Yemək

 
Yemək

Yemək

63. Yemək.
247. Allahın Peyğəmbəri (s): «Az yeyən şəxsin mədəsi sağlam qalar və o, qəlb saflığı tapar. Çox yeyən şəxsin mədəsi isə xəstə olar və qəlbi bərkiyər.» (Tənbihul-Xəvatir, c.1, səh.46)

248. İmam Əli (ə): «Az yemək bir növ pəhrizkarlıq, çox yemək isə bir növ israf və həddi aşmaqdır.» (Müstədrəkul-Vəsail, c.16, səh.213, hədis 19634)


64. Çox yemək.
249. Allahın Peyğəmbəri(s): «İnsan qarnından pis qab doldurmayıb.» (Tənbihul-Xəvatir, c.1, səh.100)

250. Allahın Peyğəmbəri(s): «Qarnını dolduran şəxs göylərin və yerin ruhlar aləminə daxil olmaz.» (Tənbihul-Xəvatir, c.1, səh.100)

251. Allahın Peyğəmbəri (s): «Çox yeməkdən çəkinin ki, o qəlbi bərkidər, bədən üzvlərini Allahın itaətində tənbəlləşdirər və himmətləri öyüd-nəsihət eşitməkdə kar edər.» (Biharul-Ənvar, c.77, səh.182, hədis 10.)

252. İmam Əli (ə): «Yeməyi çox olanın sağlamlığı az olar və dolanışıq yükü çiyinlərinə ağırlıq edər.» (Ğurərul-Hikəm, hədis 8903)

253. İmam Əli (ə): «Aclıqla xəstəlik bir yerə sığışmaz.» (Müstədrəkul-Vəsail, c.16, səh.222, hədis19652)

254. İmam Sadiq (ə): «Möminin qəlbi üçün çox yeməkdən ziyanlı bir şey yoxdur. Çox yemək iki şeyə səbəb olar: daşürəkliliyə və şəhvətin oyanmasına.» (Müstədrəkul-Vəsail, c.12, səh.94, hədis 13615)

Yemək

65. Çox yeməyin ziyanları.
255. İmam Əli (ə): «Zehnin itiliyi ilə çox yemək bir yerə sığışmaz.» (Müstədrəkul-Vəsail, c.16, səh.222, hədis 19652)

256. İmam Əli (ə): «Qarın halal yeməklərlə dolu olsa belə, qəlb xeyir və məsləhətli şeyləri görməkdə kor olar.» (Ğurərul-Hikəm, hədis 4139)

257. İmam Əli (ə): «Toxluq pəhrizkarlığı kor edər.» (Ğurərul-Hikəm, hədis 659)

258. İmam Əli (ə): «Toxluq günahlar üçün necə də yaxşı yoldaşdır.» (Ğurərul-Hikəm, hədis 9922)


66. Aclıq.
259. Allahın Peyğəmbəri(s): «Xoş o adamın halına ki, qarnı yeməkdən boşdur, aclıq çəkir və səbr edir. Belələri Qiyamət günü tox olacaq kimsələrdir.» (Biharul-Ənvar, c.75, səh.462, hədis 17)

260. Müstədrəkul-vəsail: «Me’rac hədisində deyilir: Həzrət Peyğəmbər (s) buyurub: «Pərvərdigara! Aclığın səmərəsi nədir?»
Allah-taala buyurub: «Hikmət, qəlbin qorunması, Mənə yaxınlaşmaq, həmişəlik hüzn, camaata az zəhmət vermək, haqqı demək və asan və ya çətin yaşamaqdan qorxmamaq.» (Biharul-Ənvar, c.77, səh.22, hədis 6)

261. İmam Əli (ə): «Nəfsi cilovlamaq və adətləri pozmaq üçün aclıq necə də gözəl yoldaşdır.» (Müstədrəkul-Vəsail, c.16, səh.214, hədis 19634)

262. İmam Hadi (ə): «Gecə oyaq qalmaq yuxunu ürəyə yatan edir, aclıq isə yeməyi ləzzətli edir.» (Biharul-Ənvar, c.78, səh.369, hədis 4)

Yemək

67. Yeməyin miqdarı.
263. Allahın Peyğəmbəri (s): «Yeməyi iştahan olanda ye və hələ iştahan varkən yeməkdən əl götür.» (Biharul-Ənvar, c.62, səh.290)

264. İmam Rza (ə): «Kim sağlam, həmçinin arıq və çevik bədən sahibi olmaq istəyirsə axşam yeməyini azaltsın.» (Biharul-Ənvar, c.62, səh.324)


68. Süfrə qaydaları.
265. Allahın Peyğəmbəri(s): «Kim başqasının gözü qabağında yemək yesə və həmin şəxsi yeməyinə şərik etməsə, dərmanı olmayan bir dərdə düçar olar.» (Tənbihul-Xəvatir, c.1, səh.47.)

