
Sevgi çətinliklərə söykənməkdir.
Sevgi ürəkdən davranmaqdır.
Sevgi şikayəti buraxmaqdir
Sevgi qanayan yaraya məlhəm olmaqdır.
Sevgi quruyan torpağa nəm olmaqdır.
Sevgi vəfalı xatırlamaqdır, axtarılmadan axtarmaqdır.
Sevgi göz yaşlarını paylaşmaqdır.
Sevgi dualarla görüşməkdir.
Yaxşı hislərlə barışmaqtır.
Ümidə qaçmaqdır.

Sevgi qəlb gözündən baxmaqdır, gözlərlə razılaşmaqdır.
Sevgi mən fikirini unutmaqdır.
Biz fikirini xatırlamaqdır.
Sevgi ürək atəşiylə yanmaqdır.
Şirin xəyallara açılmaqdır.
Sevgi qiymət bilməkdir.
Dəyər verməkdir.

Sevgi bezmədən gözləməkdir.
Sıxılmdan maraqlanmaqdır.
Sevgi sevən ürəyi incitməməkdir.
Səhvi xoş görməkdir.
Sevgi yarpaqsız ağacı yaşıllaşdırmaqdır.
Xəzanda güllər deməkdir.
Sevgi ürək burxulduğunda dərdləşməkdir.
Sevgi vüsalda da darıxmaqdır.
Hicranda da görməkdir.
Sözü, özü sevgi həyatdır.
Həyat isə bacarmaqdır.

Sevgi görüşmək demək deyil.
Sevgi əl-ələ tutmaq deyil.
Sevgi sevgililər günündə hədiyyə almaq deyil.
Sevəcəksə insan candan sevməli xəyanət etməməlidir sevgisinə.
Səni sevirəm sözünü diliylə deyil ürəyiylə qışqırmalıdır.
Nə olursa olsun sevgisinin arxasında dayanmalıdır bir
iki dadsız söz üzündən dərhal arxa çevirməməlidir sevgisinə.
Bütün kainatı sevək sevgimizə xəyanət etməyək.
Suya buraxılınca dərhal əriyib itən buz kimi olmasın sevgimiz.
Sevgi mübarizəyə dözməkdir
Yəni sevgi əxlaqsız simaya bürünüb ALLAHI unutmaq demək deyil.

Həqiqi sevən sevdiyinə ALLAHI xatırladandır.
Nə xoşbəxt bir-birini ALLAH üçün sevənlərə
Nə xoşbəxt sevərkən RƏBBİNİ unutmayanlara.
Nə xoşbəxt sevərkən. Şərəfindən uzaqlaşmayanlara.
Nə xoşbəxt sevərkən RƏBBİNİ unutmayan gənclərə