Darvinizm təkamül nəzəriyyəsi (3)

 
Darvinizm təkamül nəzəriyyəsi (3)


Darvinizmin elmi süqutu

Təkamül nəzəriyyəsi tarixi qədim Yunanıstana qədər uzanan bir təlim olmasına baxmayaraq, ancaq 19-cu əsrdə əhatəli şəkildə ortaya çıxdı. Nəzəriyyəni elm dünyasının gündəminə salan ən mühüm məsələ Çarlz Darvinin 1859-cu ildə nəşr edilən "Cinslərin mənşəyi" adlı kitabı idi. Darvin bu kitabda müxtəlif canlı növlərinin Allah tərəfindən ayrı-ayrı yaradıldıqları gerçəyinə qarşı çıxırdı. Darvinə görə, bütün cinslər müştərək bir atadan gəlirdilər və zaman ötdükcə kiçik dəyişikliklərlə bir-birilərindən fərqlənmişdilər. Darvinin nəzəriyyəsinin heç bir maddi dəlili yox idi; özünün də qəbul etdiyi kimi, təkcə "məntiq ortaya atma" idi. Hətta Darvinin kitabındakı "Nəzəriyyənin çətinlikləri" başlıqlı uzun hissədə etiraf etdiyi kimi, nəzəriyyə daha çox mühüm sual qarşısında çat verirdi. Darvin nəzəriyyəsinin qarşısındakı çətinliklərin elmin inkişafı ilə birlikdə həll ediləcəyini, yəni elmi kəşflərin nəzəriyyəni gücləndirəcəyini zənn edirdi. Bunu kitabının çox yerində bildirmişdi. Ancaq inkişaf edən elm Darvinin ümidlərinin tam əksinə olaraq, nəzəriyyənin əsas iddialarını bir-bir sarsıdırdı.
Darvinizmin elm qarşısındakı məğlubiyyəti üç əsas başlıqda incələnə bilər:

1. Nəzəriyyə həyatın yer üzündə ilk dəfə necə ortaya çıxdığını heç cür açıqlaya bilmir.
2. Nəzəriyyənin ortaya atdığı "təkamül mexanizmləri"nin həqiqətdə təkamülləşdirici təsirə malik olduğunu göstərən heç bir elmi sübut yoxdur.
3. Fəsil qeydləri təkamül nəzəriyyəsinin tam əksini ortaya çıxarır. İndi bu əsas başlıqları əsas yönləri ilə incələyək.

Aydın olmayan ilk pillə: həyatın mənşəyi
Təkamül nəzəriyyəsi bütün canlı növlərinin təxminən 4 milyard il əvvəl dünyada ilk ortaya çıxan yeganə bir canlı hüceyrədən əmələ gəldiklərini iddia edir. Tək hüceyrənin milyonlarla kompleks canlı növünü necə meydana gətirdiyi və əgər həqiqətən bu cür bir təkamül olubsa, niyə bunun izlərinin fəsil qeydlərində tapılmadığı nəzəriyyənin açıqlaya bilmədiyi suallardır. Ancaq bütün bunlardan əvvəl iddia edilən təkamül mərhələsinin ilk pilləsində durmaq lazımdır: bəhs edilən o "ilk hüceyrə" necə ortaya çıxmışdır? Təkamül nəzəriyyəsi yaradılışı rədd etdiyi və heç bir fövqəltəbii müdaxiləni qəbul etmədiyi üçün "ilk hüceyrə"nin heç bir plan və nizam-intizam olmadan, təbiət qanunları daxilində təsadüfən meydana gəldiyini iddia edir. Yəni bu nəzəriyyəyə görə, cansız maddə təsadüflər nəticəsində ortaya canlı bir hüceyrə çıxarmalıdır. Ancaq bu, bilinən ən əsas biologiya qanunlarına zidd iddiadır.

