Quranda tevhid və peyğəmbərə itaət

 
Quranda tevhid və peyğəmbərə itaət

Allah Təala Qurani-Kərimdə buyurur:

"İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutaraq, onları da Allahı sevən kimi sevərlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür.Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin yalnız Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər.
(Bəqərə-165).

"Allah hər şeyin xaliqidir.O hər şeyin üzərində vəkildir.Göylərin və yerin açarları Ondadır. Məhz Allahın ayələrini inkar edənlər ziyana uğrayanlardır. De:"Ey cahillər! mənə Allahdan qeyrisinə ibadət etməyimi əmr edirsiniz?" Sənə və səndən əvvəlkilərə belə vəhiy olunmuşdur: "Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan.Sən yalnız Allaha ibadət et və şükür edənlərdən ol."
(Zumər-62-66).

De:"Ey kitab əhli!Bizim və sizin aranızda olan eyni bir kəliməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək,Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir- birimizi ilahiləşdirməyək." Əgər onlar üz döndərsələr, deyin:"Şahid olun ki, biz müsəlmanlarıq."
(Ali-Imran-64 )

Quranda tevhid və peyğəmbərə itaət

Sonra onlarAllaha- onların həqiqi himəyadarına qaytarılacaqlar.Höküm yalnız Ona məxsusdur və O ən tez haqq- hesab çəkəndir.De:"Acizanə və gizlincə:"Əgər bizi bundan qurtarsan, əllbəttə ki,şükür edənlərdən olarıq" deyə yalvardığınız zaman sizi qurunun və dənizin zülmətindən qurtaran kimdir?De: ondan və bütün başqa sıxıntılardan sizi Allah qurtarır.Sonra siz (yenə də) şərik qoşursunuz"
(Ənam-62-64).

Allahın elçisi sizlərə-Allaha və axirət gününə ümidini
bağlayanlara və Allahı çox zikir edənlərə gözəl nümunədir.
(Əhzab-21).

Kafir olub ayələrimizi və axirətə düşəcəklərini yalan sayanlar isə əzaba düçar ediləcəklər.Odur ki, axşama çatanda və səhərə çıxanda Allahın şəninə təriflər deyin.Göylərdə və yerdə həmd-tərif Ona məxsusdur.Axşama da günortaya yetişəndə də(Onun şəninə təriflər deyin).
(Rum- 16-18).

Onlara:"Allahın nazil etdiyinə tabe olun! deyildikdə,onlar:"Xeyir, biz atalarımızın tutduğu yolu tutacağıq"deyirlər.Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə?
(Bəqərə-171).

Quranda tevhid və peyğəmbərə itaət

(Ey Muhemmed) De:”Əgər siz Allahı sveirsinizsə,mənə tabe olun ki,Allah da sizi sevsin və günahlarınızı bağışlasın.Allah bağışlayandır,rəhimlidir.”De;”Allaha və peyğəmbərə itaət edin.”əgər uz döndərəllərsə,şübhəsiz ki, Allah kafirləri sevməz.”
(Ali-İmran-31-32).

”Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (günahları) isə dilədiyi kimsəyə bağışlayar.Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur.”
( Nisa-48).

”Həqiqətən göylərin və yerin mülki (hökümdarlığı) Allaha məxsusdur.O həm dirildir, həm də öldürür.Sizin Allahdan başqa nə bir himəyadarınız, nə də bir köməkçiniz vardır.”
(Tövbə-116).

”Onlar Allahı qoyub baş keşişlərini və rahiblərini, bir də Məriyəm oğlu İsanı tanrılar qəbul etdilər.Halbuki onlara ancaq tək olan İlaha ibadət etmək əmr olunmuşdur.Ondan başqa tanrı yoxdur.O bunların şərik qoşduqlarından uzaqdır.”
(Tövbə-31).

Quranda tevhid və peyğəmbərə itaət

”Bilin ki, göylərdə və yerdə olanların hamısı Allahındır.Allahı qoyub başqa şəriklərə yalvaranlar nəyin ardınca gedirlər! Onlar yalnız zənnə uyur və ancaq yalan uydururlar.
(Yunus-66 ).

