Ankarada “Azərbaycan Gecəsi”

 
Ankarada “Azərbaycan Gecəsi”

Ölkəmizin tarixi, mədəniyyəti və iqtisadi gücü ilə bağlı təbliğat xarakterli əyani materiallar nümayiş olunub.
Sentyabrın 10-da Ankara şəhərinin Etimesqut Rayon Bələdiyyəsinin və Azərbaycanın Türkiyədəki səfirliyinin təşəbbüsü ilə VIII Beynəlxalq Anadolu Günləri festivalı çərçivəsində “Azərbaycan Gecəsi” təşkil olunub.
Azərbaycanın Türkiyədəki səfirliyindən verilən məlumata görə, tədbirdə diaspor nümayəndələri, azərbaycanlı tələbələr, səfirliyin əməkdaşları və çox sayda Ankara şəhərinin sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edən Türkiyədəki səfirimiz Faiq Bağırov bu cür tədbirlərin əhəmiyyətindən, xalqlarımızın dərin tarixi köklərə söykənən yaxınlığından və ölkəmizin belə tədbirlərə verdiyi əhəmiyyətdən söz açıb.
“Azərbaycan Gecəsi”ndə səfirliyin təşəbbüsü ilə ölkəmizdən Ankaraya gətirilmiş musiqi və rəqs qrupu Azərbaycan musiqiləri və rəqsləri ilə tədbir iştirakçılarına xoş anlar yaşadıb. Festivalın keçirildiyi yerdə səfirliyimiz “Azərbaycan Guşəsi” açıb. Ölkəmizin tarixi, mədəniyyəti və iqtisadi gücü ilə bağlı təbliğat xarakterli əyani materiallar “Azərbaycan Guşəsi”ndə nümayiş etdirilməklə yanaşı, çoxsaylı tədbir iştirakçılarına paylanılıb.


Geri dön

Ay Üzlü

  • 12 sentyabr 2011 16:37
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
xeber ucun cox sag olun

Sirli Melek

  • 12 sentyabr 2011 14:07
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
{awards}
MARAQLIDIR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 39
Cəmi: 60

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 55
Cəmi: 643
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 79
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 44
Cəmi: 59
 
Arzu_zadeh
Xəbərləri: 40
Cəmi: 176
 
♔Hе важно∞
Xəbərləri: 35
Cəmi: 150
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 685
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 32
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}