"Həyat həyatdan gəlir"

Darvin kitabında həyatın mənbəyi barədə heç nə qeyd etməyib. Çünki onun dövründəki ibtidai elm canlıların çox sadə bir quruluşa malik olduqlarını qəbul edirdi. Orta əsrlərdən bəri inanılan və "Spontan Generasiya" adlanan nəzəriyyəyə görə, cansız maddələrin təsadüfən bir yerə yığışıb canlı bir varlıq meydana gətirəcəyinə inanırdılar. Bu dövrdə böcəklərin yemək artıqlarından, siçanların da buğdadan əmələ gəldiyinə şübhə etmirdilər. Bunu isbat edə bilmək üçün də qəribə təcrübələr aparmışdılar. Kirli bir parçanın üstünə bir az buğda qoyulmuş və bir az da gözləniləndən sonra bu reaksiyadan siçanların meydana gələcəyi zənn edilmişdi. Ətlərin qurdlaması da həyatın cansız maddələrdən meydana gəlməsinə dəlil sayılırdı. Halbuki, daha sonra bilinəcəkdi ki, ətlərin üstündəki qurdlar öz-özünə ortaya çıxmırlar, milçəklərin gətirib qoyduqları gözlə görsənməyən larvalardan çıxırlar. Darvinin "Cinslərin mənşəyi" adlı kitabını yazdığı dövrdə isə bakteriyaların cansız maddədən meydana gəldiyi inancı elm dünyasında qəbul edilirdi. Halbuki, Darvinin kitabının nəşr edilməsindən beş il sonra, məşhur fransız bioloq Luis Paster təkamülün əsası olan bu inancı qəti olaraq rədd etdi. Paster apardığı çalışmalar və təcrübələrdən sonra gəldiyi nəticəni belə xülasə etmişdi: "Cansız maddələrin həyat əmələ gətirdikləri iddiası daha qəti olaraq tarixə basdırılmışdır." (Sidney Fox, Klaus Dose, Molecular Evolution and The Origins of Life, New York: Marcel Dekkn, 1977, səh. 2). Təkamül nəzəriyyəsinin müdafiəçiləri Pasterin gəldiyi nəticələrə qarşı uzun müddət mübarizə apardılar. Ancaq inkişaf edən elm canlı hüceyrənin mürəkkəb quruluşunu ortaya çıxarandan sonra həyatın öz-özünə meydana gəlməsi iddiasının çürüklüyü daha da aydın oldu.

20-ci əsrdəki nəticəsiz səylər

XX əsrdə həyatın mənşəyi mövzusunu ələ alan ilk təkamülçü məşhur rus bioloq Aleksandr Oparin oldu. Oparin 1930-cu illərdə ortaya atdığı bəzi tezislərlə canlı hüceyrənin təsadüfən meydana gələ biləcəyini isbat etməyə çalışdı. Ancaq onun bu axtarışların nəticəsiz qaldı. Oparin bunu etiraf etməyə məcbur oldu: "Təəssüf ki, hüceyrənin mənşəyi təkamül nəzəriyyəsini bütövlükdə əhatə edən ən qaranlıq nöqtəni təşkil edir" (Alexander I Oprain, Origin of Life, (1936) New York: Dover Publications, 1953 (Repprint), səh. 196). Oparinin arxasınca gedən təkamülçülər həyatın mənşəyi mövzusunu bir yerə çıxara bilmək üçün təcrübələr aparmağa səy göstərdilər. Bu təcrübələrin ən məşhuru amerikalı kimyagər Stenli Miller tərəfindən 1953-cü ildə aparıldı. Miller ibtidai dünyanın atmosferində olduğunu iddia etdiyi qazları bir təcrübə vasitəsilə birləşdirərək və bu reaksiyaya enerji əlavə edərək, proteinlərin tərkibində olan bir neçə üzvi (orqanik) molekulu (aminoasit) sintez etdi. Həmin illərdə əhəmiyyətli bir mərhələ kimi təqdim olunan bu təcrübənin nəticəsiz qaldığı və təcrübədə itifadə edilən atmosferin gerçək dünya atmosferindən çox fərqli olduğu gələcək illərdə ortaya çıxacaqdı ("New Evidence on Evolution of Early Atmosphere and Life", Bulletin of the American Meteorological Society, cild 63, noyabr 1982, səh. 1328-1330). Uzun müddət davam edən bu səssizlikdən sonra Millerin özü də istifadə elədiyi atmosferin həqiqi olmadığını etiraf etdi (Stanley Miller, Molecular Evolution of Life: Current Status of the Prebiotic Synthesis of Small Molecules, 1986, səh. 7). Həyatın mənşəyi məsələsini açıqlamaq üçün 20-ci əsrdə aparılan bütün təkamülçü səylər həmişə nəticəsiz qaldı. San Dieqo Sqripps İnstitutundan tanınmış geokimyaçı Ceffri Bada təkamülçü "Earth" jurnalında 1998-ci ildə nəşr edilən bir məqalədə bu həqiqəti belə qəbul edir: "Bu gün 20-ci əsri arxada qoyarkən, hələ 20-ci əsrə daxil olanda sahib olduğumuz ən böyük həllini tapmamış problemlərlə qarşı-qarşıyayıq: həyat yer üzündə necə başladı?" (Jeffrey Bada, Earth, fevral 1998, səh. 40).

