Indi Anladım

 
Indi Anladım

Bu qədər zaman mənə izah etməyə çalışdığını, özümü tapdığımda anladım. Hər kəsin xoşbəxt olmaq üçün başqa bir yolu varmış, Öz yolumu çəkdiyimdə anladım.. Bir tək yaşanaraq öyrənilərmiş həyat, oxuyaraq, dinləyərək deyil.. Bildiklərini mənə niyə izah etmədiyini, anladım..

Ürəyində eşq olmadan keçən hər gün itkinmiş, Eşq arxasından niyə qaçdığını anladım.. Ağrı zirvəyə çatdığında göz yaşı gəlməzmiş gözlərdən, Niyə heç ağlamadığını anladım... Ağlayanı güldürə bilmək, ağlayanla ağlamaqdan daha qiymətliymiş, Gözyaşımı gülüşə çevirdiyində anladım.

Indi Anladım

Bir insanı hər hansı biri incidə bilər, amma bir tək ən çox sevdiyi ağrıda bilərmiş, Çox ağrıtdığında anladım.. Lakin,dəyərmiş sevilən onun üçün tökülən hər damla gözyaşını, Gözyaşlarıyla birlikdə sevinclər tərk etdiyində anladım.. Yalan danışmamaq deyil, gerçəyi gizləməməkmiş bacarıq, Ürəyini əlimə qoyduğunda anladım.

"Sənə ehtiyacım var, gəl ! " deyə bilməkmiş güclü olmaq, Sənə "get" dediyimdə anladım.. Biri sənə "get" dediyində, "qalmaq istəyirəm" deyə bilməkmiş sevmək, Get dediklərində getdiyimdə anladım..

Indi Anladım

Sənə sevgim ərköyün bir uşaqmış, hər yıxıldığında için-için ağlayan, Böyüyüb mənə sıx sarıldığında anladım.. Üzr istəmək deyil, "bağışla məni" deyə qışqırmaq istəməkmiş peşman olmaq, Həqiqətən peşman olduğumda anladım.. Və qürur, itirənlərin, acizlərin maskasıymış, Sevgi dolu ürəklərin qüruru olmazmış, Ürəyimdə sevgi tapdığımda anladım..

Ölərcəsinə istəyən, gözləməz, yalnız ümid edərmiş bir gün bağışlanılmaği!!! Məni bağışlamanı ölərcəsinə istədiyimdə anladım...
Indi Anladım


Geri dön

Narka E-ZaDe

  • 11 sentyabr 2011 23:34
  • Məqalə: 404
  • Şərh: 4312
  • Bal:
menali yazi oldugunu anladimmm

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

RADUQA

  • 11 sentyabr 2011 19:56
  • Məqalə: 17
  • Şərh: 604
  • Bal:
{awards}
Bu sozlerin nece menali olduqunu anladim....TEWEKKURLER!!!

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

Melek Kiz

  • 11 sentyabr 2011 19:18
  • Məqalə: 150
  • Şərh: 8671
  • Bal:
{awards}
indi anladimki men cox her seye tez inanan insanam

Delya_91

  • 11 sentyabr 2011 19:08
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
Ölərcəsinə istəyən, gözləməz, yalnız ümid edərmiş bir gün bağışlanılmaği!!! Məni bağışlamanı ölərcəsinə istədiyimdə anladım...

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

Ay Üzlü

  • 11 sentyabr 2011 18:43
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
Sənə sevgim ərköyün bir uşaqmış, hər yıxıldığında için-için ağlayan, Böyüyüb mənə sıx sarıldığında anladım
cox gozeldi tewekkurler

_Yaxsiliq Meleyi_

  • 11 sentyabr 2011 18:29
  • Məqalə: 14
  • Şərh: 360
  • Bal:
{awards}
"Sənə ehtiyacım var, gəl ! " deyə bilməkmiş güclü olmaq, Sənə "get" dediyimdə anladım.. Biri sənə "get" dediyində, "qalmaq istəyirəm" deyə bilməkmiş sevmək, Get dediklərində getdiyimdə anladım..

--------------------
Dünya özünü təzə gəlin kimi göstərərək insanı aldadan,lakin həqiqətdə sehirbaz bir qarıdır.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 60
Cəmi: 70

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 52
Cəmi: 229
 
NIGAR
Xəbərləri: 47
Cəmi: 868
 
Limon qoxusu
Xəbərləri: 45
Cəmi: 69
 
Nergiz__Sirinova
Xəbərləri: 23
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 277
 
aytc.sza
Xəbərləri: 18
Cəmi: 21
 
Lmzade
Xəbərləri: 16
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}