Nura gedən yol

 
Nura gedən yol

Nura gedən yol
Nə üçün məhz nura gedən yol? Nə üçün insan əsrlər boyu nura və işıqlığa getməyə çalışıb?


Nur işıqdır, işıq açıqlıq və aydınlıqdır, bu, haqqın yoludur, Allahın bizə tövsiyə etdiyi yoldur: “Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır...” (əl-Bəqərə, 257).Allaha iman gətirənlər haqqın yolunu tutmuşlar və Allah təala onları budaqlanıb, şaxələnmiş azğın yollardan qurtarar, nura tərəf yönləndirər. Azğın yollar çox olduğundan Uca Allah Qurani-Kərimdə buna “zülmətlər” deyib. Haqqın yolu isə təkdir, o da nura aparar. İşıqlıq və aydınlıq bizi Rəbbimizə aparır. “Allah göylərin və yerin nurudur...” (ən-Nur, 35).
Bu nur insana həyatının məqsədini anladır, ona həyatda nizam-intizam və doğruluq öyrədir. Bəşəriyyət daim bu nura ehtiyac duymuşdur, bəziləri tapmış, bəziləri isə azmışlar. Amma bir şeyi anlamışlar ki, nuru görmək mümkün deyil, nur saçaraq ətrafı görmək mümkündür. Nuru adi gözlə görmək mümkün olmasa da onu qəlblə, ürəklə görmək və onun varlığını hiss etmək mümkündür. Bu həyatda nuru qəlbləri ilə görən şəxslər, o biri həyatda nur saçacaqlar: “O gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərindən və sağ tərəflərindən yayıldığını görəcəksən. Onlara: "Bu gün sizin müjdəniz ağacları altından çaylar axan Cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız!"– deyiləcək. Bu, böyük uğurdur” (əl-Hədid, 12).

Nura gedən yol

Əgər biz nuru qəlbimizlə hiss edib onun varlığına inanmışıqsa, Ramazan ayında Allahın rəhmət və mərhəmət nurundan lazımınca yığmalı idik ki, əlimizdə il boyu saçan bir çıraq olsun. Gələn Ramazana kimi yolumuzu aydınlatmaya kifayət edən nur yığmalı idik ki, yolumuzu azmayaq, zülmətlərdə qalmayaq. Allah Öz nuru ilə qəlblərimizi oyatdı və bizi yönləndirdi, biz isə bu nurdan istifadə edərək haqq gününə çatana qədər davam etməliyik: “Məgər ölü ikən diriltdiyimiz və özünə də insanlar arasında gəzmək üçün nur verdiyimiz şəxs qaranlıqlar içində qalıb oradan çıxa bilməyən kəs kimi ola bilərmi? Kafirlərə gördükləri işlər beləcə gözəlləşdirildi” (əl-Ənam, 122).
Həyatımız boyu çoxlarımız dərk etdik ki, Allah təalaya itaət və ibadət kölgəsində yaşamaq dünya kef-ləzzətində yaşamaqdan daha xeyirlidir. Allaha itaət kölgəsi hamını, hər şeyi və bütün həyatı əhatə edə biləcək qədər genişdir. “De: "Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!” (əl-Ənam, 162).
Xoş, rahat və sevinclı anlarımızda Allahın nurunu unutmayaraq Ona ibadət etməliyik ki, çətin anlarımızda O da bizə unutqanlıq göstərməsin. Ehtiyac və məşəqqət anlarında bizə ən möhkəm dayaq yalnız Rəbbimizdir. (Mutə savaşında Xalid bin Vəlidin başçılıq etdiyi müsəlman ordusu 3000 nəfərdən ibarət idi. Bu zaman onlara 200000 əsgəri olan böyük bir qoşun hücum edir və bu ağır hücumun qarşısında duruxsunub Xalid bin Vəlid düşünür ki, hansı tərəfə sığınsınlar, hansı tərəfə çəkilsinlər. Ona: “Səlma və Əca (Hail məntəqəsinin şimalında yerləşən) dağlarına tərəf" – deyilir. O isə cavabında: “Nə Səlma, nə də Əcaya, sığınmaq yalnız Allahadır” deyə bildirir.

Nura gedən yol

Həyatımız boyu gördük və anladıq ki, bu nurlu həyatda təmiz və düzgün yaşamaq, çirklərdən təmizlənib yalnız saf və pak irəliləmək lazımdır. Bu həyat bizi yalnız xalis niyyətlə qəbul edər, yoxsa etməz. Xalis niyyətlə nura tərəf yönələriksə, o da bizi qəbul edər, özünə yaxın getməyə imkan verər. Nura gedən yolu seçmək və onu istəmək özü də Allahın insana verdiyi bir fürsətdir, Allahın mərhəmətidir. İnsan elə düşünməsin ki, Allahın istəyi və izni olmadan bu yola qədəm basmışdır.
Həyatımız boyu başa düşdük ki, tikmək yıxmaqdan asandır. Sən özünü, mənliyini, şəxsiyyətini və öz qalanı tikərkən kərpicləri ehmalca, yan-yana düz istiqamətdə düzürsən. Aralarında məsafə buraxmırsan, sıx edirsən, düz qoyursan ki, bərk dursun. Yıxmaq üçün isə düşünmək və vaxt itirməyə gərək yoxdur, tikdiyinin ortasından bir dənə kərpici vur çıxar, özü aşacaqdır.


Min nəfər tikən olsa, yıxmağa bir nəfər də bəsdir,
Bəs bir tikənin arxasında min yıxan olsa, nə etsin?!