Həyatın kompleks quruluşu

Təkamül nəzəriyyəsinin həyatın mənşəyi mövzusunda çox çətinliyə düşməsinin əsas səbəbi ən sadə hesab edilən canlı orqanizmlərin inanılmayacaq dərəcədə qarmaqarışıq qurulşa malik olmasıdır. Canlı hüceyrəsi insan oğlunun düzəltdiyi texniki məhsullardan daha da mürəkkəbdir. Belə ki, bu gün dünyanın ən inkişaf etmiş laboratoriyalarında da cansız maddələri bir yerə yığaraq, canlı hüceyrə əldə etmək mümkün deyil. Bir hüceyrənin meydana gəlməsi üçün lazım olan şərtlər heç vaxt təsadüflərlə izah edilməyəcək qədər çoxdur. Hüceyrənin nüvəsində genetik məlumatları ehtiva edən DNT molekulu inanılması çətin də olsa, sanki bir məlumat bankıdır. Əgər insan DNT-nin saxladığı məlumatları kağıza köçürə bilsə, hər biri 500 səhifədən ibarət 950 cildlik bir kitabxana olacağı hesablanır. Hüceyrənin əsaslarından biri olan proteinlərin təsadüfi olaraq sintezləşmə ehtimalı isə 500 aminoasitlik yuvarlaq bir protein üçün 10.950-də (950-ni dipnot kimi yaz) 1-dir. Ancaq riyaziyyatda 10.50-də 1-dən aşağı olanlar "imkansız" sayılır. Şübhəsiz, əgər həyatın təsadüflərlə ortaya çıxmasının imkansız olduğu təsdiqlənirsə, bu vəziyyətdə onun fövqəltəbii şəkildə "yaradıldığını" qəbul etmək lazımdır. Bu həqiqət ən əsas məqsədi yaradılışı rədd etmək olan təkamül nəzəriyyəsinin açıq-aşkar mənasızlığını ortaya çıxarır. Cardiff Universitetindən Tətbiqi riyaziyyat və astronomiya professoru Çandra Vixramasinc həyatın yaradılmadığına on illər boyu inandırılmış bir elm adamı kimi elmi kəşflər nəticəsində qarşılaşdığı bu həqiqəti belə ifədə etmişdir: "Bir elm adamı kimi aldığım təhsil müddətində elmin hər hansı bir yaradılış qavramı ilə uyğunlaşamıyacağına dair çox güclü bir beyin təmizlənməsinə məruz qaldım. Bu qavrama şiddətlə əks münasibət olmalı idi... Amma indi Tanrıya inanmağı əsas götürən açıqlama qarşısında ortaya atlıcaq heç bir ağıllı arqument tapa bilmirəm... Biz həmişə açıq bir zehnlə düşünməyə öyrəşdik və indi dilə gətirilə biləcək tək məntiqli cavabın yaradılış olduğu nəticəsinə gəlirirk, təsadüfi qarışıqlıqlar deyil" (Chandra Wickramasinghe, Interviewin London Daily Express, 14 avqust 1981)


Geri dön

_RONALDO_

  • 13 mart 2011 11:02
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
coox sag ol xebere gore

--------------------

Yusif

  • 6 noyabr 2010 18:09
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurlerrrr

Ulya

  • 26 sentyabr 2010 15:11
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
thanks

Azeri_Gozeli

  • 25 sentyabr 2010 17:01
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
coox sag ol xebere gore

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 32
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}