Beşinci mesaj

 
Beşinci mesaj

Allahın insanla danışması Allahın insanoğluna böyük bir lütfüdür.
Rəbbimiz bizə vicdan verib, vicdanımız bizə doğrunu və yanlışı göstərir.
İmam Cəfər Sadiqin ifadəsi ilə desək "Vicdan daxilimdəki peyğəmbər, peyğəmbər məndən kənardakı vicdandır".
Vicdanın səsini dinləyə bilməyimiz, onun varlığı Allahın quluq etməyimiz üçün kifayət idi.
Lakin Allahın lütfü genişdir. O, vicdanla yanaşı bizə ağıl da, iradə də verdi. Vicdan, ağıl, iradə insanın İslamı anlaması, yaşaması üçün yetərli ola bilərdi.
Ağıl doğrunu, yanlışı ayırmağa, iradə doğrunu seçməyə, vicdan isə seçimi təsdiqləməyə yetər. Yaradan yaratdığını tanıdığı üçün bütün bunlarla kifayətlənmədi. Qulunu doğrunu yaşamağın yollarını bir də vəhylə bildirdi. Bu vəhyi insanlığa çatdıracaq peyğəmbərlər də göndərdi...
İnsanın bilmədim, anlamadım, görmədim deməyə heç bir bəhanəsi qalmadı.
Allahın bu lütfü qarşısında, insanın edə biləcəyi sadəcə yaradana həmd etməkdir.
Allah bizi insan olaraq ən gözəl şəkildə - əksəni təqvim - yaratdı, sonra da bizimlə danışdı.
Biz Onu dinləyə bilirikmi?
Onun Kitablarını oxuyuruqmu?
Quran bir məktəbdir: Allahın insanlıq üçün yaratdığı bir məktəb. Bu məktəbin tədris proqramı “oxu” əmri ilə başlayır, “səcdə et!” əmri ilə bitir. İlk enən ayələrdə iki dəfə “oxu!” feli gəlir və Rəbbimiz təkidlə bizə oxumağı əmr edir. Daha sonra isə bizə Müzzəmil surəsində nə vaxt və necə oxumaq öyrədilir.
Bu əmrlərdə sanki qul ilə Allah arasında dialoq gedir:
- Allahım! Sənə yaxınlaşmaq üçün nə etməliyəm?
- Oxumalısan.
- Nə vaxt oxumalıyam?
- Gecə.
- Necə oxumalıyam?
- Tərtillə.
- Niyə oxumalıyam?
- Seçim edə bilmək üçün. İman və inkar arasındakı fərqi anlamaq üçün. Məni – Rəhman, Rəhim, Rəbb, Rəzzaq Vəduq, Xaliq, Malik... olaraq tanımaq üçün. Məni tanıyaraq Mənə təslim olub, doğru qulluq edə bilmək üçün...

Beşinci mesaj

Rəbbimiz oxumadan, oxuduqlarımızı dərk etmədən Ona təslim olmağımızı bizdən tələb etmir. Oxumaqda məqsəd anlamaqdır. Allah bizdən anlayaraq, iradəmizlə seçim etməyimizi istəyir. İlk əvvəl Özünü tanıdır, sonra niyə məhz yalnız Ona qulluq etməyimizi açıqlayır.
Quran bir məktəbdir, dedik. Bu məktəbi bitirənlər bəşərilikdən insanlığa keçid vəsiqəsi qazanırlar. Onların şəhadətnaməsi qiyamət günündə sağ tərəfindən veriləcək. Şəhadətnaməni ala bilmək üçün isə bütün mesajları oxuyub, bütün əmrlərə tabe olmaq lazımdır. “Gözəl əxlaq üzrə olan” bir qulunu aləmlərə rəhmət edən məhz bu əmrlərə təslimiyyətidir. Bu əmrlərə tabe olsaq, onlar bizi də “gözəl əxlaq” sahibi edəcək. Bizdən tələb olunan sadəcə və sadəcə əmrə təslim olmaqdır.

“Gözəl əxlaq” sahibi olmağımız üçün bizə təklif olunan tədris proqramına nəzər yetirək:
1) Ələq surəsinin ilk 5 ayəsi insanda biliyi,
2) Müzzəmil surəsinin ilk 11 ayəsi insanda duyğunu və əxlaqı,
3) Müddəsir surəsinin ilk 7 ayəsi missiya və imici inşa edir.
4) Duha surəsi insanı Allah adına daha böyük fədakarlıqlara şövq edir və insana təssəlli verir.
5) İnşirah surəsi isə insanda əzmi və səyi gücləndirir.”

Bütün bu surələrdə və onlardan sonra nazil olan surələrdə də İslamın insanı tərbiyə edilir. İnsan Rəbbin tərbiyəsindən keçərək örnək olmaq haqqını qazanır.
Nazil olan əmrləri nüzul sırası ilə həyatımıza tətbiq edək.
Oxu, yaz, gecə yuxunu bölərək qalx, Quranı tərtillə oxu, başqalarını xəbərdar et...
Ələq, Müzzəmil, Müddəsir surələrindəki bu əmrlərdən sonra Duha surəsinin əmrlərini öyrənək. Bu surədə cəmi üç əmr var:
Yetimi üzmə!
Yardım istəyəni danlama!
Rəbbinin nemətini anlat! (Duha, 9-11)

