Ans-dən Turan İbrahimova cavab gəldi

 
Ans-dən Turan İbrahimova cavab gəldi

Teleaparıcı Turan (Samir) İbrahimovun ANS-dən qovulması barədə ötən saylarımızda məlumat vermişdik. Buna onun efirə yeni hazırlanan verilişi səbəb olub. Belə ki, Fazil Mustafa və Pənah Hüseyn ANS-in yeni tok-şou layihələrindən biri olan “Açıq söhbət”in studiyasında görüşərək “Azərbaycanda real müxalifət varmı” mövzusunda polemika aparıblar.

Məlumatlara görə, debat zamanı onların arasında dava düşüb. Baş tutmayan debatın ardınca aparıcı da dünən televiziyadan ayrılıb. Onun işdən çıxarılmasına səbəb kimi ANS rəhbərliyi ilə arasındakı mübahisə göstərilir. Artıq sözügedən verilişin yeni aparıcı ilə çəkilişləri həyata keçirilib. T.İbrahimovun yerinə Sevinc Osmanqızı verilişin çəkilişlərinə aparıcı kimi qatılıb.

T.İbrahimov “Yeni Müsavat”a açıqlamasında deyib ki, verilişin S.Osmanqızına verilməsi ondan xəbərsiz edilib. “Bunu altdan-altdan ediblər” deyən aparıcı özü də etiraf edib ki, debat zamanı öz iqtidaryönlü mövqeyini ortaya qoyub və telekanal rəhbərliyi də bundan razı qalmayıb: “Debat qızğın keçdi, kəskin polemikalar oldu, hətta Pənah Hüseyn mənim də üstümə qışqırdı. Sonradan bir-iki məsələ ilə bağlı mənim müdaxilələrim oldu, fikrimi bildirdim. Bu zaman Pənah Hüseynlə yenə mübahisə yarandı və rejissor otağından mənə təzyiq etdilər ki, mövqeyimi ortaya qoymayım. Ümumiyyətlə, verilişin efirə getməməsindən və olanlardan sonra mənə belə məlum oldu ki, baş verənlər Vahid Mustafayevi qıcıqlandırıb. Əvvəl dedilər ki, bu veriliş alınmadı, lazım olsa, yenidən çəkərik. Ancaq namərdcəsinə, altdan-altdan mənsiz yenidən veriliş hazırlamağa başladılar. Yəqin başqa planları var”.

Dünən bu iddialarla bağlı ANS rəhbərliyi ilə əlaqə saxlamağa cəhd göstərdik. ANS-in vitse prezidenti Mirşahin Ağayev telefon zənglərinə cavab vermədi. ANS sədrinin müavini Mais Məmmədov isə bizə açıqlamasında bildirdi ki, mövzu ilə bağlı sabah(bu gün-S.T) günorta açıqlama verə bilər: “Ayaqlarım ağrıyır, neçə gündür işə getmirəm. Araşdıraram, sizə məlumat verərəm”.

Bu arada biz də ANS-də adının çəkilməsini istəməyən işçilərindən mübahisə ilə bağlı məlumat aldıq. Mənbəmiz bildirdi ki, T.İbrahimovun telekanaldan uzaqlaşdırılmasının səbəbi sözügedən debat zamanı aparıcı və bir insan kimi etik normalara riayət etməməsi olub. Belə ki, qonaqlardan P.Hüseynin “sən bir aparıcı kimi tərəf tutursan” iradına “əcəb edirəm”, “sən danışma”, “sən dayan” kimi cavablar verməsi, tərbiyəsiz davranışlar sərgiləməsi telekanal rəhbərliyinin müdaxiləsi və kəskin etirazına səbəb olub. Rəhbərlik çəkiliş zamanı bir neçə dəfə T.İbrahimova qulaqcıq vasitəsilə xəbərdarlıq etsə də, bu, nəticə verməyib.

Mənbə onu da dedi ki, debat baş tutmamış sayıldığı üçün növbəti gün debat Sevinc Osmanqızının aparıcılığı ilə gerçəkləşdirilib. Həmin gün qonaqlar yenidən studiyaya gəlib, veriliş normal qaydada çəkilib. Hazırda montaj işləri tamamlanmadığı üçün ötən cümə günü yayımlanmasa da, bu həftənin cümə günü, saat 23.00-də “Açıq söhbət” yayımlanacaq.