De:”Mən göyləri və yeri yaradan Allahdan başqasınımı dost tutacağam? O(hamını) yedirir, Özünü isə heç kəs yedirtmir”.De: Mənə Allaha təslim olanların birincisi olmaq əmr edilmişdir. Elə isə müşrüklərdən olma.
(Ənam-14).

Rabbinizdən sizə nazil edilənə tabe olun. Onu qoyub başqa dostlara
uymayın.Siz necə də az öyüd-nəsihət dinləyirsiniz.
(Əraf-3).

Allahdan savayı çağırdıqlarınız da sizin kimi qullardır.
Əgər doğru deyirdinizsə çağırın onları, sizə cavab versinlər.
(Əraf-194).

Quranda tevhid və peyğəmbərə itaət

Onlar Allahı qoyub nə bir zərər, nə də bir fayda verə bilənlərə ibadət edir və:”Onlar Allahın dərgahında bizim şəfaətçilərimizdir!” deyirlər.De: Yoxsa Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?(Allah) onların qoşduqları şəriklərdən uzaqdır və ucadır.
(Yunus-18).

Göylərdə və yerdə nə varsa, Onundur.Din də daim Ona
məxsusdur.Siz Allahı qoyub başqalarındanmı qorxursunuz?
(Nəhil-52).

Allaha və Onun elçisinə itaət edənlər,Allahdan qorxub
çəkinənlər-məhz onlar uğur qazananlardır.
(Nur-52).

De:Allaha və peyğembərə itaət edin.Əgər üz çevirsəniz(bilin ki,) o ancaq özünə həvalə edilənlərə cavabdehdir,siz də ancaq özünüzə həvalə edilənə cavabdehsiniz.Əgər ona itaət etsəniz, doğru yola yönəlmiş olarsınız.Peyğəmbərin öhdəsinə düşən isə ancaq açıq-aşkar təbliğ etməkdir.
(Nur-54).

Quranda tevhid və peyğəmbərə itaət

Namaz qılın,zəkat verin və Peyğəmbərə itaət edin ki,sizə rəhim olunsun.(Nur-56).Rəbbin hüzuruna toplanacaqlarından qorxanları xəbərdar et ki, Allahdan başqa onların nə bir hamisi, nə də bir havadarı vardır.Bəlkə çəkinsinlər.
(Ənam-51).

Quranı anlamasınlar deyə,biz onların qəlbinə örtüklər çəkdik,qulaqlarına da tıxac vurduq.Sən Quranda Rəbbinin tək olduğunu andığın zaman onlar(bu dəvətə) nifrət edərək arxalarını çevrib gedərlər.
(İsra-46).

Doğrusu, əsil din yalnız Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: Biz onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırdığına görə ibadət edirik- (deyirlər).Əllbəttə ki, Allah ixtilafa düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir.Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz.
(Zumər-3).

Yoxsa onlar Allahdan qeyrilərini özlərinə şəfaətçi etdilər? De: Əgər onlar heç bir şeyə malik deyillərsə və heç bir şey anlamırlarsa bəs necə olsun?De: Şəfaət bütünlüklə Allaha məxsusdur.Göylərin və yerin hökümdarlığı da Ona məxsusdur.Sonra siz Ona qaytarılacaqsınız.Allah vahid bir tanrı kimi xatırlandığı zaman Axirətə inanmayanların qəlbini nifrət bürüyür.Ondan qeyriləri xatırlandığı zaman isə onlar sevinirlər.De:Ey göyləri və yeri yaradan, qeybi və aşkarı bilən Allahım! Qullarının arasında baş verən ixtilaflarla bağlı hökmü yalnız Sən verəcəksən!
(zumər-43-45).

Kafirlərin xoşuna gəlməsə də, dini məhz Allaha aid edib, Ona dua edin!
(Ğafir-14).

Quranda tevhid və peyğəmbərə itaət

Kim peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar, kim üz
çevirərsə (bil ki,) Biz səni onlara gözətçi göndərmədik.
(Nisa-80).

Möminləri qoyub kafirləri dost tutanlar gücü və əzəməti
onlardamı arayırlar?Halbu ki, qevvət və əzəmət tamamilə Allaha məxsusdur.
(Nisa-139).

Olmaya kafirlər Məni qoyub qullarımı özlərinə dost tutacaqlarınımı güman edirdilər? Həqiqətən Biz Cəhhənnəmi kafirlər üçün mənzil hazırlamışıq.
(Kəhf-102).

