Darvinizm təkamül nəzəriyyəsi (5)

 
Darvinizm təkamül nəzəriyyəsi (5)

Fəsil qeydləri: ara formalardan əsər yoxdur

Təkamül nəzəriyyəsinin iddia etdiyi ssenarinin yaşanmış olmadığının ən açıq sübutu isə fəsil qeydləridir. Təkamül nəzəriyyəsinə görə, bütün canlılar bir-birindən törəmişdir. İlk canlı növü vaxt keçəndən sonra başqa formaya çevrilmiş və bütün cinslər bu şəkildə ortaya çıxmışdır. Nəzəriyyəyə görə, bu dəyişiklik yüz milyon illər boyu sürərək, mərhələ-mərhələ inkişaf etmişdir. Bu vəziyyətdə, iddia edilən uzun dəyişiklik müddətində saysız "ara cinslər"in meydana gəlmiş və yaşamış olduqlarını qəbul etmək lazımdır. Məsələn, keçmişdə balıq xüsusiyyətləri özündə olmasına baxmayaraq, bir yandan da bəzi sürünənlərin xüsusiyyətlərini qazanmış yarı balıq-yarı sürünən canlılar yaşamış olmalıdır. Ya da sürünənlərin xüsusiyyətlərini gəzdirərkən, bir yandan da bəzi quş xüsusiyyətləri qazanmış sürünən-quşlar ortaya çıxmalıdır. Ancaq onlar keçid mərhələsində olduqları üçün şikəst, nöqsanlı və qüsurlu canlılar olmalıdırlar. Təkamülçülər keçmişdə yaşadıqlarına inandıqları bu nəzəri məxluqlara "ara keçid forması" adını verirlər. Əgər həqiqətən keçmişdə bu cür canlılar yaşayıbsa, onda onların sayları və növləri milyonlarla, hətta milyardlarla olmalıdır. Və bu qəribə canlıların qalıqlarına mütləq fəsil qeydlərində rast gəlinməlidir. Darvin "Cinslərin mənşəyi"ndə bunu belə açıqlamışdır: "Əgər nəzəriyyə düzdürsə, cinsləri bir-birinə bağlayan saysız ara-keçid növləri mütləq yaşamalıdır... Bunların yaşadıqlarının sübutları da təkcə fəsil qalıqları arasında tapıla bilər. (Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 179)".

Materialist inanc

Bura qədər araşdırdıqlarımız təkamül nəzəriyyəsinin elmi kəşflərlə açıq şəkildə ziddiyyət təşkil edən bir iddia olduğunu göstərir. Nəzəriyyənin həyatın mənşəyi haqqındakı iddiası elmə ziddir, ortaya atdığı təkamül mexanizmlərinin heç bir təkmilləşdirici təsiri yoxdur və fəsillər olmasını nəzəriyyənin vacib saydığı ara formaların yaşamadıqlarını göstərir. Belə də əlbəttə, təkamül nəzəriyyəsinin elmə zidd bir fikir tək kənara atılması lazımdır. Tarix boyu təkamül modeli kimi bir çox düşüncə elmin gündəmindən çıxarılmışdır. Amma təkamül nəzəriyyəsini təkidlə elmi gündəmə gətirmək istəyirlər. Hətta bəzi adamlar nəzəriyyənin tənqidini "elmə hücum" kimi qələmə verməyə çalışırlar. Görəsən nəyə görə?... Bunun səbəbi təkamül nəzəriyyəsinin bəzi mühitlər üçün heç cür əldən buraxılmayacaq doqmatik bir inanc olmasıdır. Bu adamlar materialist fəlsəfəyə kor-koranə bağlıdırlar və darvinizmi də təbiətə verilə biləcək yeganə materialist izah olduğu üçün mənimsəyirlər. Bəzən bunu açıq şəkildə etiraf da edərlər. Harvard Universitetindən məşhur genekoloq və tanınmış təkamülçü olan Riçard Levontin "əvvəlcə materialist, sonra elm adamı" olduğunu belə etiraf edir: "Bizim materializmə bir etiqadımız var, "a priori" (əvvəlcədən qəbul edilmiş, doğru sayılan) bir inancdır bu. Bizi dünyaya materialist bir açıqlama gətirməyə məcbur edən şey elmin yöntəmləri və qaydaları deyil. Əksinə, materializmə olan "a priori" bağlılığımız üzündən dünyaya materialist açıqlama gətirən araşdırma üsulları və qavramları təqdir edirik. Materializm mütləq doğru olduğuna görə də İlahi bir açıqlamanın səhnəyə daxil olmasına icazə verə bilmərik (Richard Lewontin, "The Demon-Haunted World", The New York Review of Books, 9 yanvar, 1997, səh. 28). Bu sözlər darvinizmin materialist fəlsəfəyə bağlılıq ucbatından yaşadılan bir doqma olduğunun açıq ifadəsidir. Bu doqma maddədən başqa heç bir varlıq olmadığını qəbul edir.

Buna görə də cansız, məntiqsiz maddənin həyatı yaratdığına inanır. Milyonlarla müxtəlif canlı növünün, məsələn, quşların balıqların, zürafələrin, qaplanların, böcəklərin, ağacların, çiçəklərin, balinaların və insanların cansız maddənin öz içindəki dəyişikliklərə, yəni yağan yağışla, çaxan şimşəklə onun içindən meydana gəldiyini qəbul edir. Həqiqətdə isə bu, həm ağla, həm də elmi gerçəkliklərə zidd qənaətdir. Amma darvinistlər "İlahi bir açıqlamanın səhnəyə girməməsi" üçün bu qənaəti müdafiə etməyə davam edirlər. Canlıların mənşəyinə əvvəlcədən qəbul edilmiş materialist düşüncəylə baxmayan hər kəs isə bu açıq gerçəyi görəcəkdir: "Bütün canlılar üstün bir güc, məlumat və ağla sahib olan bir Yaradanın əsərləridir. O Yaradan bütün kainatı yoxdan yaradan, canlıları da yaradıb şəkilləndirən Allahdır". "Sən ucasan, bizə öyrətdiklərindən başqa heç nə bilmirik. Doğrudan da hər şeyi bilən və hikmət sahibi yalnız Sənsən!" ("Bəqərə", 2/32).


Geri dön

_RONALDO_

  • 13 mart 2011 10:49
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
Tewekkurler maraqlidir...

--------------------

Just For Legend

  • 6 dekabr 2010 20:27
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
maraqli melumaata gore minnettaram

--------------------

Ulya

  • 26 sentyabr 2010 19:38
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol xebere gore.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 37
Cəmi: 52

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}