Allahın İsa Peyğəmbərə (ə) Moizəsi!

 
Allahın İsa Peyğəmbərə (ə) Moizəsi!

Allahın İsa (ə) Moizəsi!! (2-ci Hissə)

Ey İsa! Bununla yanaşı,camaatla mülayim davran,onlara salam ver və yaxşı adamların gözləri yatan zaman sən oyaq qal.Bu da Qiyamət gününün,onun və şiddətli zəlzələlərindən uzaq olmaq olsun.Elə bir gün də ki,nə ailə,nə övlad və nə də mal-dövlətin sənin üçün heç bir faydası olmaz.
Ey İsa! Batil əhli (Qafil və nadan insanlar) gülən zaman sən hüzn və qəm-qussə mili ilə gözlərinə sürmə çək (Yəni həmişə axirət fikri ilə qəmgin ol).
Ey İsa! Xaşe və səbirli ol! Xoş sənin halına,əgər səbirlilərə vədə verdiyim sənə çatsa.
Ey İsa! Dünyadan günbəgün keç.Dadı gedən şeyləri dad.Bu haqq sözdür ki,sənə Deyirəm.Sənin vücudun dünyada saatlara,günlərə bağlıdır.Belə isə özünü dünya məhəbbətindən tamamilə rahat et.Bir tikə quru çörəklə kifayətlən.Şübhəsiz,mənə tərəf qayıtdığın və götürdüyün hər bir şeyin yazılı şəkildə olduğunu və (onları) necə tələf etdiyini görəcəksən.

Allahın İsa Peyğəmbərə (ə) Moizəsi!

Ey İsa! Həqiqətən Sən (Bizim müqabilimizdə) məsuliyyət daşıyırsan.Mənim sənə rəhm etdiyim kimi,səndə zəiflərə elə rəhm et.Yetimlərə qarşı sərt (və qəzəbli) olma.
Ey İsa! Xəlvət yerlərdə öz nəfsinə (halına) ağla və öz nəfsinə namaz vaxtlarına təlqin et.(Yəni ona təlqin et ki,namaz vaxtını unutmasın).Mənim zikrimlə olan nitqinin ləzzətlərini Mənə çatdir,çünki Mənim sənə qarşı rəftarım gözəldir.
Ey İsa! Hə çox ümmətlər olmuşdur ki,keçmiş günahları səbəbi ilə onları həlak etdim,halbuki,cənin o günahlardan saxlamışam.
Ey İsa! Zəif insanlara güzəştə get.Öz yorğun gözlərini asimana doğru yönəldib Məni çağır,çünki Mən sənə (çox) yaxınam.Həmişə məni ah-nalə,yalvarış ilə çağır,qəm-qüssən də yalnız bir dənə olsun.(yəni yalnız mənə nəzər yetir).Çünki hər vaxt sən Məni çağırsan,eləcə də sənə cavab verəcəyəm.
Ey İsa! (Mən) dünyanı,səni qəbul edənlər üçün savab,intiqam alacağım şəxslər üçün cəza kimi razı olmadım.

Allahın İsa Peyğəmbərə (ə) Moizəsi!

Ey İsa! Sən fani olacaqsan,Mən isə əbədi qalacağam.Sənin ruzin yalnız Məndədir.Əcəlinin vaxtı Mənim yanımdadır.Qayıdacağın Mənə tərəfdir və Mən səndən hesab çəkəcəyəm.Onda hər nə istəyirsən Məndən istə,başqalarından yox!Səndən dua etmək yaxşıdır,Məndən isə onu qəbul etmək.
Ey İsa! Yer üzünün insanları necə də çoxtur,lakin onların arasında səbr edənlər azdır.Ağaclar çoxtur, lakin pak və yaxşı ağaclar azdır.Deməli,meyvəsini dadmamışdan qabaq ağacın gözəlliyi səni məğrur etməsin.
Ey İsa! Mənə Qarşı günah edən insanlar səni məğrur etməsin,onlar Mənim ruzimdən yeyir,lakin başqalarına ibadət edirlər.Çətinliklərdə Məni çağırırlar və Mən onların duasını qəbul edirəm.Lakin yenidən həmin günaha qayıdırlar.Mənə üsyan edir,yoxsa Mənim qəzəbimdən üz döndərir? Mən özümə and içmişəm,onu elə cəzalandıracağam ki,heç vaxt nicat tapmasın və onun Məndən başqa bir sığınacaq yeri olmasın.

Allahın İsa Peyğəmbərə (ə) Moizəsi!

Ey İsa! Bəni-İsrailin zalımlarına de:Haram malı qucaqladığınız,evlərinizdə bütlər olduğu halda Məni səsləməyin.Mən and içmişəm ki,hər kəs Məni çağırsa,onun duasını qəbul edəm və belə şəxslərin duasını qəbul etməyim onlara qərar verdiyim ləənətdən ibarətdir ki,bir-birindən pərakəndə vəziyyətdə olsunlar Ey İsa! Mənim bəndələrə qarşı nəzərim nə qədər yaxşıdır!Onların istəklərini nə qədər yaxşı şəkildə yerinə yetirirəm! Lakin bu qövm qəflətdədirlər və (Mənə doğru) qayıtmırlar.Kəlmələr onların ağızlarından çıxar,lakin qəlbləri ona yer vermirlər.(Öz pis əməlləri ilə) özlərini mənim qəzəbimə düçar edirlər,lakin möminlərə qarşı məhəbbət izhar edirlər....

Allahın İsa Peyğəmbərə (ə) Moizəsi!


Geri dön

Ay Üzlü

  • 11 sentyabr 2011 19:28
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
Allah razi olsun

Delya_91

  • 11 sentyabr 2011 19:21
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
cox sagolun.Allah razi olsun

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

_Yaxsiliq Meleyi_

  • 11 sentyabr 2011 18:15
  • Məqalə: 14
  • Şərh: 360
  • Bal:
{awards}
teşekkürler Allah razı olsun

--------------------
Dünya özünü təzə gəlin kimi göstərərək insanı aldadan,lakin həqiqətdə sehirbaz bir qarıdır.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 16
Cəmi: 43

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 579
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 7
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 4
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}