Bu belədir.Çünki Allah haqdır.Ondan başqa yalvardıqları isə batildir.Həqiqətən, Allah ucadır, böyükdür.
(Həcc-62).

O kəslər ki, əmanətlərini və vədlərini qoruyarlar, o kəslər ki, namazlarını öz vaxtlarında qılarlar, məhz onlardır varis olanlar. Firdovs Cənnətinə varis olanlar, orada əbədi qalanlar.
(Muminin-8-11).

Quranda tevhid və peyğəmbərə itaət

Həqiqətən Rabbinin qorxusundan əsim-əsim əsənlər,Rabbinin ayələrinə iman gətirənlər, Rabbinə şərik qoşmayanlar, Rabblərinə qayıdacaqlar deyə yerinə yetirməli oldularını qəlbi qorxa-qorxa yerinə yetirənlər-Məhz onlar yaxşı işlərdə öndə gedərlər.
(Muminin-57-60).

Munafiqlər Allahı aldatmağa çalışırlar.Halbuki (Allah) onları aldadır.Onlar namaza durarkən təmbəl qalxar, özlərini caamata göstərər və Allahı olduqca az yad edərlər.
(Nisa-142).

Allahı qoyub, sənə nə bir fayda, nə bir zərər verə biləməyən
şeylərə yalvarma.Əgər belə etsən,sözsüz ki, zalımlardan olarsan.
(Yunus-106).

Onlar(əvvəlki nəsillər) bir ümmət idilər ki, gəlib getdi.Onların qazandıqları özlərinə, sizin qazandıqlarınız özünüzə aiddir.Siz onların etdikləri barəsində sorğu-sual olunmayacaqsınız.
(Bəqərə-141).

Quranda tevhid və peyğəmbərə itaət

Məgər bilmirdilər ki,Allaha və Onun Elcisinə qarşı çıxanlar üçün
içində əbədi qalacaqları Cəhənnəm odu vardır? Bu isə böyük rüsvayçılıqdır.
(Tövbə-63).

"...Onların çoxu ancaq şərik gətirərək iman gətirir.Məgər onlar Allahın (hər şeyi) bürüyəcək əzabının onları qaplamayacağına və ya özləri hiss etmədən o Saatın onlara qəflətən gəlməyəcəyinə əmindilərmi?
(Yusif-105-107).

Doğru danışırsınızsa, deyin görüm,əgər sizə Allahın əzabı gəlsə və ya həmin Saat sizi haqlayarsa,Allahdan başqasınımı çağıracaqsınız? Xeyir siz yalnız Onu çağıracaqsınız...
(Ənam-40-41)

Ey iman gətirənlər! Sizdən hər kəs dinindən(İslamdan) dönərsə,(bilin ki)Allah (onun yerinə) elə bir tayfa gətirər ki,(Allah) onları,onlar da (Allahı) sevərlər.Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olarlar, Allah yolunda vuruşarlar, heç kəsin tənəsindən qorxmazlar...
(Maidə-54).

"Onlar(cənnət əhli)Cənnət bağlarında bir-birindən soruşacaqlar-günahkarlar barəsində.Sizi Səqərə(Cəhənnəmə) salan nədir? Onlar deyəcəklər:"Biz namaz qılanlardan deyildik."
(Muddəsir-40-43).


Geri dön

MuCaHiD_313

  • 18 sentyabr 2011 00:47
  • Məqalə: 4
  • Şərh: 54
  • Bal:
İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər (özlərinə) zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün (qüvvət və) qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olacağını bilərdilər.


O zaman tabe olunmuşlar (bütpərəstlərin rəisləri) tabe olanlardan (bütpərəstlərdən) uzaqlaşacaq, (onların hamısı qiyamətdəki) əzabı görəcək və aralarındakı rabitə qırılacaqdır.


O zaman (bütpərəstlərə) tabe olanlar: “Əgər bir də (dünyaya) qayıda bilsəydik, onlar bizdən uzaqlaşdıqları kimi biz də onlardan uzaqlaşardıq”, - deyərlər. Beləcə (qiyamətdə) Allah onların əməllərinin yalnız həsrətdən (peşmançılıqdan) ibarət olduğunu göstərər və onlar cəhənnəm odundan çıxa bilməzlər.


Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, o (Şeytan) sizinlə açıq-açığına düşməndir.


O sizə ancaq pis və murdar (həyasız) işlər görməyi və Allaha qarşı bilmədiklərinizi deməyi əmr edər.
((((El-beqere 165-166-167-168-169))Ayeler

Allahin yer uzerinde imam teyin etdiyi (yeni hocceti hz imam eli (e) vilayeti haqqinda nazil olan aye Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər.bu aye her ikii mezheb ehli sunne ve sie mezhebine gore hz imam eli eliyhissalam haqqinda nazil olan ayedir bir gun peygember mescidinde cammat namazi qilinarken yoxsul qoca mescidde daxil olub uc defe yardim istedi cammat ona fikir vermiyende elini duaya qaldirib bele dedi ilahi sahid ol peygemberivin mescidinde komek istedim hec kim elemedi hz ali (e) barmagini ona uzadaraq o da hezretin barmagindan uzuyu cixartdi Allah ele hemin an aye nazil eledi bunun hz eli haqqinda nazil olmasini ehli sunne mezhebinin alimleri (Zemex$eri ke$$af ve imam fexri razi ve.s coxh alimler tesdiqliyibler


Allahin yer uzerinde imam teyin etdiyi (yeni hocceti hz imam eli (e) vilayeti haqqinda nazil olan aye Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlə(((maide-55-ayer.bu aye her ikii mezheb ehli sunne ve sie mezhebine gore hz imam eli eliyhissalam haqqinda nazil olan ayedir bir gun peygember mescidinde cammat namazi qilinarken yoxsul qoca mescidde daxil olub uc defe yardim istedi cammat ona fikir vermiyende elini duaya qaldirib bele dedi ilahi sahid ol peygemberivin mescidinde komek istedim hec kim elemedi hz ali (e) barmagini ona uzadaraq o da hezretin barmagindan uzuyu cixartdi Allah ele hemin an aye nazil eledi bunun hz eli haqqinda nazil olmasini ehli sunne mezhebinin alimleri (Zemex$eri ke$$af ve imam fexri razi ve.s coxh alimler tesdiqliyibler

Allahin yer uzerinde imam teyin etdiyi (yeni hocceti hz imam eli (e) vilayeti haqqinda nazil olan aye Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlə(((maide-55-ayer.bu aye her ikii mezheb ehli sunne ve sie mezhebine gore hz imam eli eliyhissalam haqqinda nazil olan ayedir bir gun peygember mescidinde cammat namazi qilinarken yoxsul qoca mescidde daxil olub uc defe yardim istedi cammat ona fikir vermiyende elini duaya qaldirib bele dedi ilahi sahid ol peygemberivin mescidinde komek istedim hec kim elemedi hz ali (e) barmagini ona uzadaraq o da hezretin barmagindan uzuyu cixartdi Allah ele hemin an aye nazil eledi bunun hz eli haqqinda nazil olmasini ehli sunne mezhebinin alimleri (Zemex$eri ke$$af ve imam fexri razi ve.s coxh alimler tesdiqliyibler

--------------------
Allahummə inna nərğəbu iləykə fi dovlətin kəriməh, tuizzu bihəl-islamə və əhləh və tuzillu bihəl kufrə və əhləh və təc᾽əluna fiyha minəd-duati ila taətikə vəl-qadəti ila səbiylik. Və tərzuquna biha kəramətəd-dünya vəl axirəh.

sevgi meleyim

  • 12 sentyabr 2011 18:39
  • Məqalə: 25
  • Şərh: 1595
  • Bal:
{awards}
tewekkurler xebere gore

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

alisa

  • 11 sentyabr 2011 21:01
  • Məqalə: 0
  • Şərh: 188
  • Bal:
{awards}
cooox gozel movzudu

--------------------
Imza atamiyok diye kucumsemeyin biz de gerektiyi yere parmak basariz:)

Ay Üzlü

  • 11 sentyabr 2011 20:13
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
[b]
Allah razi olsun
[/b]

R.M_FaNaTka

  • 11 sentyabr 2011 20:01
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
super maraqli ve gozel xeberdi tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 38
Cəmi: 56

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 628
 
MiSS HaPPy)
Xəbərləri: 38
Cəmi: 69
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 34
Cəmi: 48
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 141
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}