Adət

 
Adət

Adət

1382. Adət
4683. İmam Əli(ə): «Adət ikinci (insan) təbiətdir.» (Ğurərul-Hikəm, hədis 402)

4684. İmam Əli(ə): «Adət hər bir insanın hakimidir.» (Ğurərul-Hikəm, hədis 7327)

4685. İmam Əli(ə): «Hər kim adətlərinə tabe olsa, (yüksək) məqamlara nail olmaz.» (Ğurərul-Hikəm, hədis 6409)

4686. İmam Əli(ə):
«Sənin dilin, səndən elə adət etdiyini istər, nəfsin isə ona öyrəşdiyi şeyi dilər.» (Ğurərul-Hikəm, hədis 7634)

4687. İmam Əli(ə): «Qəzəbə tələsmə. Bu adət halını almaqla sənə hakim olar.» (Ğurərul-Hikəm, hədis 10288)

4688. İmam Əli(ə) (əziz övladı İmam Həsənə (ə) tövsiyyələrindən):
«Yeniyetmə qəlbi xam torpaqtək boşdur. Ona atılan hər bir şeyi qəbul edər.
Buna görə də qəlbin bərkiməmiş və ağlın məşğul olmamış sənə tərbiyə və ədəb verməyə tələsdim.» (Nəhcül-Bəlağə, məktub 31)

4689. İmam Əli(ə) (Ona faludə (un, su və baldan hazırlanmış halva) gətirib qarşısına qoyduqda buyurmuşdur): «Sənin xoş ətrin, xoşagələn rəngin və ləziz tamın var.
Ancaq mən nəfsimi ona adət etmədiyi bir şeyə öyrəşdirmək istəmirəm.» (Kənzul-Ummal, hədis 36549)

4690. İmam Əli(ə): «Özünü yaxşı işlər görməyə öyrəşdir və tavan yüklərini, cərimələri çiyninə çək ki, nəfsin şərafətinə çatasan, axirətin abad olsun və alqış edənlərin çox olsun.» (Ğurərul-Hikəm, hədis 6232)

4691. İmam Həsən (ə): «Adətlər qəhr edəndirlər. Kimsə gizlində və aşkarda özünü nəyəsə adət etdirsə, həmin şey onu aşkarda və camaatın içində rüsvay edər.» (Tənbihul-Xəvatir, c. 2, səh. 113)


1383. Adətlərə üstün gəlmək.
4692. İmam Əli (ə): «Fəzilət adətlərə üstün gəlməkdir.» (Ğurərul-Hikəm, hədis 357)

4693. İmam Əli(ə): «Ən üstün ibadət, adətə qalib gəlməkdir.» (Ğurərul-Hikəm, hədis 2873)

4694. İmam Əli(ə): «Adətlərə üstün gəlməklə ən yüksək məqamlara çatmaq olar.» (Ğurərul-Hikəm, hədis 4300)

4695. İmam Əli(ə): «İbadətləriniz asanlaşsın deyə, adətlərinizi dəyişdirin.» (Ğurərul-Hikəm, hədis 6405)

4696. İmam Əli(ə): «Adətlərdən əl çəkməklə nəfslərinizi ram edin və onları itaətə doğru yönəldin.
Tavan və cərimələrinizin yüklərini onların çiyinlərinə yükləyin.
Yaxşı əməllərdən istifadə etməklə onları bəzəyin və günahların çirkabından uzaqda saxlayın.» (Ğurərul-Hikəm, hədis 5199)


1384. Adətləri dəyişməyin çətinliyi.
4697. İmam Əli(ə): «Siyasətlərin ən mətini adətləri dəyişməkdir.» (Ğurərul-Hikəm, hədis 2969)

4698. İmam Əli(ə): «Hər işi görmək mümkündür, yalnız adətləri dəyişməkdən başqa.» (Ğurərul-Hikəm, hədis 6906)

4699. İmam Əli(ə):
«Ey camaat! Nəfslərinizi tərbiyə etməyi öz öhdənizə götürün, onları tamah və adətlərindən çəkindirin.» (Nəhcül-Bəlağə, hikmət 359)

Adət


Geri dön

sevgi meleyim

  • 12 sentyabr 2011 18:37
  • Məqalə: 25
  • Şərh: 1625
  • Bal:
tewekkurler xebere gore

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

Delya_91

  • 12 sentyabr 2011 16:43
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

RADUQA

  • 12 sentyabr 2011 16:23
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
minnetdaram..cox lazimi her kesin bilmeyi vacib olan bir xeberdi tewekkur..
Allah bendelerine yalniz gizel iwleri adet edmeye yol versin...

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

Sirli Melek

  • 12 sentyabr 2011 15:31
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
4685. İmam Əli(ə): «Hər kim adətlərinə tabe olsa, (yüksək) məqamlara nail olmaz.» (Ğurərul-Hikəm, hədis 6409)

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Ay Üzlü

  • 12 sentyabr 2011 15:16
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
İmam Əli(ə): «Adət hər bir insanın hakimidir.» (Ğurərul-Hikəm, hədis 7327)
Allah razi olsun

... Deryam ...

  • 12 sentyabr 2011 15:09
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
Allah bizleri pis adetlerden,weytana uymaqdan qorusun ...

--------------------

KRiPToS

  • 12 sentyabr 2011 15:03
  • Məqalə: 555
  • Şərh: 2055
  • Bal:
{awards}
Allah razi olsun!!!

--------------------

HaYaliM

  • 12 sentyabr 2011 13:42
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun..deyerli yazi ücün tesekkür edirem

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 42
Cəmi: 79

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 446
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 31
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}