Bu arada mənbə bildirdi ki, sözügedən layihə ilk gündən S.Osmanqızı üçün nəzərdə tutulub. T.İbrahimovla müqavilə də bu səbəbdən bağlanmayıb. Sadəcə, S.Osmanqızının gərgin iş qrafiki onu gerçəkləşdirməyə imkan vermədiyi üçün veriliş T.İbrahimova həvalə edilib. Amma onun ilk gündən siyasi debatı şou biznes, maqazin verilişlərinə bənzətmə cəhdi telekanal rəhbərliyinin təpkisi ilə nəticələnib və veriliş yenidən S.Osmanqızının aparıcılığına qaytarılıb.

Mövzunu araşdırarkən öyrəndik ki, 9 sentyabrda yayımlanan “İç xəbər” verilişində T.İbrahimovun işdən çıxarılmasının səbəbləri ilə bağlı açıqlama da yayımlanıb. ANS sədrinin köməkçisi Mais Məmmədovun adından “T.İbrahimov verilişdə qeyri-etik davranışına görə ANS-dən uzaqlaşdırılıb. Veriliş yeni aparıcı Sevinc Osmanqızı ilə davam edəcək” açıqlaması yayılıb.

Debatın iştirakçılarından Pənah Hüseyn də dedi ki, artıq ikinci veriliş çəkilib. Onun sözlərinə görə, T.İbrahimov ilk çəkilişdə tərəfli və qərəzli mövqe nümayiş etdirib: ”O ki qaldı, konkret onun siyasi mövqeyinə, bu, məni maraqlandırmır. Amma orada iştirakçılara qarşı hərəkətlərində etikaya zidd olub. O, mənim tərəf müqabilim deyil. Biz etiraz edib, verilişi tərk etmişik. ANS rəhbərliyi ölçü götürübsə, bu, onun öz işidir”.

P.Hüseyn dedi ki, T.İbrahimov verilişdə özünü normal apardığını iddia edə bilməz. Çünki ortada video faktlar və şahidlər var. Müsahibimizin sözlərinə görə, aparıcı orda verilişin müəllifi, iştirakçıları qəbul edən yer sahibi kimi davranmayıb: “İkinci veriliş normal oldu, aparıcı professional şəkildə debatı apardı. Hər hansı problem olmadı, rəvan keçdi”.

Müsahibimiz sonda onu da vurğuladı ki, ilk debatda F.Mustafa ilə aralarında insident yaşanması ilə bağlı mətbuatda yazılanlar həqiqəti əks etdirmir. Onun sözlərinə görə, bu, şişirdilib: “Biz səhəri gün yenidən çəkilişə getdik. Aramızda heç bir problem yoxdur. Bizim ANS rəhbərliyinə qarşı hansısa iddiamız yoxdur. Onların qəbul etdiyi qərarlara müdaxilə etmək istəmirik. Sadəcə ikinci dəfə o aparıcı ilə bir verilişə çıxmazdım və bunu da bildirmişdim”.


Geri dön

solmayan_gul

  • 14 sentyabr 2011 13:02
  • Məqalə: 0
  • Şərh: 279
  • Bal:
budaki ozunu ele yeke aparirki

--------------------
YENIDEN GELDIM BURAYA SALMLAYIRAM SIZLERIII

MIRKARIM

  • 13 sentyabr 2011 17:20
  • Məqalə: 0
  • Şərh: 46
  • Bal:
{awards}
xebere gora saqolun,maraqlidi indi T.Ibrahimov harda islayacak? sad

rebis18

  • 12 sentyabr 2011 22:08
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
cox edebsiz danisir. angry

Sirli Melek

  • 12 sentyabr 2011 11:04
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
o yaxşı aparıcıdı.
AMMA İNDİKİ ZAMANDA YALTAQ OLMAQ LAZIMDI.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

alisa

  • 11 sentyabr 2011 21:30
  • Məqalə: 0
  • Şərh: 190
  • Bal:
{awards}
ehhhh cox ozunnen razinin biridi ozude arsizdi adam sifetine baxanda eseblesir eeee tarakana oxsamis

--------------------
Imza atamiyok diye kucumsemeyin biz de gerektiyi yere parmak basariz:)

Prank girl

  • 11 sentyabr 2011 19:48
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
xebere gore tesekkur edirem amma bu mene o qeder de maraqli gelmir

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

HaYaliM

  • 11 sentyabr 2011 19:45
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
emeye hormet olaraq tesekkürler..amma sou biznesden hec ne mene maraqli deyil

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Ay Üzlü

  • 11 sentyabr 2011 19:42
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
xeber ucun sag olun

..:MeleK kiz:..

  • 11 sentyabr 2011 19:38
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
serhlerinizi gozleyirem fellow

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 26
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}