Nura gedən yol

Biz daim diqqətli və ayıq olmalıyıq, amma bu, bizi nə zəiflətməli, nə də məyus etməlidir. Həyatımız boyu əmin olmuşuq ki, cəmiyyəti islah etmək, onların doğru yaşamaları üçün çalışmaq daim lazımdır. Bu mübarizəyə kef-ləzzətimizdən sonra qalıq kimi qalmış, lazımsız boş vaxtlarımızı deyil, ömrümüzün ən vacib anlarını verməliyik.
Ramazan ayı bizə gözəl donlu insanları göstərdi, Ramazan bitdikdə isə hamısı yoxa çıxdı. Ramazan ayı çoxlarımızı öyrətdi ki, hər bir başlanğıcın bir sonu vardır. Ramazan ayının özü də, başladı, xeyir və bərəkət dolu gəldi, sonra onunla da vidalaşdıq. Sanki şirin bir yuxu idi, bitdi, ayılanda “heç ayılmayaq” - deyə arzu etdik. Özümüz də bu Ramazan kimi bitib yox olacayıq.
Əbdürrəhman bin Əvf (r) rəvayət edir ki; “Əmirəl Möminin Ömər bin əl-Xəttabla bir gün çıxmışdıq. Bəqi qəbirstanlığına çatanda dayandıq, əli ilə əlini tutmuşdu, buraxdı. Bir qəbrə yaxınlaşıb uzun-uzadı ağladı. Dedim: “Nə oldu, sənə ey Əmirəl Möminin?” Dedi: “Kaş anam məni dünyaya gətirməyəydi. Kaş bir ağac olaydım. Ey ibn Əvf, sən bu çuxuru unutmusanmı?!”
Allahdan ümid kəsilməz, Allah bu bəşəriyyətin halını nə vaxt istəsə, hansı hala istəsə, çevirə bilər. Güman edirik ki, halımız daha yaxşı və daha xeyirli tərəfə dəyişəcəkdir, amma bu dəyişiklik üçün insanlar əvvəl özlərini dəyişməlidirlər, nəfslərində olanı dəyişməlidirlər. Bu dəyişməyə və yeniliyə, qüvvət, istək, iradə, hərəkət və birlik lazımdır. Allahsızların tayfası əsrlər boyu imanımıza həsəd aparıb və əllərindən gələn hər şeyi ediblər ki, bizi azdırsınlar, bizi yolumuzdan çıxarsınlar. Biz yolumuzdan çəkinməməyi niyyət edərək addımlamalı, camaat halında birlik yaratmalı, daim mübarizə aparmalı və inanmalıyıq ki, “Onlar Allahın nurunu (islam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) tamamlayacaqdır” (Saff, 8).

Nura gedən yol


Geri dön

Delya_91

  • 11 sentyabr 2011 19:25
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
Min nəfər tikən olsa, yıxmağa bir nəfər də bəsdir,
Bəs bir tikənin arxasında min yıxan olsa, nə etsin?!


--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

Prank girl

  • 11 sentyabr 2011 17:21
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
Allah isə - kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) tamamlayacaqdır” (Saff, 8).

allah razi olsun tesekkur edirem

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Green_Black

  • 11 sentyabr 2011 16:14
  • Məqalə: 0
  • Şərh: 31
  • Bal:
{awards}
Həyatımız boyu gördük və anladıq ki, bu nurlu həyatda təmiz və düzgün yaşamaq, çirklərdən təmizlənib yalnız saf və pak irəliləmək lazımdır.

sevgimden_utaniram

  • 11 sentyabr 2011 15:50
  • Məqalə: 44
  • Şərh: 603
  • Bal:
{awards}
allah razi olsun twk edirem

--------------------
Sen yoxsan bu heyat menasiz mene,
Açilan seherler qaraliq zülmet.
Dostlarda tesseli olmayir mene,
Qalmişam sevgilim men sene hesret .

KATALINA

  • 11 sentyabr 2011 15:46
  • Məqalə: 0
  • Şərh: 10
  • Bal:
{awards}
MARAQLI XEBERE GORE SAGOL

devyjones

  • 11 sentyabr 2011 14:46
  • Məqalə: 58
  • Şərh: 806
  • Bal:
{awards}
Çunki insan həyatı təmizliyi,xoşbəztliyi,imanı nurlu yolda tapa bilər.Buda Allahın bəzxş elədiyi yol Nurlu yoldadı.

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

music_angel

  • 11 sentyabr 2011 14:40
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
ellerinie saglik cox gozel movzudu

--------------------

Мой Мир

  • 11 sentyabr 2011 14:39
  • Məqalə: 722
  • Şərh: 5845
  • Bal:
{awards}
Nura geden yol maraqli idi eline saglik twk edirem

--------------------
∞♥

Emo_Girl95

  • 11 sentyabr 2011 14:36
  • Məqalə: 2
  • Şərh: 36
  • Bal:
{awards}
maraqlidi sagol

--------------------
:::ღ Kötüler sevilmezz .. Ve bende sevilmedim ღ:::…
…:::ღ Adamına göre olamadığım için midir ? ღ:::…
…:::ღ Yalakalığı benimseyenler sevilsinღ :::…
…:::ღ Ben buyum kimseye ihtiyacım da Y-o-K !ღ :::…
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 43
Cəmi: 78

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 53
Cəmi: 149
 
ραყιȥ
Xəbərləri: 51
Cəmi: 131
 
NIGAR
Xəbərləri: 43
Cəmi: 788
 
lamiye_2001
Xəbərləri: 29
Cəmi: 31
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 241
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 504
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}