Pomidorla necə arıqlamaq olar?

 
Pomidorla necə arıqlamaq olar?

Kim pomidordan imtina edə bilər?!

Pomidor salatda, şorbada və sadəcə tərəvəz kimi çox ləzzətlidir. Onu pörtlətmək, qızartmaq, turşuya qoymaq olar, həmçinin onun vasitəsilə arıqlamaq da mümkündür. Pomidor pəhrizi ilin isti aylarında daha güclü təsirə malikdir. Bu pəhriz qışda da effektivdir, amma qış pomidoru yaydakına dad və vitamininə görə uduzur.

Ucuz və keyfiyyətli
Pomidor pəhrizi bütün pəhrizlər arasında ən ucuzu və əlverişlisidir. ANS PRESS "Aysel" jurnalına istinadən oxuyucularına pomidor pəhrizini təqdim edir. Sizə 1,5 kq miqdarında pomidor lazımdır, onu 4 hissəyə bölərək gün ərzində qəbul etməlisiniz. Bir günə bir kq itirəcəksiniz. Belə effektivliyinə görə pəhriz 2 gün üçün nəzərdə tutulub. Ən cəsarətli xanımlar 3 gün də tuta bilərlər, amma bundan çoxuna icazə verilmir.

İkinci variant
Daha bir pomidor pəhrizi var ki, birinci ilə müqayisədə daha doyumlu və asan olsa da, elə də effektiv deyil. İki həftə ərzində 5 kq arıqlamaq olar.
Səhər yeməyi: Bir stəkan pomidor şirəsi, üzərinə yağsız kəsmik çəkilmiş iki dilim qara çörək, meyvə.
Nahar: Bir stəkan pomidor şirəsi, 100 q suda bişirilmiş düyü (yağsız), tərəvəz, alma, 100 q suda bişirilmiş balıq.
Şam yeməyi: Mal qiyməsindən kotlet, tərəvəz, 50 q suda bişirilmiş düyü, bir stəkan pomidor şirəsi.
Bu pomidor pəhrizini 2 həftədən çox saxlamaq olmaz. Yalnız fasilədən sonra yenidən pəhriz saxlamağa icazə verilir.

Pəhrizin faydası
Alimlər sübut ediblər ki, tərkibində pomidor çoxluq təşkil edən pizza, spagetti kimi yeməklər dərini günəş yanmasına və qırışlara qarşı davamlı edir. İlk növbədə pomidor damarları tutulmadan qoruyur və qanı durulaşdırır. Ona görə də pomidor damar xəstəliyindən əziyyət çəkən və tromb yaranmasına meyilli olan hər kəsə məsləhət görülür. Pomidor şirəsi orqanizmi toksinlərdən təmizləyir, ümumi vəziyyəti yaxşılaşdırır və ağır xəstəliklərə tutulma riskini azaldır. Hətta demək olar ki, gündəlik pomidor qəbulu bəzi onkoloji xəstəliklərin profilaktikasıdır. Pomidor dərini ultrabənövşəyi şüalardan qoruyur. Orqanizminizi vitaminlərlə zənginləşdirmək istəyirsinizsə, pomidoru çiy halda yeyin. Əgər müalicəvi təsir görmək istəyirsinizsə, bu tərəvəzi suda və ya buğda bişirilmiş halda qəbul edin.

Kimə olar?
Əlbəttə ki, istənilən pəhrizdə olduğu kimi, pomidor pəhrizi də idmanla məşğul olan zaman daha gözəl nəticələr verəcək. Heç olmasa, gəzintiyə çox vaxt ayırın. Bu pəhrizdən ancaq sağlam insanlar yararlana bilərlər, yəni mədə-bağırsaq xəstəlikləri olanlar pomidor pəhrizindən ehtiyatla istifadə etməlidirlər.


Geri dön

Musique Sage

  • 1 oktyabr 2011 16:42
  • Məqalə: 442
  • Şərh: 2893
  • Bal:
tesekkur edirem

solmayan_gul

  • 19 sentyabr 2011 19:26
  • Məqalə: 0
  • Şərh: 276
  • Bal:
{awards}
teze usuldur

--------------------
YENIDEN GELDIM BURAYA SALMLAYIRAM SIZLERIII

MIRKARIM

  • 13 sentyabr 2011 17:26
  • Məqalə: 0
  • Şərh: 46
  • Bal:
{awards}
twk man indi 93 kqmam 13 kq ariqlamaq istayiram bundan basqa yaxsi ariqlamaq yolunu bilanlar barselona_10.82@mail.ru yazsinlar. no

sevgi meleyim

  • 12 sentyabr 2011 18:40
  • Məqalə: 25
  • Şərh: 1595
  • Bal:
{awards}
tewekkurler xebere gore

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

Sirli Melek

  • 12 sentyabr 2011 11:08
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
{awards}
MARAQLIDIR )

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Prank girl

  • 11 sentyabr 2011 19:58
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
demezdim cox xosum gelir sadece olaraq beynime dusende yeyirem

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Wrestling_15

  • 11 sentyabr 2011 19:48
  • Məqalə: 0
  • Şərh: 63
  • Bal:
{awards}
Leyla_Memmedova,DUNYANIN EN ACI VE SIRIN SEYI DILDIR

--------------------
HMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMM

Melek Kiz

  • 11 sentyabr 2011 19:06
  • Məqalə: 150
  • Şərh: 8671
  • Bal:
{awards}
pomidor xoslamiram

Delya_91

  • 11 sentyabr 2011 19:05
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
pomidoru cox sevirem winked

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

Ay Üzlü

  • 11 sentyabr 2011 18:34
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
men istemirem ariqlamaq tewekkurler

Leyla_Memmedova

  • 11 sentyabr 2011 18:22
  • Məqalə: 17
  • Şərh: 446
  • Bal:
{awards}
tewkkurler

--------------------
MənƏ SöZ AtanA MəN GüL AtıraM...AmmA MƏZARINA...

_Yaxsiliq Meleyi_

  • 11 sentyabr 2011 18:13
  • Məqalə: 14
  • Şərh: 360
  • Bal:
{awards}
men pamidoru o qeder çox isteyirem ki bunu etmek menim üçün çox asandı.Teşekkürler

--------------------
Dünya özünü təzə gəlin kimi göstərərək insanı aldadan,lakin həqiqətdə sehirbaz bir qarıdır.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 26
Cəmi: 56

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 48
Cəmi: 143
 
ραყιȥ
Xəbərləri: 45
Cəmi: 125
 
NIGAR
Xəbərləri: 39
Cəmi: 784
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 238
 
lamiye_2001
Xəbərləri: 26
Cəmi: 27
 
AyliN BunyaminovA
Xəbərləri: 22
Cəmi: 469
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 501
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}