Beşinci mesaj

Yetim, qazananı ölən, özü də qazana bilməyənə deyilir. Belə birini üzmək Allah tərəfindən bizə yasaqlanıb. “Yetimi üzmə!” mesajını, "ona sahib çıx" mənasında da anlaya bilərik. Sən sahib çıxmasan o, üzülə bilər. Unutma ki, yetimin vəlisi Allahdır. Sən vəlisi Allah olana yardım edirsən, ona sahib çıxır, üzülməsini əngəlləyirsən.
Allahın lütfü o qədər genişdir ki, qullarını mühafizə altına alır, Ona iman edənlərin boynuna haqq qoyur. Sanki "Mənə iman etdinsə, quluma sahib çıx!" əmrini verir. Qurani Kərimdə yetim haqqına bir çox surələrdə yer ayrılıb, Əl-Bəqərə, Ali İmran, Nisa...
İslamın ən böyük yetimi Rəsulullah idi. Həm atası, həm də anası o körpə ikən bu dünyadan köçmüşdülər. Ona Allah Özü sahib çıxdı, qorudu, aləmlərə rəhmət etdi. Ona da başqalarına sahib çıxmağı əmr etdi. Rəsulullah bir hədisində bunu bizə də miras qoydu: "Yetimə sahib çıxan cənnətdə mənə qonşu olacaq." Allahın əmri və Rəsulunun müjdəsi bizə mirasdır.

Yardım istəyəni danlama! Bu ayə müfəssirlərimiz tərəfindən həmçinin sual verəni danlama mənasında da anlaşılmışdır. Sual verən də yardım istəyəndir. Quranın bu mesajı hər iki mənada da yardım istəyənə qarşı davranışımızı təyin edir. Onu qarşı diqqətli davranmalı, imkanımız varsa istədiyini verməliyik. İmkanımız yoxdursa gözəl şəkildə yola salmalıyıq.

Bununla yanaşı Qurani Kərim bizə həm də istəməyin ədəbini öyrədir. Quran möminlərin keyfiyyətlərini sayarkən bir ayəsində deyir: “insanlardan arsızca istəməzlər”. Rəsulallah məhz bu mövzuda səhabədən biət almışdır. Hətta buna misal olaraq: "dəvənin üzərində ikən qamçınız yerə düşübsə, onu verməyi başqasından istəməyin, özünüz götürün" demişdir. Bunu anlamaq üçün heç olmasa həyatımızda bir dəfə dəvəyə minməliyik. Ayağa qalxmış dəvəni yenidən yerə otuzdurub üzərindən enərək qamçını götürmək çox çətin bir işdir. Rəsulullah məhz bunun çətinliyini nəzərə alaraq belə bir misalla başqalarına əziyyət verməməyi, öz işimizi özümüzün görməmizi bizə nəsihət etmişdir.

Beşinci mesaj

Rəbbinin nemətini anlat! Bu həm İslami ədəbdir, həm də Allaha qarşı qulluqdur. Neməti dilə gətirmək o nemətə şükür, neməti verənə təşəkkürdür. Neməti anmaq bir növ zikrdir. Sadəcə ağlın bilməsi kifayət deyil, onu dilə gətirmək başqalarına da nemətin qiymətini anlatmaqdır.

Duha surəsi bu üç əmrlə yetimə, köməksizə sahib çıxmağımızı, sahib çıxa bilməyin isə bir nemət olduğunu bizə xatırladır.

Ardı var...

"Siz ey iman edənlər! Özünüzü və ailənizi odunu daşlar və insanlar olan atəşdən qoruyun!"

Yaziya Gore Ruzigar qardawima oz tewekkurumu bildirirem ..!


Geri dön

sevgi meleyim

  • 12 sentyabr 2011 12:42
  • Məqalə: 25
  • Şərh: 1595
  • Bal:
allah razi olsun

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

... Deryam ...

  • 12 sentyabr 2011 12:37
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
{awards}
Allah razi olsun Allah bizleri weytan emelinnen qorusun...

--------------------

Inciciceyi

  • 12 sentyabr 2011 12:07
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
ALLAH razi olsun, cox gozel yazidi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

HaYaliM

  • 12 sentyabr 2011 11:58
  • Məqalə: 144
  • Şərh: 4313
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

_Yaxsiliq Meleyi_

  • 12 sentyabr 2011 11:47
  • Məqalə: 14
  • Şərh: 360
  • Bal:
{awards}
teşekkürler Allah üreyinize güc ,gözlerinize nur versin.Allah sizden razı olsun

--------------------
Dünya özünü təzə gəlin kimi göstərərək insanı aldadan,lakin həqiqətdə sehirbaz bir qarıdır.

Prank girl

  • 12 sentyabr 2011 11:45
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
5) İnşirah surəsi isə insanda əzmi və səyi gücləndirir.”

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Emo_Girl95

  • 12 sentyabr 2011 11:43
  • Məqalə: 2
  • Şərh: 36
  • Bal:
{awards}
sagol maraqlidi

--------------------
:::ღ Kötüler sevilmezz .. Ve bende sevilmedim ღ:::…
…:::ღ Adamına göre olamadığım için midir ? ღ:::…
…:::ღ Yalakalığı benimseyenler sevilsinღ :::…
…:::ღ Ben buyum kimseye ihtiyacım da Y-o-K !ღ :::…
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 28
Cəmi: 50

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 66
Cəmi: 164
 
ραყιȥ
Xəbərləri: 63
Cəmi: 143
 
NIGAR
Xəbərləri: 54
Cəmi: 798
 
lamiye_2001
Xəbərləri: 38
Cəmi: 38
 
♔Hе важно∞
Xəbərləri: 35
Cəmi: 247
 
Nergiz__Sirinova
Xəbərləri: 29
Cəmi: 511
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 9
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}