266. Allahın Peyğəmbəri(s): «Mömin öz ailəsinin istəyi ilə yemək yeyir, münafiqin ailəsi isə onun istəyi ilə yeyir.» (Biharul-Ənvar, c.62, səh.291)

267. İmam Əli (ə): «Kim yemək yeməyə və ya su içməyə başlayanda Allahın adını dilinə gətirsə və sonda Allaha şükr etsə, həmin yemək neməti barəsində ondan heç vaxt sual soruşulmaz.» (Vəsailuş-Şiə, c.16, səh.484, hədis 5)

268. İmam Əli (ə): «Yeməyinizi duzla başlayın. Çünki əgər camaat duzun faydalarının nə olmasını bilsəydi, onu təcrübədən keçmiş zərdabdan üstün tutardı.» (Vəsailuş-Şiə, c.16, səh.520, hədis 3)

269. İmam Əli (ə): «İsti yeməyi soyudun. Çünki Peyğəmbərin (s). qabağına isti yemək qoyulduqda o
Həzrət buyurdu: Qoyun soyusun, Allah bizə od yedizdirmir, bərəkət soyuq yeməkdədir.» (əl-Kafi, c.6, səh.321, hədis 1)

270. İmam Həsən (ə):
«Süfrənin on iki qaydası var ki, hər bir müsəlman onları bilməlidir: Onların dördü vacib, dördü sünnə (müstəhəbb) dördü isə ədəbə riayət etməkdir.
Vacib olan dördü: mərifət, razılıq, Allahın adını dilə gətirmək və şükr etmək;
sünnə olan dördü: yeməkdən əvvəl əlləri yumaq, bədənin sol tərəfi üstündə oturmaq,üç barmaqla yemək və barmaqları yalamaq; ədəbə görə olanlar isə - qarşında olanı yemək, tikəni kiçik götürmək, yeməyi yaxşı çeynəmək və camaatın üzünə az baxmaqdan ibarətdir.» (Vəsailuş-Şiə, c.16, səh.539, hədis 1)

271. İmam Sadiq (ə): «Kim yeməkdən əvvəl və sonra əllərini yusa həmin yeməyin əvvəlində və axırında ona bərəkət verilər və nə qədər ki, sağdır rifah halında yaşayar və cismani xəstəlikdən amanda qalar.» (əl-Məhəccətul-bəyza, c.3, səh. 6)

272. İmam Sadiq (ə) Peyğəmbərin (s) qadağan etdiyi şeylər barəsində atalarından nəql etdiyi hədisində: «Peyğəmbər yeməyi və ya içməli şeyi üfürməkdən çəkindirib.» (Vəsailuş-Şiə, c.16, səh.518, hədis 1)

273. İmam Sadiq (ə): «Qablarınızı qapaqsız qoymayın. Çünki qabların ağzı örtülü olmayanda şeytan onlara ağız suyu atır və onların içindən istədiyini götürür.» (Müstədrəkul-Vəsail, c.8, səh.295, hədis 9485)

274. «Küçədə-bazarda (bir şey) yeyən İmamKazimdən (ə) alçaq adam barəsində sual soruşduqda o Həzrət buyurd
u: Küçədə -bazarda (bir şey) yeyen adam.» (Vəsailuş-Şiə, c.116, səh.510, hədis 1).

275. əl-İxtisas: «Nəql edilib ki: Süfrədə oturmağı uzadın. Çünki həmin müddət sizin ömrünüzdən hesab edilmir.» (əl-İxtisas, səh. 253)

Yemək


Geri dön

Ay Üzlü

  • 11 sentyabr 2011 19:36
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
insan gerek sufreden yari tox dursun
deyerli xeber ucun cox sag olun

Prank girl

  • 11 sentyabr 2011 17:18
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
248. İmam Əli (ə): «Az yemək bir növ pəhrizkarlıq, çox yemək isə bir növ israf və həddi aşmaqdır.» (Müstədrəkul-Vəsail, c.16, səh.213, hədis 19634)

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Zaurcik2011

  • 11 sentyabr 2011 16:47
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
Dogurdanda faydali xeberdi.Allah razi olsun............''Yemek ucun yasama,yasamaq ucun ye'' ''Az yemek ustaliq,cox yemek xestelikdir''''...............
buda menden.............

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

sevgimden_utaniram

  • 11 sentyabr 2011 15:50
  • Məqalə: 44
  • Şərh: 617
  • Bal:
{awards}
allah razi olsun twk edirem

--------------------
Sen yoxsan bu heyat menasiz mene,
Açilan seherler qaraliq zülmet.
Dostlarda tesseli olmayir mene,
Qalmişam sevgilim men sene hesret .

Мой Мир

  • 11 sentyabr 2011 15:44
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
allah razi olsun twk edirem

--------------------
∞♥

devyjones

  • 11 sentyabr 2011 15:32
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
{awards}
İmam Əli:Çox Yeməklə Sağlamlığ,Bir Araya Sığmaz: İnsan Qarnı ac olarsa dahada Allaha yaxın olursan.Təşəkkürlər Xəbərə görə!!

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

Delya_91

  • 11 sentyabr 2011 15:25
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Allah razi olsun sizden

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

music_angel

  • 11 sentyabr 2011 15:22
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Alah razio lsun bacis ellerine saglik

--------------------

Emo_Girl95

  • 11 sentyabr 2011 15:19
  • Məqalə: 2
  • Şərh: 36
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
:::ღ Kötüler sevilmezz .. Ve bende sevilmedim ღ:::…
…:::ღ Adamına göre olamadığım için midir ? ღ:::…
…:::ღ Yalakalığı benimseyenler sevilsinღ :::…
…:::ღ Ben buyum kimseye ihtiyacım da Y-o-K !ღ :::…
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 35
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 411
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}