Ölüm Mələyi...

 
Ölüm Mələyi...

Ölüm Mələyi...

Ayə və rəvayətlərdən məlum olur ki,ruhların çıxarılmasında fərqlər mövcuddur. Mələklər müxtəlif insanlarla fərqli rəftar edirlər. Kimi ilə çox gözəl bir simada məhəbbətlə,kimi ilə qəzəb dolu çöhrə ilə rəftar edilir.
Ruhu çıxaran hansı formada olması barədə bir hədisi nəzərə salaq: Həzrət İbrahim xəlilullah (ə) ölüm mələyinə dedi: <<Günahkara göründüyün surətdə özünü mənə göstərərsənmi?>> Ölüm mələyi dedi: <<Səndə buna dözüm yoxdur>> Həzrət İbrahim buyurdu: <<Taqətim olar>> Ölum mələyi ərz etdi: <<Üzünü məndən çevir,sonra mənə bax>> Həzrət İbrahim,beləcə,üzünü çevirib sonra ölüm mələyinə nəzər saldı. Onun qarşısında qara çöhrəli,tükləri biz-biz dayanmış üfunətli qoxu verən,qara libaslar geyinmiş bir kişi dayanmışdı. Onun ağzından və burnunun iki dəliyindən tüstü çıxırdı,od dilimlənirdi,Həzrət İbrahim bu səhnəni görüb özündən getdi...
Bəs Həzrət İbrahimin (ə) qarşısında gözəl çöhrə ilə dayanmış ölüm mələyi necə oldu ki, çirkin bir sifətə düşdü? Deməliyik ki, mələklər mucərrəd,qeyri-maddi varlıqlardır. Maddə üçün zaman,məkan,həcm,forma kimi məhdudiyyətlər var. Mücərrəd varlıqlarda isə bu xüsusuyyətlərin heç biri yoxdur. Mələklər maddi olmadıqları üçün onlarda maddənin xüsusiyyətləri yoxdur. Onlar forma qəbul etmirlər. Əgər mələklər belədirsə,onların görünüşündən danışan rəvayətlər nəyə əsaslanır? Qeyd etməliyik ki,bütün bu xəbərlər <<təməssül>> babındandır. <<Təməssül>> isə <<təşəkkül>> dən fərqlənir. <<Mələyin insan surətinə təməssülü>> dedikdə,onun insan idrakı tutumunda surət almasıdır. Hansı ki,insanin idrak tutumunun fövqündə gerçəklik bambaşqadır. Mələyin insan formasına təməssülünün təşəkkülündən fərqi odur ki,təşəkküldə həm insan idrakında,həm də xaricində surət eyni olur.


Ölüm Mələyi...

QURANİ-KƏRİM Cəbrayılın (ə) həzrət Məryəmə (ə) gorunməsi haqqinda buyurur:
<<CƏBRAYİL MƏRYƏMƏ İNSAN SURƏTİNDƏ TƏMƏSSÜL ETDİ>> Bu,o deməkdir ki,Cəbrayıl (ə) həzrət Məryəmin (ə) idrakında bəşər surətində hiss olundu. Bu isə Cəbrayılın,həqiqətən,insan şəklinə düşməsi deyil. Məryəmə insan surətində görünən Cəbrayıl,həqiqətəndə başqa halda idi. <<Təməssül>> dedikdə,bir şeyin insana maraq göstərdiyi şəkildə görünməsi nəzərdə tutulur. Məsələn,dünya həzrət Əli İbn Məryəmə (ə) gözəl bir qadin şeklində göründü. Çünki ümumi fikrə əsasən,insan gözəl qadına daha çox aldanır.
Deyilənlərdən belə bir nəticə alınır ki,əvvəla,mələklər mücərrəd,qeyri-maddi varlıqlardır. İkincisi,mələklə insan arasındakı rabitə,yalnız təməssül imkanı yoxdur. Söhbətimizin bu hissəsindəki sualı cavablandırmağın vaxtı çatır. Demək,ölüm mələyi və onun köməkçiləri ruh çıxarılan zaman xüsusi bir formada olmurlar. Onların forması,yalnız ihtizar (canvermə) halında olan insanın ıdrakında mövcuddur. Başqa sözlə,ölüm mələyi və başqa yardımçı mələklər saf və işıqlı ayna kimidir.onlar can verənin qarşısında dayandıqda həmin insan bu aynada öz axirət sifətini,əxlaqını,etiqadlarını görür. Bir növ can verən kəs ölüm mələyini öz bərzəx simasında müşahidə edir. Rəvayətlərə əsasən,mominlərin ruhunu çıxaran mələklər gözəl,kafirlərin ruhunu çıxaran mələklər isə çirkin olur.
Bir sözlə,ölüm zamanı mələyin siması can verən insanın etiqad və əməllərindən asılıdır.Əgər can verənin əməlləri,niyyəti və etiqadı pakdırsa,onun gördüyü mələk də dilruba olar. İnsanın əməlləri çirkin olduqda,ölüm mələyi də qorxunc və çirkin olur...

Ölüm Mələyi...


Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:16
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun

--------------------

Azeri_Gozeli

  • 13 oktyabr 2010 14:08
  • Məqalə: 91
  • Şərh: 2383
  • Bal:
{awards}
Ellerine saliq Allah razi olsun

--------------------

sevgi yalandir

  • 7 oktyabr 2010 18:50
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
cox sag olllllllllllll

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Ulya

  • 22 sentyabr 2010 22:31
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
♥Princess♥,
ZoLuShKa,
dangerous_angel,
Afran007,
Dj_Tural,
love

Dj_Tural

  • 22 sentyabr 2010 22:13
  • Məqalə: 852
  • Şərh: 1584
  • Bal:
{awards}
Tewekkurler Ulya cox maraqliid

--------------------
Usaq Musaq Dostluq Gondermesin.Bezmisem Redd Elemekden..

Afran007

  • 22 sentyabr 2010 21:20
  • Məqalə: 8
  • Şərh: 354
  • Bal:
{awards}
Twkrler fellow

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 45
Cəmi: 64

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 78
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 727
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}