Möhtəkirlik

 
Möhtəkirlik

Möhtəkirlik

Möhtəkirlik (Möhtəkirlik – camaatın çox ehtiyacı olduğu məhsulu,
ya malı baha qiymətə satmaq məqsədi ilə toplayıb saxlamaq)

556. Möhtəkirlik
1680. Allahın Peyğəmbəri (s): «Xəyanətkarlardan başqa heç kəs möhtəkirlik etməz.» (Kənzul-Ummal, hədis 9738)

1681. Allahın Peyğəmbəri (s): «Günahkardan başqa kimsə möhtəkirliyə əl atmaz.» (Kənzul-Ummal, hədis 9723)

1682. İmam Əli (ə): «Möhtəkirlik məhrumiyyətə səbəb olar.» (Ğürərul-Hikəm, hədis 256)

1683. İmam Əli (ə):
«Möhtəkirlik yaramaz adamların xasiyyətidir.» (Ğürərul-Hikəm, hədis 607)

1684. İmam Əli (ə): «Möhtəkirlik alçaqlıqdır.» (Ğürərul-Hikəm, hədis 112)

1685. İmam Əli (ə): «Möhtəkirlik əziyyət miniyidir.» (əl-Kafi, c.8, səh.19, hədis4)

1686. İmam Əli (ə): «Möhtəkirlik üçün özünü əziyyətə atmaq səfehlərin xislətlərindəndir.» (əl-Kafi, c.8, səh.19, hədis4)

1687. İmam Əlinin (ə) Malik Əştəri Misirə vali təyin etdiyi fərmanından: «Bütün bunlarla yanaşı bil ki, onların çoxu- tacirlər və sənətkarlar- alverdə həddindən artıq amansızdırlar və xoşagəlməz xəsislikləri var. Onlar daha çox xeyir götürmək məqsədilə möhtəkirlik edər və onlara öz istədikləri kimi baha qiymət qoyarlar. Bu da xalq kütləsi üçün zərərli, rəhbərlər üçünsə eyb və rüsvayçılıqdır. Buna görə, möhtəkirliyin qarşısını al, çünki Allahın Rəsulu (s) onu qadağan etmişdir.» (Nəhcül-Baləğə, məktub 53)

1688. İmam Əli (ə): «Xalqa ziyan gətirən və qiymətləri qaldıran hər hansı möhtəkirlikdə xeyir-bərəkət yoxdur.» (Müstədrəkul-Vəsail, c.103, səh.274, hədis 15337)

1689. İmam Sadiq (ə): «Allah-taala (buğda...) dənənin neməti ilə öz bəndələrinə yaxşılıq etdi və biti onun bəlasına çevirdi. Əgər belə olmasaydı, başçılar onu da qızıl-gümüş kimi toplayardılar.» (Biharul-Ənvar, c.103, səh.87, hədis3)


557 Möhtəkir

1690. Allahın Peyğəmbəri (s): «Möhtəkir Allahın rəhmətindən uzaqdır.» (Biharul-Ənvar, c.62, səh. 292)

1691. Allahın Peyğəmbəri (s): «Bizim bazarda möhtəkirliyə əl atan, Allahın kitabını inkar edən kimidir.» (Kənzul-Ummal, hədis 9717)

1692. Allahın Peyğəmbəri (s): « Möhtəkir necə də pis bəndədir! Əgər Allah-taala qiymətləri aşağı salarsa o, qəmlənər və əgər qiymətləri qaldırarsa şadlanar.» (Kənzul-Ummal, hədis 9715)

1693. Allahın Peyğəmbəri (s): «Möhtəkirlərlə adam öldürənlər Cəhənnəmdə bir cərgədə və bir dərəcədədirlər.» (Kənzul-Ummal, hədis 9739)

1694. Allahın Peyğəmbəri (s): «Hər kəs qida məhsulunu bahalaşma ümidi ilə qırx gün saxlasa Allahdan bezar olmuşdur və Allah da ondan bezardır.» (Biharul-Ənvar, c.2, səh. 292)

1695. Allahın Peyğəmbəri (s): «Hər kəs qida məhsulunu alıb müsəlmanlara baha qiymətə satmaq üçün qırx gün saxlasa və qırx gündən sonra satıb onun bütün gəlirini sədəqə versə də, onun günahının kəffarəsi olmayacaq.» (Əmali-Tusi, səh.676 , hədis 1427)

1696. İmam Əli (ə): «Möhtəkir öz nemətindən məhrumdur.» (Ğürərul-Hikəm, hədis 465)

1697. İmam Əli (ə): «Xəsis möhtəkir eləsi üçün (varisə) yığır ki, ona təşəkkür etməyəcək və eləsinə (axirətdə Allaha tərəf) doğru gedir ki, onun üzrünü qəbul etməyəcək.» (Ğurərul-Hikəm, hədis 1842)

Möhtəkirlik



Geri dön

Emo_Girl95

  • 12 sentyabr 2011 10:07
  • Məqalə: 2
  • Şərh: 36
  • Bal:
Allah razi olsun

--------------------
:::ღ Kötüler sevilmezz .. Ve bende sevilmedim ღ:::…
…:::ღ Adamına göre olamadığım için midir ? ღ:::…
…:::ღ Yalakalığı benimseyenler sevilsinღ :::…
…:::ღ Ben buyum kimseye ihtiyacım da Y-o-K !ღ :::…

Inciciceyi

  • 12 sentyabr 2011 09:19
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun. Twkler deyerli yaziya gore

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

GlamouR_

  • 12 sentyabr 2011 01:30
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
{awards}
Allah razi olsun ....tewekkurler........

--------------------

Мой Мир

  • 12 sentyabr 2011 00:22
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
allah razi olsun twk emeye gore

--------------------
∞♥

_Yaxsiliq Meleyi_

  • 12 sentyabr 2011 00:12
  • Məqalə: 14
  • Şərh: 364
  • Bal:
{awards}
Alllah razı olsun

--------------------
Dünya özünü təzə gəlin kimi göstərərək insanı aldadan,lakin həqiqətdə sehirbaz bir qarıdır.

MuslimGirl

  • 12 sentyabr 2011 00:10
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Düzü, bu sözün tərcüməsini bilmirdim. Amma yaxşı ki, xəbəri oxuyub məlumatlandım. Demək olar ki, cari zamanda möhtəkərlik baş alıb gedir. ALLAH bizi belə insanlardan olmaqdan qorusun. AMİN!

Prank girl

  • 11 sentyabr 2011 23:38
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Ay Üzlü

  • 11 sentyabr 2011 23:31
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
«Xalqa ziyan gətirən və qiymətləri qaldıran hər hansı möhtəkirlikdə xeyir-bərəkət yoxdur.»
deyerli xeber ucun cox sag olun Allah razi olsun

Narka E-ZaDe

  • 11 sentyabr 2011 23:20
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN BACI !!!

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 41
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 447
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 31
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}