamaq niyyətindən qaynaqlanır.
Bu ibadət bizləri eyni zamanda risalətin endirildiyi və oradan da peyğəmbərlərin sonuncusu, insanların ən ucası, ən üstünü olan rəsulumuz Muhəmmədin (s) timsalında bütün dünyaya yayıldığı bir məkana aparıb çıxarır. Bu ibadətin fəzilətindəndir ki, sən Allah rəsulunun, ailəsinin, səhabələrinin unudulmaz, şanlı həyat tarixçəsi ilə tanış olmaq imkanı əldə edirsən. Biz həcdə görəcək, bələd olacaq, hiss edəcək və bu müqəddəs torpağın hər bir nöqtəsində gördüyümüz, özülüyündə müvafiq dini ritualı əks etdirən məkan və simvolları özülüyümüzdə yaşayacayıq. (Məs., məqami İbrahimin arxasında iki rükət namaz qılmaq, Səfa və Mərva təpələri arasında hərəkət etmək və sair)
Bütün bunları yaşamaqla hacı Allaha dönmə “səyahətinə” çıxır, günahlarından və özünün pis keçmişindən qurtulmağa yönəlməklə mənən təmizlənməyə, ruhən saflaşmağa, Xaliqinə yaxınlaşmağa və hədsiz əcr qazanmağa başlayır.
Bu mərhələləri keçən hacı səbatlı əzmi-qərar, ilahi enerji, xüsusi dözüm və səbir, düşdüyü şəraitə sinə gərmə bacarığı əldə etmiş olur. Bütün bunları əldə etmiş hacı öz vətəni və ailəsinə Allah rəsulunun da (s) vəsf etdiyi kimi sanki “yenicə anadan olmuş kəs kimi” qayıdar.
Biz açıqlama xarakteri daşıyan bu kitabçamızla zəvvarları həclə tanış etmək, onları bu ibadət növünün ehkam və qayda-qanunları ilə müxtəsər, aydın şəkildə, mənası çətin olan istilahlardan xali, yorucu olmayan bir dildə başa salmaqla maarifləndirmək məqsədi güdürük. Burada faydalı və xeyirli olan hər bir şey yalnız Allahdan, xəta və səhvlər isə bəşər olan müəllifdəndir.
Allahdan həm bizlərin həm də sizlərin əməllərini qəbul etməsini diləyir sizlərdən isə dualarınızda bizləri unutmamağı rica edirik.

Həcc...Addım-addım


Geri dön

Мой Мир

  • 11 sentyabr 2011 14:34
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
Allah hamiya Hecce getmeyi qismet elesin Amin cox saqol bu deyerli xebere gore twk edirem

--------------------
∞♥

Ay Üzlü

  • 11 sentyabr 2011 13:26
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Allah butun ureyinde Hecce getmek arzusunda olanin arzusunu yerine yetirsin Inwallah
Deyerli xeber ucun tewekkurler

music_angel

  • 11 sentyabr 2011 13:22
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun ellerinize saglik

--------------------

melek1

  • 11 sentyabr 2011 12:28
  • Məqalə: 0
  • Şərh: 179
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
GEDEN SIZIN UCUN COX QIYMETLI OLSADA QAPINI ORTUNKI;
ICERIDE QALANLAR USUMESIN

emo angel

  • 11 sentyabr 2011 12:21
  • Məqalə: 20
  • Şərh: 132
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥ Seninle sonra eren askimiza hicte üzülüp aglamiyorum. Askimiz zaten bastan yokmuski. Gec anladimsada, yillardir yalan olan sevdandan, tam tersi, kurtulduguma seviniyorum. Sana neye üzüldügümü söyleyeyimmi? YILLARDIR SENIN UGRUNA BOSA HARCADIGIM ZAMANA...♥

PELIN_ATABAY

  • 11 sentyabr 2011 12:12
  • Məqalə: 86
  • Şərh: 1637
  • Bal:
{awards}
дерд горен еллерин вар олун аллах рази олсун

--------------------

only-girl

  • 11 sentyabr 2011 11:53
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
ellerin agrimasin ALLAH razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 54
Cəmi: 69

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}