Aldanmaq və qəflət

 
Aldanmaq və qəflət

Aldanmaq və qəflət

1398. Aldanmaq və xəbərsizliyin pislənilməsi.
4755. İmam Əli (ə): «Xoşa o kimsənin halına ki, öldürücü yalanlar onu öldürməmişdir.» (Ğurərul-Hikəm, hədis 5973)

4756. İmam Əli (ə): «Xəbərsizlik və yalanın məstliyi içkinin məstliyindən daha gec gedər.» (Ğurərul-Hikəm, hədis 5651)

4757. İmam Əli (ə): «Kim (dünyanın) ilğıma aldanarsa, onun (səadət) kəndirləri bir-birindən qopar.» (Ğurərul-Hikəm, hədis 9224)

4758. İmam Əli (ə): «Sizinlə möminin arasında qəflətdən pərdə var.» (Nəhcül-Bəlağə, hikmət 282)

4759. İmam Səccad (ə): «Nə çoxdur gününü eyş-işrətdə, yeyib içməkdə, gülməkdə keçirən və Allahın qəzəbinin bəlkə də onu bürüdüyünü və bu qəzəbə görə də, cəhənnəm oduna atılacağından xəbərsiz, aldanmış şəxs.» (Tuhəful-Uqul, səh.282)

4760. İmam Sadiq (ə): «Kim bu üç şeyə etimad edərsə, aldanar: olmayana və qeyri-mümkün şeyə inanan, etimad etmədiyi şeyə arxalanan və əldə edə bilməyəcəyinə tamah gözünü tikən.» (Tuhəful-Uqul , səh.319)

Aldanmaq və qəflət

1399. Allaha qarşı məğrurluq və Ona əbəs tamah salmaq.

Quran:
«Ey insan! Səni kərim olan Rəbbinə qarşı məğrur edən nədir? O Rəbbin ki, səni yoxdan yaratdı, düzəldib qaydaya saldı. Sənə istədiyi surəti verdi.» (İnfitar, ayə 6-8)

Hədis:
4761. İmam Əli (ə): «Ey Məsudun oğlu! Allaha qarşı məğrur olma və öz qorxmazlığına, elminə, əməlinə, yaxşılığına və ibadətinə aldanma.» (Məkarimul-Əxlaq, c.2 , səh.350, hədis2660)

4762. İmam Əli (ə): «Günahlardan amanda qalmağın amillərindən biri də budur ki, Allaha qarşı məğrur olmayın (və ona boş yerə tamah salmayın və özünüzü Onun əzabından amanda sanmayın).» (Tuhəful-Uqul , səh.150)

4763. İmam Əli (ə): «Bəndənin günah işlərdə israr edə-edə Allahdan bağışlanmasını arzulaması, Allaha qarşı məğrur olmaqdır.» (Tənbihul-Xəvatir, c.2, səh.72)

4764. İmam Əli (ə):
«Allahın yaxşılığı ilə az-az haqqın əzabına yaxınlaşan, günahlarının üstü örtüldüyünə görə məğrurlaşan və aldanan, (camaat tərəfindən) təriflənib təqdir olunduqlarına görə fitnə-fəsada düşənlər nə qədər də çoxdur!.» (Nəhcül-Bəlağə, hikmət116)

Aldanmaq və qəflət

1400. Dünyaya aldanmaq.
4765. İmam Əli (ə): «Dünyaya aldanmaqdan çəkinin. Çünki dünya yalandan insana verdiyi hər neməti və yaxşılığı həmişə geri alar və kim dünyaya ürək bağlayıb xoş olarsa, onu köçürər.» (Ğurərul-Hikəm, hədis 2562)

4766. İmam Əli (ə): «Nəfsin dünyaya ürək bağlaması ən böyük aldanışdır.» (Ğurərul-Hikəm, hədis 5650)


1401. Nəfsinə aldanmaq.
4767. İmam Əli (ə): «İzzətin səni aldatdı və bunun sonu sənin zəlilliyin olacaqdır. Belə isə öz çirkin əxlaqından qorx ki, bəlkə bu yolla hidayət olasan.» (Biharul-Ənvar, c.78, səh.83, hədis 86)

4768. İmam Əli (ə): «Hər kim nadan olsa, öz nəfsinə aldanar və bu günü dünənindən daha pis olar.» (Ğurərul-Hikəm, hədis 8744)

Aldanmaq və qəflət


Geri dön

Ay Üzlü

  • 11 sentyabr 2011 19:31
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
«Bəndənin günah işlərdə israr edə-edə Allahdan bağışlanmasını arzulaması, Allaha qarşı məğrur olmaqdır.»
cox sag olun

Delya_91

  • 11 sentyabr 2011 19:24
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
Allah razi olsun sizden

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

Prank girl

  • 11 sentyabr 2011 17:17
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
4759. İmam Səccad (ə): «Nə çoxdur gününü eyş-işrətdə, yeyib içməkdə, gülməkdə keçirən və Allahın qəzəbinin bəlkə də onu bürüdüyünü və bu qəzəbə görə də, cəhənnəm oduna atılacağından xəbərsiz, aldanmış şəxs.» (Tuhəful-Uqul, səh.282)

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Green_Black

  • 11 sentyabr 2011 16:39
  • Məqalə: 0
  • Şərh: 31
  • Bal:
{awards}
İmam Əli (ə): «Dünyaya aldanmaqdan çəkinin. Çünki dünya yalandan insana verdiyi hər neməti və yaxşılığı həmişə geri alar və kim dünyaya ürək bağlayıb xoş olarsa, onu köçürər.» (Ğurərul-Hikəm, hədis 2562)

sweaty

  • 11 sentyabr 2011 16:36
  • Məqalə: 0
  • Şərh: 130
  • Bal:
{awards}
xebere gore tskkr

FREE_YOUTH

  • 11 sentyabr 2011 16:08
  • Məqalə: 0
  • Şərh: 56
  • Bal:
{awards}
Allah bizleri weytan emelinnen uzaq elesin.
Allah razi olsun!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 84
Cəmi: 112

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 585
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 113
 
MiSS HaPPy)
Xəbərləri: 14
Cəmi: 26
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 675
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 11
 
Dəlishka
Xəbərləri: 4
Cəmi: 5
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
 
{slinks}