Cənnətdə məhrəm və naməhrəm olacaq?

 
Cənnətdə məhrəm və naməhrəm olacaq?

1. Qadınlar təklikdə namaz qılarkən sübh, şam və işa
(1 və 2 ci rükət istisna olmaqla) namazlarını ucadan qıla bilərlər?
Təklikdə qıldıqda ucadan qıla bilərlər. Lakin yanında naməhrəm
olduqda namazlarını asta səslə qılsalar yaxşı olar.

2. Cənnətdə məhrəm və naməhrəm olacaq?
Əgər olacaqsa, hansı şəkildə olacaq? Və əgər olmayacaqsa, məhrəmlər bir-birləri ilə evlənə biləcəklər?
Cənnət nöqsansız insanların məkanıdır. Hərşeydən əvvəl oraya düşməyin
yollarını düşünmək lazımdır. Evlənməyə gəldikdə isə orada məskun
olan kəs bu və bu kimi haram və bəyənilməyən işləri ağlına belə gətirməyəcək.

Cənnətdə məhrəm və naməhrəm olacaq?

3. Mehriyənin miqdarı necə olur?
Meyriyənin müəyyən bir həddi olmur. Amma yaxşı olar ik, böyük mehriyələr
təyin olunmasın. Belə ki, hədislərdə mehriyəsi çox
olan qadınların ailə həyatının uğursuz olduğu qeyd olunur.

4. Mehriyənin növlərini açıqlardınız.
Mehriyənin üç növü var.1. Nikah bağlandığı zaman təyin olunan mehriyə - buna
«Mehril müsəmma» deyilir.2.Nikah zamanı təyin olunmayan və sonradan
tərəflər arasında mehriyə təyin olunarkən ürfdə təyin olunan miqdar buna
«Mehril misl» deyilir. 3. «Mehril-sünnə» -bu, Həzrət Fatimənin (ə) mehriyəsidir.
«Mehril-sünnə»nin miqdarı 200 misqal gümüşdür (1 misqal= 4 qr).

5. Nikah bağlandıqdan sonra cinsi yaxınlıqdan əvvəl ər
dünyasını dəyişdiyi təqdirdə qadın mehriyəsinin hamısını götürür, yoxsa yarısını?
Qeyd olunan halda qadın mehriyəsini bütövlükdə götürə bilər.
Bu hökm həmçinin qadın dünyasını dəyişdiyi zaman da eynilə icra olunur.

Cənnətdə məhrəm və naməhrəm olacaq?

6. Müsəlman qadını əlcəklə naməhrəm kişilərlə
görüşə bilərmi? Zəruri olmadığı halda bu işi tərk etmək daha yaxşı olar.

7. Vacib cinsi yaxınlıq deyildikdə nəzərdə nə tutulur?
Vacib cinsi yaxınlıq deyildikdə kişinin dörd ay ərzində bir
dəfə öz həyat yoldaşı ilə cinsi yaxınlıqda olması nəzərdə tutulur.

Cənnətdə məhrəm və naməhrəm olacaq?

8. İl boyu həftənin bazar ertəsi, bəziləri isə
cümə günləri oruc tuturlar. Bunlardan hansı məqbul və düzgündür?
Hər iki gündə oruc tutmağın böyük savabı var. İxlasla yerinə
yetirilən hər bir əməl İnşallah Allah tərəfindən qəbul olunar.

9. Kəbin kəsdirib sonra onu necə pozmaq olar?
Kəbinin pozulmasına «talaq» deyilir. Əgər talaqı başqa birisi verirsə, hər iki
tərəfin şəraitini nəzərdən keçirməli və bundan sonra belə bir ağır
məsuliyyətin altına girməlidir. Yox əgər tərəflər özləri talaq vermək
istəsələr, bunu şəriət kitablarında qeyd olunan şərtlər əsasında həyata keçirə bilərlər.

10. Gündə 3 dəfə namaz qılmaq düzgündür? Günah sayılmır?
Bunun özü yanlış fikirdir. Bəzən namaz 3 dəfə deyil, üç vaxta qılınır.
Yəni zöhr və əsr namazları, şam və işa namazlarının da bir yerdə
qılınmasına icazə verilir. Bunu Peyğəmbərin (s) həyatında da müşahidə etmək olar.

Cənnətdə məhrəm və naməhrəm olacaq?

11. Dəstəmaz alarkən saçın dibi də islanmalıdır?
Onun yaş olması vacibdir? Qüsl verərkən su sağ çiyinə töküləndə sağ ayağı qaldırmaq lazımdır?
Saçı seyrək olan və başının dərisi görünən şəxslər dəstəmaz alarkən
suyun başın dərisinə çatmasına diqqət yetirməlidirlər. Saçı çox olan və
başının dərisi görünməyən şəxslərə isə bu, vacib deyil.
Qadınlar dəstəmaz alarkən başlarının ortasına məsh çəksələr kifəyət edər.

12. Çıldaq ziyarətgahının nə dərəcədə etibarı var?
Oradan şəfa məqsədilə istifadə etmək olar?
Çıldaq müalicə üsulunun dinlə heç bir əlaqəsi yoxdur.
Burada qədim ənənələr üsulu ilə qorxu aradan götürülür. Müsbət təsir
göstərdiyi halda oradan müalicə məqsədilə istifadə etmək olar.

Cənnətdə məhrəm və naməhrəm olacaq?


Geri dön

Prank girl

  • 11 sentyabr 2011 22:45
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
Sitat: R.M_FaNaTka
super maraqli ve gozel xeberdi tesekkurler


--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

alisa

  • 11 sentyabr 2011 20:54
  • Məqalə: 0
  • Şərh: 190
  • Bal:
{awards}
maraqlidi meni de cildaga aparmisdilar

--------------------
Imza atamiyok diye kucumsemeyin biz de gerektiyi yere parmak basariz:)

Ay Üzlü

  • 11 sentyabr 2011 20:11
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
coxunu bilirdim cox sag olun deyerli xeber ucun

R.M_FaNaTka

  • 11 sentyabr 2011 20:00
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
super maraqli ve gozel xeberdi tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 37
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}